Icma.az
close
up
RU
Ağdabanda insanlığa sığmayan dəhşətli cinayət törədilib

Ağdabanda insanlığa sığmayan dəhşətli cinayət törədilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 8 aprel, AZƏRTAC

Kəlbəcər rayonunun Ağdaban coğrafi mövqeyinə görə elə bir mühüm nöqtədə yerləşirdi ki, həmin kəndin alınmasından sonra Kəlbəcərin işğalı asanlaşırdı. Məhz bu baxımdan da erməni silahlı qüvvələri 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə geniş plan hazırlayaraq əhatəli hücuma keçdilər. Onlar kəndi mühasirəyə alıb insanları qırmaq, məhv etmək, kəndi yer üzündən silmək planlarını həyata keçirdilər. Bu zaman doğrudan da kənddə insanlığa sığmayan dəhşətli hadisələr törətdilər.

Bunu AZƏRTAC-a açıqlamasında Kəlbəcər Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov deyib.

O qeyd edib ki, ermənilər bununla kifayətlənməyərək girov götürdükləri insanlara qarşı olduqca ağır işgəncələr verdilər. Hərşey planlı şəkildə baş verirdi. Evlər talan edilərək yandırıldı. Bütün bunlar qısa zaman kəsiyində baş tutdu. Sakinlərin yalnız bir hissəsi şaxtalı, soyuq havada canlarını götürüb üzü meşələrə, dağlara qaçdı.

A.Məmmədov Ağdaban faciəsinin Xocalı soyqırımından sonra törədilmiş ikinci böyük faciə olduğunu qeyd edib: “Bu faciə həqiqətən, insanlığa, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Bütün ağır işgəncələrə baxmayaraq Kəlbəcər rayonu Ağdaban kəndi yenidən öz yaşayışını bərpa etdi. Bir ildən sonra, yəni 1993-cü ilin mart ayının sonunda yenidən işğala məruz qaldı, yenə də itkilər verildi. Ağdaban faciəsi zamanı milli-mənəvi dəyərlərimiz də məhv edildi. Dədə Şəmşirin atası, ağdabanlı şair Qurbanın, Dədə Şəmşirin özünün irsi yandırıldı. Bu ağır faciələri yada salmaq, xatırlamaq olduqca çətindir. Lakin 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər sayəsində bütün ağrı-acılarımızın əvəzi çıxıldı, şəhidlərimizin qisası alındı.

Artıq bu gün kəlbəcərlilər Böyük Qayıdış proqramı əsasında öz ata-baba yurdlarına qayıdırlar, mərhələli şəkildə öz yaşayışlarını bərpa edirlər. Yaxın gələcəkdə Ağdaban camaatı da doğma kəndinə qayıdacaq, öz yaşayışlarını bərpa edəcək, əzizlərinin qəbrini bərpa edib onları yenidən ziyarət edəcəklər. Həyat yenidən öz axarında düşəcək Ağdabanda”.

Müxbir - Günel Türksoy

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri