Icma.az
close
up
RU
Ağ evin xaos STRATEGİYASI

Ağ evin xaos STRATEGİYASI

Icma.az bildirir, Modern.az portalına istinadən.

Avrasiyanın enerji çıxmazı

ABŞ-ın İrandakı hərbi əməliyyatlarının uzanması və Fars körfəzindən karbohidrogen ixracının dayanması bir çox analitiklər tərəfindən Vaşinqtonun "məğlubiyyəti" kimi qiymətləndirilir. Lakin hadisələrə daha dərindən nəzər salanda bu xaosun ABŞ üçün deyil, onun əsas rəqibləri – Çin, Rusiya və Avropa üçün strateji bir tələ olduğu üzə çıxır.

Vaşinqton üçün savaşın nəticəsi yox, onun Avrasiya qitəsini zəiflətməsi önəmlidir.

Çünki münaqişə nə qədər qanlı və uzun sürərsə, Amerikanın rəqibləri bir o qədər çox itirir.

Çinin zəif nöqtəsi: Enerji asılılığı

Dünyanın ən böyük neft idxalçısı olan Çin üçün Fars körfəzi həyat yoludur. Pekin neftinin yarısından çoxunu, mayeləşdirilmiş təbii qazın (MTQ) isə üçdə birini məhz bu regiondan alır.

Səudiyyə Ərəbistanı, İraq, BƏƏ və Küveyt Çinə gündəlik 6 milyon barel neft verir. Bu həcmi Avstraliya və ya Kanada hesabına kompensasiya etmək fiziki cəhətdən qeyri-mümkündür.

Çin bərpa olunan enerjiyə böyük sərmayə qoysa da bu keçid onilliklər tələb edir. Böhran Pekinin tam hazır olmadığı bir vaxtda qapını döyüb.

Böhranın ən ağır zərbəsi Yaponiya, Cənubi Koreya və Hindistana dəyəcək. Hörmüz boğazından asılı olan bu ölkələr üçün boru kəməri alternativi yoxdur.

Yaponiya və Cənubi Koreya üçün qlobal bazarda neft qiymətləri astronomik hədlərə qaldırılır.

Hindistan Rusiya nefti üçün ABŞ-la razılaşmalı, ya da bazarda həddindən artıq baha qiymət ödəməli olacaq.

Pakistan və Banqladeş Qətər qazından (müvafiq olaraq 99% və 72%) tam asılıdırlar. Qətər ixracının dayanması bu ölkələrdə enerji deyil, birbaşa humanitar böhrana səbəb ola bilər.

Avropa və Rusiya: Kim Udur?

Avropa Qətər qazının kəsilməsi ilə qiymət artımı yaşasa da, Rusiyadan qopma prosesini artıq keçdiyi üçün bu vəziyyət onlar üçün "ölümcül" deyil.

Rusiya üçün isə vəziyyət ikitirəlidir:

Rusiyanın boru kəmərləri dəniz blokadalarından asılı olmadığı üçün həm Çin, həm də Avropa üçün unikal əhəmiyyət kəsb edir. Rusiya neftinin 60%-i hələ də dəniz yolu ilə daşınır. Yeni kəmərlərin tikintisi isə illər və böyük vəsait tələb edir ki, hazırda Moskvanın bu resursları məhduddur.

Vaşinqtonun Böyük Oyunu

ABŞ-ın məqsədi aydındır: Rusiyanı Çin bazarından qoparmaq və onun ixracatında pay sahibi olmaqla Moskvanı öz orbitinə çəkmək. Ankric danışıqları da məhz bu gizli razılaşmaların bir hissəsi kimi görünür. Bu yolda ən böyük maneə isə İran deyil, Ukrayna düyünüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Mart 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see569

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see527

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see368

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see273

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see247

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see246

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see239

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see236

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see234

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see215

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see213

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see210

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see209

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see206

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see205

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see204

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see203

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see198

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri