Icma.az
close
up
RU
Ağ yalan və tərsliyin imitasiyası

Ağ yalan və tərsliyin imitasiyası

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin son mesajları Ermənistan isteblişmentində və cəmiyyətində çaşqınlıq yaradıb 

Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı telejurnalist Dmitri Kiselyova müsahibəsində səsləndirdiyi fikirlər, etdiyi xəbərdarlıqlar Ermənistan rəsmilərinin, yerli medianın və ekspertlərin qızğın müzakirə mövzusuna çevrilib. 

Yəqin onlar üçün videoyazısını izlədikləri müsahibədə cənab Prezidentin rəsmi İrəvana və onun himayədarlarına ünvanladığı mesajlara Kiselyovun razılıqla başını tərpətməsini “həzm eləmək” xüsusilə çətin olub. Bakıdan səslənən sərt xəbərdarlıqlara “cavab vermək” fikrinə düşən hayların baş naziri Nikol Paşinyan tezbazar “Armenpress”in müxbirini iqamətgahına dəvət edib. Amma biz onun dilindən təzə heç nə eşitmədik. Köhnəlmiş mülahizələr, “sınıq val” üslubunda qulağımızı yağır etmiş, yalan və riyakarlıqla bəstələnmiş bayağı “havalar”. 

“Ermənistan heç bir ölkə ilə silahlanma yarışında deyil. Biz silahları sırf Ermənistanın sərhədlərini və ərazi bütövlüyünü qorumaq üçün, yəni müdafiə məqsədilə alırıq və məqsədimiz şəffafdır”. Həmişə olduğu kimi, Paşinyan bu dəfə də ictimai rəyə ağ yalanını həqiqət kimi sırımaq üçün diplomatik etiketdən və məntiqdən uzaq “arqumentlərdən” yararlanmağa çalışır. Misal üçün, deyir ki, tutalım Ermənistanın hava hücumundan müdafiə və elektron döyüş sistemləri var, bəs yerüstü hücumlardan özünü necə qorumalıdır? Ardınca sualına özü belə cavab verir: “Təbii ki, artilleriya ilə, raketlərlə, eləcə də digər məhvedici vasitələrlə. Azərbaycan da müdafiə xarakteri daşımayan silahlar əldə edir. Bu o deməkdirmi ki, o, revanşist siyasət aparır?” 

Azərbaycanın revanşı necə aldığını hamıdan yaxşı bilən Paşinyan verdiyi ritorik sualı ilə iz azdırmağa, kökündən yanlış müqayisələr aparmağa girişir. İndi Bakının ikinci revanşa nə ehtiyacı, nə də niyyəti var. Qərbi Azərbaycan torpaqlarına isə tankların üstündə deyil, avtomobillərlə qayıdacağımız gün uzaqda deyil. Hayların baş naziri isə siyasi ritorikasının daimi atributuna çevrilmiş nə ağ yalanlarından əl çəkir, nə də yersiz və bezdirici tərsliyini yerə qoyur. Açığını deyək ki, onun bir-birini təkzib edən bəyanatlarından bizdən çox erməni cəmiyyəti bezib. Paşinyanın məhz silahlanma kontekstində ortaya atdığı avantürist ideyalarından biri də silahlar üzərində qarşılıqlı nəzarət mexanizmi barədə Azərbaycana etdiyi təklif idi. Müsahibəsində Bakının onun bu təklifinə hələ reaksiya vermədiyini söyləyən baş nazir irəli sürdüyü ideyanın, guya, səmərəliliyini isbatlamaq üçün iki ölkənin hərbi büdcələri arasındakı müqayisə aparır: “Ermənistanla Azərbaycanın hərbi büdcələri arasındakı fərq artıq 3 dəfə Azərbaycanın xeyrinədir. Bunun fonunda bizi silahlanmaqda ittiham etmək, ən azı, ədalətsizlikdir”.

* * *

30 il qonşusunun torpağını işğal altında saxlayan bir ölkənin baş naziri indi ədalətdən dəm vurur. Hayların baş nazirinə bu məqamda unutduğu sadə bir statistikanı xatırlatmaq yerinə düşər. Ərazisi ərazimizdən az qala üç dəfə kiçik, əhalisi isə üç dəfədən də az olan Ermənistan hansı parametrlərinə görə Azərbaycanla silahlanma yarışına girə bilər? Yoxsa İrəvan Fransadan, Hindistandan aldığı silah-sursatla Bakının “gözünü qırmağı”, sülh danışıqları masasında hansısa güzəştləri qoparmağı planlayır? Bu planların artıq arxiv materialına çevrildiyini anlamaq istəməyən Nikol Paşinyan müsahibəsində ikibaşlı cavabları ilə də yadda qaldı. 

“Armenpress”in müxbirinin “Siz regionda yeni eskalasiya riskini nə dərəcədə yüksək qiymətləndirirsiniz?” – sualına Paşinyanın verdiyi cavaba diqqət yetirin: “Mən təminat verə bilərəm ki, Ermənistanın Azərbaycana hücum etmək kimi bir niyyəti, məqsədi və planı yoxdur. Biz bu yolla getməyəcəyik. Əgər Azərbaycanın da Ermənistana hücum etmək niyyəti yoxdursa, o zaman regionda eskalasiya ehtimalı sıfıra bərabərdir”. 

Nikol Paşinyan Bakıdan səslənən son xəbərdarlıqları beynində analiz etməyə başladığı zaman rəqibə qarşı “döyüş meydanına” Ermənistan Milli Assambleyasının müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan göndərilir. Bu “şərəfə” layiq görülən hay parlamentari Prezident İlham Əliyevin məlum müsahibəsində Ermənistanın havadarlarından ölümcül silahlar alması ilə bağlı bəyanatına münasibət bildirib: “Əslində, Ermənistan Silahlı Qüvvələrini hücum üçün yox, müdafiə üçün modernləşdirir. Biz yalnız müdafiə sistemləri alırıq və sülh haqqında düşünürük”. 

Köçəryanın baş nazirin açıqlaması ilə, yumşaq desək, üst-üstə düşməyən bu açıqlaması Ermənistan hakimiyyətində, sadəcə, çaşqınlığın təzahürüdür. Rəsmi Bakı Ermənistana tədarük edilən silahların mahiyyəti, o cümlədən hücum silahları barədə dəfələrlə məlumat yayıb. İndi Köçəryan iddia edir ki, Ermənistan xaricdən yalnız hava hücumundan müdafiə və raketdən müdafiə sistemləri alır. Bu məqamda hayların parlamentinin komissiya sədrinə belə bir sual verək: Ermənistanın Hindistandan almağı planlaşdırdığı “Pralay” taktiki ballistik raketləri də müdafiə olunmaq üçün nəzərdə tutulub? Əgər Köçəryanın bu sövdələşmədən xəbəri yoxdursa, ona qısa arayış təqdim edək: bu raketlər 150-dən 500 kilometrə qədər uçuş məsafəsinə malikdir və mobil buraxılış qurğusundan buraxıla bilər.

Mövzu ilə bağlı XQ-yə açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Ermənistan baş nazirinin müdafiə və hücum silahlarının fərqini ya anlamadığını, ya da sülh sazişini imzalamaqdan yayınmaq üçün növbəti dəfə yalan danışdığını bildirdi: “Paşinyanın bu açıqlamasının arxasında beynəlxalq ictimaiyyətin gözünə kül üfürmək, bölgədə münaqişə ocağı qalamaq istəyən tərəfdarlarına mesajlar gizlənir. Ermənistanın aldığı silahların xarakterinə gəldikdə isə Fransa istehsalı olan özüyeriyən qaubitsalar yetmiş kilometr məsafədəki hədəfləri vurmağa qadirdir. Tanka bərabər tutulan bu reaktiv sistemlər, əlbəttə ki, hücum silahları sayılır. Hindistandan aldığı qoşqulu haubitsalar reaktiv aktiv mərmilərlə 80 kilometrə qədər atəş aça bilirlər. Bunlardan başqa, İrəvan silah-sursat alınması ilə bağlı Cənubi Koreya da müraciət edib. Bəzi məlumatlara görə, Seul hələlik yekun qərarını verməyib. Söhbət müasir tanklardan gedir. Tank nə vaxtdan müdafiə silahı hesab olunur? Üstəlik, radiusu 120 kilometrə qədər olan radioelekrton cihazları əldə etməsi Ermənistanın heç də müdafiəyə hazırlaşmasından xəbər vermir. Hava hücumundan müdafiə qurğuları isə yüz əlli kilometrlik məsafədəki hədəfləri aşkar etməyə hesablanıb. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan əldə etdiyi silahların heç biri müdafiə xarakterli deyildir. Yəni, dediyimiz silahlar bədnam qonşuların revanşa hazırlaşmasının göstəriciləridir”. 

Hərbi ekspert dedi ki, İrəvanın sülhdən yayınmaq üçün etdiyi siyasi manupulyasiyaları onun məkrli niyyətindən xəbər verir: “Havadarlarının Ermənistanı silahlandırmaqla onu bölgədə irimiqyaslı hərbi təxribata hazırlamaları açıq-aşkar müşahidə olunmaqdadır. Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində bu məsələyə ciddi reaksiya verdi. Dövlət başçımız bundan əvvəl də bəyan etmişdi ki, istər Ermənistanın revanşist qüvvələri, istərsə də onun kənar dəstəkçiləri tərəfindən Azərbaycan üçün hansısa təhlükə yaranarsa dərhal və qəti şəkildə cavab tədbirləri görüləcək. Rəsmi İrəvan bu mesajı ciddi xəbərdarlıq kimi qəbul etməlidir”. 

* * *

Heç kəsə sirr deyil ki, Azərbaycanın Ermənistanın istənilən nöqtəsini vura biləcək raketləri var. Bu da təbiidir, çünki biz İrəvana etibar etmirik. Səbəb isə tamamilə aydındır. Etimadsızlıq Ermənistanın ərazilərimizi 30 il işğal altında saxlamasından, saxta sülh danışıqları ilə münaqişəni dondurmaq cəhdlərindən qaynaqlanır. Bölgədə reallığın dəyişdiyi indiki məqamda İrəvan iqtidarı Azərbaycana qarşı təcavüzkar planlarının olmadığını sübuta yetirməlidir. Belə sübutlardan biri də onlarda hücum silahlarının olmamasıdır. Ermənistanın durumunu İkinci dünya müharibəsində məğlub olduqdan dərhal sonra demilitarizasiya olunmuş Almaniyanın “statusu” ilə müqayisə edə bilərik. Əslində, Ermənistanı da faşist Almaniyasının aqibət gözləməli idi. Amma onu da başa düşürük ki, Azərbaycanı ədalətli müharibədən çəkindirə bilməyən, işğaldakı torpaqlarını geri qaytarmayan böyük dövlətlər, “kollektiv Qərb” düşündükləri kimi, “Ermənistanın tam alçaldılmasına” imkan vermək istəmirlər. İntəhası, hadisələrə reallıqdan çıxış edərək və ayıq baxmağımız heç də o demək deyil ki, Ermənistanın əndazəni aşmış silahlanmasına göz yumacağıq. 

Bundan başqa, Köçəryan Prezident İlham Əliyevin Aİ missiyasının şərti sərhəddə fəaliyyətinin dayandırılması tələbi ilə bağlı bəyanatını şərh edib: “Aİ-nin müşahidəçi missiyası sülh müqaviləsi imzalanacağı təqdirdə başa çatacaq. Silahlı 
Qüvvələrimiz elə bir səviyyəyə gətirilməlidir ki, hər hansı təcavüzün qarşısı alınsın”. Hay deputatın sözlərindən belə çıxır ki, Aİ-nin mülki missiyası, bir növ, Ermənistanı Azərbaycanın istənilən hərəkətindən qorumaqla məşğuldur. Burada dərhal onu qeyd etməliyik ki, Azərbaycan Ermənistana qarşı hər hansı hərbi əməliyyat keçirməyi planlaşdırmır. Lakin düşmənin silahlı təxribatına cavabımız da özünü gözlətməyəcək. Belə bir cavabın veriləcəyi təqdirdə şərti sərhəddə hansısa missiyanın olması bizim üçün çəkindirici rol oynaya bilməyəcək. Üstəlik, yəqin İrəvandakılar da avropalıların Azərbaycanla döyüşmək fikrində olmadıqlarını bilməmiş deyillər.

Bəlkə Ermənistan və onun himayədarları Aİ-nin veteran hərbçi və polislərdən ibarət müşahidə missiyasını NATO-nun tammandatlı hərbi bazasına çevirməyi planlaşdırırlar? Əgər belədirsə onda bu danışıqların nə faydası var? 

* * *

Hər şey aydındır. Bakıdan eşitdiyi xəbərdarlıqlar İrəvanın “kürkünə birə salıb”. Baş nazirin və parlament rəsmisinin bu mesajlara tələm-tələsik cavab verməyə çalışmaları da Ermənistan hakimiyyətinin təlaşa düşməsinin əlamətləridir. “Armen-
press”ə müsahibərinin tonundan Paşinyanın əhali arasında hakim partiyanın reytinqinin gütdikcə daha da aşağı düşməsinin qarşısını almaq istəyi hiss olunurdu. Paşinyanın bu yolla öz xalqına da sırımağa çalışdığı yalanlarının məqsədi, guya, arxasında Qərbin dağ kimi dayandığı, xarici siyasəti şaxələndirmək taktikasının öz “bəhrəsini verdiyi” təsəvvürünü yaratmaqdır. 

Hansı müstəvidə və pozada dayanmasından asılı olmayaraq, İrəvanın üstündə daim haypərəst Qərbin kölgəsi aydın görünür. Özgə kölgəsinə sığınanın isə siyasi manevr etmək imkanları sıfıra bərabər tutulur. Elə bu səbəbdəndir ki, rəsmi İrəvan “kollektiv Qərb”dən aldığı “geri çəkilmə!” təlimatına uyğun davranmağa məcburdur. Yəni, xarici kuratorlarının oyunlarından tam asılı vəziyyətdəki Ermənistan üçün sülhün özü də uzun və ağrılı prosesə çevrilə bilər. Təəssüf!

P.S. Ermənistan baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun buraxılması tələbini “konstruktiv ideya” adlandırıb. “Əgər münaqişə yoxdursa, onda münaqişənin həlli ilə bağlı formatın olmasının nə mənası var”. Hayların baş nazirinin müsahibəsində yadda qalan yeganə müsbət çalar bu idi. 

İmran BƏDİRXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Dekabr 2024 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see279

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see232

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see219

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see184

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see182

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see180

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see150

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see145

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see144

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see138

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see136

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see132

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see131

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see130

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see128

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see125

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see122

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see121

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see119

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri