Ağdam rayonunda Rahib Məmmədovun anım gününün 38 ci ildönümü münasibətilə tədbir keçirilib
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.
Ağdam rayonu Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbində Rahib Gülmalı oğlu Məmmədovun anım gününün 38-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. İlk öncə tədbir iştirakçıları Rahib Məmmədovun abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
Tədbirin rəsmi hissəsinə başlamazadan əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Ağdam Rayon Filialının sədri, “Ağdam” qəzetinin redaktoru Baxşeyiş Hətəmli, Ağdam rayonu Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinin direktoru Könül İbrahimova, Şəhid ailələri, Qazilər və rayon ictimaiyyətinin nümayəndərləri iştirak etmişdir.
Anım tədbirində çıxış edənlərdən YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Mahrızlı kənd tam orta məktəbinin direktoru Könül İbrahimova, QMƏVŞAİB-nın Ağdam rayon filialının sədri Baxşeyiş Hətəmli və başqaları Rahib Məmmədovun göstərdiyi sücaət və qəhrəmanlıq səlnaməsindən geniş bəhs etdilər.
Qeyd edək ki, Rahib Məmmədov 20 yaşında ikən, 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olmuşdur. Rahib Məmmədov Böyük Vətən müharibəsindən sonra "Qırmızı Ulduz" ordeni ilə təltif edilmiş ilk sovet vətəndaşı olmuşdur.
Həmçinin Ağdam rayonunda Rahib Məmmədovun adını daşıdığı Döyüş Şöhrəti Muzeyidə fəaliyyət göstərir və Muzeyin direktoru Rahib Məmmədovun qardaşı Sahib Məmmədov da göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz adından, ailə üzvləri adından dərin minnətdarlığını bildirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 07 Fevral 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















