Icma.az
close
up
RU
AFFArizm: düzəlmək sistemdən keçir

AFFArizm: düzəlmək sistemdən keçir

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Təxminən beş ay əvvəl İTV-nin “Sabaha saxlamayaq” tok-şousunda rezonans yaradan futbol müzakirəsini xatırlayaq. Çıxışımda ən çox vurğuladığım məqam AFFA-nın islahat aparmasının vacibliyi idi.

Ondan sonra dəyişikliklər olub. Ən vacibi, Azərbaycan Futbolunun Yeni İnkişaf Strategiyası layihəsinin təsdiq olunması idi. Təsdiqlənmiş layihə üzrə işlərə yaxın gələcəkdə start veriləcəyi deyilir. Tərkibi cazibəli olan layihə nə cür icra olunacaq – vacib məsələ budur. İşləyəcəyik, gedişatı təhlil edib sizə təqdim edəcəyik. Necə deyərlər, yaşayarıq-görərik…

Faktiki mühüm məsələ yeni AFFA rəhbərliyinin hansı cari dəyişikliklərə nail olmasıdır. Bu xüsusda isə gözəgəlimli nələrin olduğunu demək çətindir.

Pozitiv yöndən ən qabarıq məqam indiki AFFA rəhbərliyinin mediaya, ictimai fikrə daha həssas, ciddi yanaşmasıdır. Lakin sanki bunda da arzulanan tamlıq görünmür.

Milli komandanın baş məşqçi postuna Fernandu Santuşun gətirilməsi heç bir halda ictimai fikrə uyğun gəlmədi. Dəfələrlə, detallı şəkildə yerli çalışdırıcı versiyası önərildi, sanki AFFA-da hansısa əl bu ictimai mövqeyə tam əks getdi…

Bu yaxınlarda aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçi təyinatları da ziddiyyət, mübahisə yaratdı. Elxan Abdullayev, Aqil Nəbiyev… Bu məşqçilərlə müqavilənin yenidən uzadılması göstərdi ki, AFFA yekdil ideya, sistematik idarəetmədə deyil.

Heç bir uğuru olmayan və ən pisi, gələcəyə aid ideyası tükənən adamlarla yola davam etmək nə deməkdir?

Milli komanda qitələrin, okeanın o tayından gələn ortabab Haitiyə öz meydanında 3 cavabsız qolla uduzur. Meydanda futbol əlamətləri olmayan bir oyunla rəzil duruma düşən millinin Millətlər Liqasının D divizionunadək sürüklənməyi fonunda olanlar necə də miskin görünür.

Təkrar və ən ciddi formada qeyd etməkdə fayda var: AFFA təmərküzləşməlidir. Müxtəlif istək və arzularla müxtəlif qruplar halında idarə olunan assosiasiya bu gedişlə Strategiyanı da bada verəcək; cari vacib islahatları da gerçəkləşdirə bilməyəcək.

AFFA “bir əldə cəmlənməli”, strateji olaraq bəlli ideyalarla idarə edilməlidir. Yoxsa bundan betər olacaq…

Santuşu göndər, Pantuşu gətir, xeyri yoxdur; xaotik sistemin nəticələri də xaotik olacaq. Futbolun öz yazılmamış qanunları var. Əməl etməyəndə ip əldən çıxır…

Elçin Cəlilov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 23 Mart 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see487

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see482

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see395

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see388

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see364

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see357

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see348

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see347

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see344

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see322

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see298

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see292

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see242

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see239

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see236

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see221

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see216

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see206

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri