Icma.az
close
up
RU
Ağalar Vəliyev Xaçmaz rayonunda İftar mərasimi təşkil edib FOTOLAR

Ağalar Vəliyev Xaçmaz rayonunda İftar mərasimi təşkil edib FOTOLAR

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev Novruz və Ramazan bayramları münasibətilə seçicilərinə, ağsaqqallara, şəhid, qazi ailələrinə təbrik ünvanlayıb vəonlara xoş arzularını çatdırıb.

SİA xəbər verir ki, Novruz bayramı xalqımızın qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur, öz tarixi keçmişimizə yüksək ehtiramımızı və milli dəyərlərimizə dərin bağlılığımızı nümayiş etdirir.

Müqəddəs Qurani-Kərimin nazil olduğu və on bir ayın sultanı sayılan mübarək Ramazan ayı Ulu Tanrının mərhəmət və lütfünün ən yüksək dərəcədə təzahür etdiyi saflıq, xeyirxahlıq və ruzi-bərəkət ayıdır.

Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən Ramazan günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə dualar oxunur, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ölməz xatirəsi dərin ehtiramla yad edilir və igid qazilərimizə şəfalar dilənir.

Xalqımız Novruz və Ramazan bayramlarını son 200 illik tariximizin ən parlaq səhifəsi və əbədi qürur mənbəyimiz olan Şanlı Zəfərimizin və Böyük Qayıdışımızın dogurduğu qalibiyyət ovqatı və fəxarət hissilə qeyd edir.

Deputatın ofisindən daxil olan məlumata əsasən Novruz və Ramazan bayramları münasibətilə millət vəkili tərəfindən 57 saylı Seçki Dairəsi üzrə Xaçmaz rayonundan 1025 şəhid, qazi, əlil və aztəminatlı ailəyə,Ucar, Yevlax, Goranboy, Tərtər və Bərdərayonlarından isə 255 ağsaqqala təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatlarının çatdırılması təmin edilib.

Ağalar Vəliyevin təşəbbüsü və dəstəyi ilə rayon rəhbərliyinin, geniş ictimaiyyətin nümayəndələrinin, ağsaqqalların, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının və oruc tutan sakinlərin iştirakı ilə Xaçmaz rayonunda 550 nəfərlik İftar mərasimi təşkil olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Mart 2026 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri