Icma.az
close
up
RU
Ağdama nə vaxt qatarla gedə BİLƏCƏYİK? RƏSMİ

Ağdama nə vaxt qatarla gedə BİLƏCƏYİK? RƏSMİ

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bərdə-Ağdam dəmiryol xəttində aprelin 26-da qatarla ilk sınaq gedişi həyata keçirilib. Bu 33 ildən sonra Bərdə-Ağdam dəmiryol xəttində sərnişin qatarı ilə həyata keçirilən ilk sınaq gedişi idi.

Bəs, Bərdə-Ağdam dəmiryolu nə zaman istismara hazır olacaq?

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-yə sorğu göndərdik. Qurumdan Bizim.Media-ya bildirilib ki, işğal dövrünə qədər Ağdam rayonuna Bakı-Yevlax-Ağdam xətti üzrə sərnişin qatarları hərəkət edib:

“Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Bərdə-Ağdam dəmiryol xəttinin layihələndirilməsi və tikintisinə dair işlər davam etdirilir.

Bərdə-Ağdam dəmiryol xəttinin ox üzrə uzunluğu 47,1 kilometr, yan yollarla birlikdə uzunluğu isə 58 kilometrə yaxın təşkil edir.

Layihə çərçivəsində ümumilikdə 130 ədəd mühəndis qurğusunun, 5 stansiyanın (Bərdə, Köçərli, Təzəkənd, Qərvənd və Ağdam) və 34 yoldəyişən qurğunun tikintisi planlaşdırılır. Dəmiryol xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb. Layihə üzrə süni mühəndis qurğularının tikintisi, yoldəyişənlərin quraşdırılması 100% yekunlaşıb.

Ümumilikdə Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi işləri və tikinti-quraşdırma işlərinin (Ağdam Vağzal Kompleksi və Qərvənd stansiyası xaric) 95%-i başa çatıb. Ağdam Vağzal Kompleksinin layihələndirmə işləri tamamlanıb, tikinti-quraşdırma işləri davam etdirilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 Aprel 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri