Icma.az
close
up
RU
Afrika ölkələrinin nümayəndələri: COP29da gözləntilərimizdən də yüksək nəticələr gördük

Afrika ölkələrinin nümayəndələri: COP29da gözləntilərimizdən də yüksək nəticələr gördük

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Azərbaycana səfər edən bir sıra müstəmləkəçilikdən əziyyət çəkmiş Afrika xalqları və dövlətlərinin nümayəndələri ilə Bakı Təşəbbüs Qrupu (BTQ) heyətinin görüşü keçirilib.

"Report" xəbər verir ki, görüşdə Mali, Toqo, Cibuti, Nigeriya, Keniya, Konqo Demokratik Respublikası və Mavritaniyadan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasətçilər, ekoaktivistlər, hüquq müdafiəçiləri iştirak edib.

Konqo Respublikasının Ətraf Mühitin və Qorunan Ərazilərin Mühafizəsi Cəbhəsinin Proqramlar və Əməliyyatlar üzrə direktoru Makelele Kauçu Alen Bisimva COP29 çərçivəsində meşələrin qorunması məsələsinə diqqət ayrılmasını alqışlayıb:

"COP29-da meşələrin qorunması məsələsinin də aktual olması bizi olduqca məmnun etdi. Çünki meşələr təkcə güclü dövlətlərə aid deyil, bütün dünyanındır".

Nigeriyanın İqlim Dəyişikliyi və Tərəfdaşlar Konfransı üzrə Qlobal Vətəndaş Cəmiyyəti Konsorsiumunun sədri Uzodinma Akucekve Adiriece COP29-da gözləntilərindən də daha üstün nəticə gördüklərini vurğulayıb:

"Azərbaycanı COP29-u belə uğurlu təşkil etdiyinə görə təbrik edirəm. COP-da iştirakımızda gözləntilərimizdən də yüksək nəticələr gördük".

"Paix & Lait" təşkilatının sosial inkişaf üzrə mütəxəssisi (Cibuti) Abdulsamad Said Arreh mövcud problemləri dilə gətirərək neokolonializmin yaratdığı problemlərin dünyaya çatdırılmasının vacibliyini qeyd edib:

"Bakı Təşəbbüs Qrupuna müəyyən platformalarda bizə öz səsimizi eşitdirmək imkanı yaratdığına görə minnətdaram. Neokolonializmin yaratdığı problemləri dünyaya çatdırmalıyıq və BTQ bu sahədə uğurlu platforma ola bilər".

Tədbirin gedişatında BTQ heyəti Afrika ölkələrinin təmsilçiləri ilə neokolonializmin yeni təzahürləri və onun qarşısının alınmasına dair birgə addımların atılması, müştərək əməkdaşlıq layihələrinin icra edilməsi, həmçinin ətraf mühitə və insanların sağlamlığına vurulan ziyan və bu ziyanlara görə kompensasiyaların tələb edilməsi ətrafında fikir mübadiləsi aparıb.

Sonda qonaqlar, medianın suallarını cavablandıraraq, görüşdə müzakirə edilən mövzularla bağlı əlavə məlumat və açıqlamalar veriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sitat.info
archiveBu xəbər 20 Noyabr 2024 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri