Icma.az
close
up
RU
Ağ qızıl ın qara günləri: Dünya bazarlarında pambıq ucuzlaşıb

Ağ qızıl ın qara günləri: Dünya bazarlarında pambıq ucuzlaşıb

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın pambıq ixracından gəliri azalıb. Belə ki, bu ilin yanvar-iyul aylarında 108.1 milyon ABŞ dolları dəyərində pambıq ixrac edilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13.9 faiz azdır. Təkcə iyulda isə Azərbaycan 9.5 milyon ABŞ dolları dəyərində pambıq ixrac edib. Bu isə bir il əvvələ nisbətən səkkiz faiz azdır. Bəs gəlirlərin azalmasına səbəb nədir? Pambıqçılıq artıq əvvəlki qədər maraq doğurmur?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Dünya bazarlarında pambıq ucuzlaşıb"

Kənd təsərrüfatı eksperti Cəfər İbrahimlinin sözlərinə görə, Azərbaycanda pambıqçılıq ənənəvi olaraq inkişaf edir: "Digər sahələrlə müqayisədə bu sahəni bilən şəxslər daha çoxdur. Azərbaycanda son illərdə pambıq sahələri ilə bağlı ciddi bir dəyişiklik yoxdur. Müəyyən rayonlar var ki, orada 100 min hektara qədər ərazi əkilir. Ümumi olaraq ildə 300 min ton məhsul istehsal edilir. Əraziləri genişləndirə bilmirik. Çünki pambıq su sevən bitkidir, torpağın imkanları olmalıdır. Pambıqçılıqda istehsal məhsuldarlıq hesabına artırıla bilər. Suvarma sistemini, toxumları inkişaf etdirməklə, torpağımıza və iqlimimizə uyğun toxumlar yetişdirərək məhsuldarlığı artırmaq olar".

C.İbrahimlinin fikrincə, gəlirin azalmasının səbəbi dünyada pambığın ucuzlaşmasıdır: "Pambığın böyük hissəsini ixrac edirik. Ölkəmizdə emal olunur, mahlıc formasına gətirilir. Daha çox Türkiyəyə satılır. Keçən il pambığın qiyməti son yeddi ilin ən aşağı səviyyəsinə düşüb. Dünya bazarlarında qiymətin düşməsi də ixrac gəlirlərinə təsir edə bilər".

"Sovet dövründəki istehsala çata bilmirik"

İqtisadçı Rauf Qarayev isə pambıqçılıq üzrə rəqəmlərin dəyişkən olduğunu bildirib: "Azərbaycanda pambıqçılıq qədim və inkişaf etmiş sahə olsa da, son illərdə istehsal həcmi dəyişkənlik göstərib. Sovet dönəmində pambıq istehsalı bir milyon ton təşkil etsə də, 2010-cu illərdə azalma müşahidə olunmuşdu. Sonrakı illərdə isə əkin sahələrinin genişlənməsi, məhsuldarlığın artması və istehsalın xeyli yüksəlməsi ilə pambıqçılığın bərpası istiqamətində işlər görülüb. 1981-ci ildə Azərbaycanda pambıq tədarükü bir milyon tona çatmışdı. 2015-ci ildə əkin sahələri azaldı və yalnız 18 min hektar əkilərək 35 min ton məhsul götürüldü. 2016-cı ildə 51 min hektar əkinlə 89 min ton, 2017-ci ildə isə 136 min hektar əkinlə 207 min ton pambıq istehsal olundu. 2019-cu ildə əkin sahələri azalsa da, məhsuldarlıq ciddi şəkildə artdı və 100 min hektar əkindən 294 min ton məhsul götürüldü. 2020-ci il 337 min ton, 2021-ci il 287 min ton, 2022-ci il 322 min ton, 2023-cü il 276 min ton istehsal olub. Göründüyü kimi, rəqəmlər gah azalır, gah da çoxalır".

"Rəqabətdə uduzuruq"

R.Qarayev Azərbaycanın pambıq ixracından da bəhs edib: "Azərbaycandan pambıq əsasən xammal kimi deyil, hazır məhsul olan iplik şəklində ixrac edilir. Pambıq iplik idxal etmək ölkənin hazır məhsul ixracına göstərilən marağını və dəyər zəncirini göstərir. Bu, Azərbaycanın kənd təsərrüfatı ixracının artırılmasına töhfə verir və ölkə iqtisadiyyatı üçün vacibdir. 2025-ci ilin ilk yeddi ayında 17 milyon dollar dəyərində 7 282 ton pambıq iplik ixrac olunub. Onu da qeyd edək ki, Azərbaycan eyni zamanda bəzi ölkələrə xam pambıq - daranmaya məruz qalmayan pambıq lifi ixrac edir. Bu ilin ilk üç ayında Azərbaycan Türkiyəyə 24.8 min ton, Türkmənistana isə 1.3 min ton pambıq lifi satıb. İxrac olunan pambıq lifinin bir kiloqramının orta gömrük dəyəri 1.5 dollar (2.5 manat) olub".

"Yeni bazarlar tapılmalıdır"

İqtisadçının sözlərinə görə, pambıq ixracındakı azalmanı aradan qaldırmaq üçün müxtəlif yollar tapmalıyıq: "Pambıq ixracındakı azalma müvəqqətidir. Pambığın ixracı ilə bağlı rəqabət üstünlüyü üçün yeni bazarlar tapmalıyıq. Türkiyə, İran, Banqladeş, Rusiyaya pambıq satmaqla böyük nəticə əldə edə bilmərik. Yeni bazarlar tapılmalıdır ki, pambıq ixracımızı artıra bilək. Türkiyə vasitəsilə Avropaya pambıq sata bilərik. Bunun üçün keyfiyyəti artırmalıyıq. Bu zaman yüngül sənayemiz də inkişaf edər. Artıq geyimlərimizi də özümüz istehsal edə bilərik. Bu isə bir sıra sahələrin inkişafına gətirib çıxarar. Təəssüf ki, istehsal etdiyimiz pambıqdan alınan məhsullar azdır. O səbəbdən rəqabətdə digər ölkələrə uduzuruq. Məsələn, pambığımızı Türkiyəyə göndərib orada məhsullar istehsal edib digər ölkələrə sata bilərik. Pambıqçılığın stimullaşdırılması üçün subsidiyalar mövcuddur. Həmçinin yeni avadanlıqlar alıb gətirmək lazımdır ki, itkiyə daha çox yol verməyək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Sentyabr 2025 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see227

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see219

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see211

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see205

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see204

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see199

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see180

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see174

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see168

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see164

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see153

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see147

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see133

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see130

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see129

Təhsilin İnkişafı Fonduna direktor təyin olunan Nicat Məmmədli KİMDİR? DOSYE

18 Dekabr 2025 12:13see129

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri