Icma.az
close
up
RU
Ağ, yoxsa tam taxıl çörəyi: Hansı daha faydalıdır?

Ağ, yoxsa tam taxıl çörəyi: Hansı daha faydalıdır?

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Çörək seçimi gündəlik qidalanmanın keyfiyyətinə ciddi təsir göstərir. Tam taxıllı çörək daha faydalı hesab olunsa da, onunla ağ çörək arasındakı fərq hər zaman açıq görünmür. 
Demokrat.az
xəbər verir ki, bu barədə “Prevention” nəşrinə diplomlu diyetoloq, elmlər magistri Loren Manaker danışıb.
Onun sözlərinə görə, ağ çörək təmizlənmiş undan hazırlanır və bu zaman taxılın kəpəyi və rüşeymi çıxarılır. Bu, məhsula yumşaqlıq verir, lakin lifin və bəzi vitamin-mineralların itirilməsinə səbəb olur. Bəzən o, əlavə olaraq zənginləşdirilsə də, qida dəyərinə görə yenə də tam taxıllı çörəkdən geri qalır. Bununla belə, ağ çörək daha asan həzm olunur və mədə-bağırsaq sistemi həssas olan insanlar və ya xəstəlikdən sonra bərpa dövründə olanlar üçün uyğun ola bilər. Həmçinin tərkibinə əlavə olunan fol turşusu səbəbilə hamilə qadınlar üçün faydalı ola bilər və tez enerji mənbəyi kimi çıxış edir.
Lakin ağ çörəyin tez-tez istifadəsi ürək üçün müəyyən risklərlə əlaqələndirilir, baxmayaraq ki, bu istiqamətdə əlavə tədqiqatlara ehtiyac var. Orta hesabla bir dilim ağ çörəkdə təxminən 79 kilokalori, 15 qram karbohidrat və 1 qramdan az lif olur.
Tam taxıllı çörək isə bütün taxıl hissələrini saxlayan undan hazırlanır. O, həzm prosesini yaxşılaşdıran, uzunmüddətli toxluq hissi yaradan və qan şəkərini stabilləşdirən liflə zəngindir. Bu cür çörək həmçinin xolesterini azalda və ürək sağlamlığını dəstəkləyə bilər. Araşdırmalar göstərir ki, tam taxılların müntəzəm qəbulu 2-ci tip diabet, insult və bəzi xərçəng növləri riskini azaldır.
Bundan əlavə, tərkibində daha çox maqnezium, sink və E vitamini var. Lakin diqqət edilməlidir ki, hər “buğda çörəyi” həqiqi tam taxıllı deyil, buna görə “100% tam taxıl” qeyd olunan məhsullara üstünlük verilməlidir. Belə çörəyin bir dilimində təxminən 69 kilokalori, daha çox protein və ağ çörəyə nisbətən xeyli yüksək lif miqdarı olur.
Çörəyi hər gün yemək mümkündürmü? Bəli, əgər bu tam taxıllı məhsuldursa və qlütenə qarşı dözümsüzlük yoxdursa. O, balanslı qidalanmanın bir hissəsi ola bilər, lakin qida rasionunda müxtəliflik vacibdir: yalnız çörəyə əsaslanmaq olmaz. Həmçinin bəzi çörəklərin tərkibində əlavə şəkər ola biləcəyinə görə etiketlərə diqqət yetirilməlidir.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Aprel 2026 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri