Icma.az
close
up
RU
Afrikada yeni güc və xilaskarlıq missiyası: Türkiyə Qərbin buraxdığı boşluğu necə doldurur?

Afrikada yeni güc və xilaskarlıq missiyası: Türkiyə Qərbin buraxdığı boşluğu necə doldurur?

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Efiopiya və Somali arasında uzun illərdir davam edən münaqişədə vasitəçilik edib barışığa nail olandan sonra, indi də Sudandakı vətəndaş müharibəsini sonlandırmağa çalışır. Artıq Sudan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əbdülfəttah əl-Burhan ölkədəki qarşıdurmanı həll etmək üçün Türkiyənin vasitəçilik təklifini qəbul edib. Bununla yanaşı, rəsmi Ankara Fransanın qovulduğu Çad, Burkina Faso, Mali və Nigerə "Bayraktar TB2" pilotsuz uçuş aparatları satmağa başlayıb. Malidə məscid, Nigerdə xəstəxana inşa edən Türkiyə, həmçinin Somali ordusuna da təlimlər keçməyə start verib. Ankara Afrika Buynuzunda Qərb dövlətlərinin buraxdığı boşluğu doldurarkən, həmin imperialist ölkələr kimi gücdən istifadə etmir və yerli xalqlar da Türkiyəni sərt güc tətbiq edən bir ölkə kimi görmürlər.

Mövzunu Oxu.Az-a dəyərləndirən Türkiyənin "Yeni Akit" qəzetinin Ankara bürosunun xəbərlər departamentinin rəhbəri Muhammet Kutlu bildirib ki, bunun səbəbi Türkiyənin digər ölkələr kimi Afrikada imperialist maraqlar güdməməsindədir:

"Prezident Rəcəb Tayyib Ərdoğanın beynəlxalq münasibətlər sistemində təqdim etdiyi "qazan və qazan" anlayışı da Afrika ölkələrini məmnun edir. Çünki uzun illər müstəmləkə siyasətinə məruz qalıb bütün sərvətlərini itirən qitə ölkələrinin də qazanmasına şərait yaradılır. Ona görə də əsrlər boyu əvvəlcə Fransa və İngiltərə, daha sonra ABŞ tərəfindən soyulub-talanmış Afrika ölkələri Türkiyəni sanki bir xilaskar kimi görür. Türkiyənin maddi və mənəvi cəhətdən bölgə ölkələrinə etdiyi yardımlar və qoyduğu sərmayələr Afrikada sanki bir ilğım kimi görünür".

"Bir müddət əvvəl Afrikaya gedən bir iş adamından eşitdiyim əhvalat qitənin necə istismar edildiyinin bariz nümunəsi idi. Belə ki, o, Afrika ölkələrindən birinə ilk dəfə səfər edib. Lakin gördükləri qarşısında dəhşətə gəlib. İnsanlar onu görən kimi qaçıb və yollarını dəyişiblər. Bələdçidən bunun səbəbini soruşanda isə cavab onu çox təəccübləndirib. Bələdçi bildirib ki, onların kiminləsə şəxsi problemi yoxdur, sadəcə olaraq ağdərili olduğu üçün ondan qaçırlar. Çünki burada ağdərili demək, bəla deməkdir. Ağdərililər bu qitəyə gələndən onların heç nəyi qalmayıb, hamısını istismar ediblər. İndi baş verənlərə nəzər salanda isə görürük ki, Türkiyə bu yanaşmanı dəyişib. Ağdərililərdən qaçan afrikalılar bu gün əksini nümayiş etdirirlər. Çünki Türkiyə bu qitəyə xeyirxahlığı, güclü olmağı, daha çox qazanmağı bəxş edib. Ona görə də ölkəmizin qitədəki yeri başqadır. Təsəvvür edin ki, Somali və Efiopiya biri müsəlman, digəri isə xristian ölkələrdir. İki ölkə arasında uzun illərdir davam edən düşmənçilik münasibətləri mövcuddur. Lakin hər iki ölkənin bir ortaq cəhəti var ki, o da Türkiyə ilə dostluq münasibətləridir. Bunun nəticəsidir ki, Prezident Rəcəb Tayyib Ərdoğan iki ölkənin liderini Ankaraya dəvət edib və aralarında barışıq əldə edib", - deyə müsahibimiz vurğulayıb.

Kutlu əlavə edib ki, türklərin böyük qitəyə gətridiyi humanizm prinsipləri İslam dininin tələbidir və bu, onların heç vaxt imtina etməyəcəkləri dəyərdir:

"Türklər Afrikada su quyuları inşa edir, sadə vətəndaşlar təşkilatlar vasitəsi ilə qitənin yxosul iunsalarına yardımlar göndədirlər. Həqiqətən də digər ölkələrin qitədə etdiklərinə nəzərə salanda, Türkiyənin yerinin fərqli olduğunu görürük. Ona görə də türklər Afrikada sanki başqa planetdən gəlmiş kimi görünürlər".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Yanvar 2025 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri