Icma.az
close
up
RU
Ağasif Şakiroğlu:Bu hissi yaşamaq çox bənzərsiz bir duyğudur

Ağasif Şakiroğlu:Bu hissi yaşamaq çox bənzərsiz bir duyğudur

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

"İyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə Zəngilan və Cəbrayıla etdiyimiz səfər möhtəşəm idi".

Bu sözləri Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Adalet.az-a açıqlamasında deyib. O, səfərin unudulmaz keçdiyini bildirib: "Bu səfər hər bir iştirakçıda, o cümlədən də məndə heç bir zaman unulmayacaq izlər buraxdı və yaddaşımıza həkk olundu. Bəlkə də bu günə qədər yaşadığım və gördüyüm ən gözəl mənzərə idi. Həm Cəbrayıl, həm də Zəngilanda gördüklərimiz qarşısında fərəh və qürur hissləri keçirdik. Mən həmin səfər çərçivəsində istər zəngilanlı, istər cəbrayıllı soydaşlarımızın öz dədə-baba yurdlarında necə xoşbəxt, sevinc və hüzur içində yaşadıqlarını gördüm".

Partiya sədri Cəbrayıl və Zəngilanda aparılan quruculuq işlərindən də danışıb: "Mən Cəbrayıl və Zəngilanda cənab Prezident İlham Əliyevin apardığı “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən işləri gördüm. Həmin ərazilərdə mükəmməl şəkildə abadlıq və quruculuq işləri həyata keçirilir. Erməni işğalı dövründə xarabalığa çevrilmiş yerlərə yenidən həyat qayıdır. Ümumiyyətlə, insanların uzun illər həsrətində qaldığı torpaqlarda bir-biri ilə mehriban və xoşbəxtlik içində yaşaması çox qürurvericidir".

O qeyd edib ki, belə səfərlər siyasi partiyalar arasında əməkdaşlığın da inkişafına səbəb olur: "Belə birgə səfərlər zamanı siyasi partiyalar arasında dialoq və əməkdaşlıq mühiti formalaşır. Həmçinin, bu, həm də iqtidarla müxalifət arasında da münasibətlərin inkişafı baxımından olduqca əhəmiyyətli və təqdirəlayiq addımdır. Bir daha fürsətdən istifadə edərək Qarabağın belə möhtəşəm şəkildə yenidən qurulmasına görə başda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə, habelə torpaqlarımızın işğaldan azad olunması uğrunda canından və qanından keçən bütün qəhrəmanlarımıza təşəkkür edirəm. Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" deyə bildirib.

 Xatırladaq ki,  budəfəki birgə səfərin ünvanı Cəbrayıl və Zəngilan idı. Səfərdə, ümumilikdə, 70 nəfərdən artıq şəxs iştirak edib. 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlərin iştirakı ilə keçirilmiş səfərin proqramı kifayət qədər zəngin və maraqlı olub.

Əntiqə Rəşid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 İyun 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri