Ağ Evdə media girişinə məhdudiyyətlərlə bağlı xəbərdarlıq
Icma.az bildirir, Sherg.az portalına istinadən.
CNN, Politico və MS NOW jurnalistlərinin Ağ Evə girişinin məhdudlaşdırılması digər media qurumlarına qarşı da analoji addımlar üçün presedent yarada bilər.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evdə akkreditə olunmuş müxbirlər Assosiasiyasının sədri, “Fox News” jurnalisti Ceki Haynrik bildirib.
Haynrik deyib ki, CNN, Politico və MS NOW jurnalistlərinin Ağ Evə girişinin ləğvi ABŞ Konstitusiyasının söz azadlığını qoruyan Birinci Düzəlişini pozur. Onun sözlərinə görə, bir media qurumunun xəbərlərinin məzmununa görə girişdən məhrum edilməsi üçün istifadə olunan meyar gələcəkdə digər KİV-lərə də tətbiq oluna bilər.
Assosiasiya sədri məhkəmələrin dəfələrlə Ağ Evə giriş əldə etmiş jurnalistlərin öz materiallarının məzmununa görə bu imkandan özbaşına məhrum edilə bilməyəcəyini bildirdiyini qeyd edib.
Haynrik ABŞ administrasiyasını sözügedən media nümayəndələrinin Ağ Evə girişini dərhal bərpa etməyə çağırıb.
Baxış sayı:127
Bu xəbər 20 Sentyabr 2026 01:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















