Icma.az
close
up
RU
Ağcaqanadlar insan qanına meyllənir: Xəstəlik riski artır

Ağcaqanadlar insan qanına meyllənir: Xəstəlik riski artır

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Braziliyada Atlantik meşəsinin qalıqlarında yaşayan ağcaqanadların getdikcə daha çox insan qanı ilə qidalanması alimləri narahat edir. Mütəxəssislər bildirirlər ki, bu tendensiya təhlükəli yoluxucu xəstəliklərin yayılma riskini artırır.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Frontiers in Ecology and Evolution" elmi jurnalında dərc olunub.

Braziliya sahilləri boyunca uzanan Atlantik meşəsi dünyanın ən zəngin biomüxtəlifliyə malik regionlarından biri hesab olunur. Lakin meşələrin qırılması və insan məskənlərinin genişlənməsi nəticəsində bu ərazinin ilkin sahəsinin cəmi təxminən üçdə biri qorunub saxlanılıb. Alimlər hesab edirlər ki, təbii mühitin məhv edilməsi heyvanları, o cümlədən ağcaqanadları davranışlarını dəyişməyə və yeni qida mənbələri axtarmağa məcbur edir.

Osvaldu Kruz İnstitutundan Jeronimu Alenkarın rəhbərlik etdiyi tədqiqat qrupu Rio-de-Janeyro ştatındakı iki təbiət qoruğunda ağcaqanad populyasiyasını araşdırıb. İşıqlı tələlər vasitəsilə 52 növə aid 1700-dən çox ağcaqanad tutulub. Qanla qidalanmış dişi fərdlərdən götürülən nümunələrdə qalan qan izləri üzərində DNT analizi aparılaraq “genetik barkod” metodu ilə hansı onurğalıya məxsus olduğu müəyyən edilib.

Qan izi aşkarlanan 145 dişi ağcaqanaddan yalnız 24-də qida mənbəyini dəqiqləşdirmək mümkün olub. Onlardan 18 halda ağcaqanadların insan qanı ilə qidalandığı müəyyən edilib. Digər nümunələr isə suda-quruda yaşayanlar, quşlar, gəmiricilər və başqa heyvanlara məxsus olub. Bəzi hallarda bir qan qidalanması zamanı bir neçə mənbənin, o cümlədən insanın qanının qarışdığı da müşahidə edilib.

Tədqiqatın həmmüəllifi, Rio-de-Janeyro Federal Universitetindən Serjiu Maşadu bildirib ki, Atlantik meşəsində potensial “sahiblərin” çoxluğuna baxmayaraq ağcaqanadların insana üstünlük verməsi patogenlərin ötürülməsi riskini kəskin şəkildə artırır.

Alimlər bu davranış dəyişikliyini ekosistemlərin dağılması ilə əlaqələndirirlər. Vəhşi heyvanların sayının azalması fonunda ağcaqanadlar insanlarla daha tez-tez qarşılaşır və onları daha əlçatan qan mənbəyi kimi seçirlər. Bu isə xüsusilə narahatedicidir, çünki bölgədə sarı qızdırma, denge, Zika, çikungunya və digər virus xəstəliklərinin törədiciləri dövriyyədədir.

Ağcaqanadların qan mənbəyinin müəyyən edildiyi nümunələrin payı nisbətən az olsa da, tədqiqat müəllifləri bunu epidemioloji nəzarət üçün mühüm siqnal hesab edirlər. Yerli ağcaqanadların əsasən insana yönəlməsinin anlaşılması infeksiyaların qarşısının alınması və nəzarəti üçün daha dəqiq tədbirlərin hazırlanmasına kömək edə bilər.

Tədqiqatçılar vurğulayırlar ki, uzunmüddətli perspektivdə bu cür məlumatlar ekosistemlərin qorunmasının vacibliyini bir daha önə çıxarır. Təbii tarazlığın bərpası insanla təhlükəli xəstəlik daşıyıcıları arasında təmas ehtimalını azalda bilər.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Yanvar 2026 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri