Icma.az
close
up
RU
Ağdamda 2 ci yaşayış məhəlləsinə sakinlərin köçürülməsi ilin sonuna kimi reallaşacaq FOTO

Ağdamda 2 ci yaşayış məhəlləsinə sakinlərin köçürülməsi ilin sonuna kimi reallaşacaq FOTO

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağdam şəhərində təhsil, səhiyyə, mədəniyyət, sənaye obyektləri və yaşayış məhəllələrinin tikintisi həyata keçirilir. Hazırda 2-ci, 4-cü və 5-ci yaşayış məhəllələrində inşaat işləri davam edir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi APA-nın yerli bürosuna bildirib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramına uyğun olaraq, Ağdam şəhərində 5 yaşayış məhəlləsinin tikintisi reallaşacaq.

Hazırda 2-ci yaşayış məhəlləsində 11 kvartal üzrə 66 çoxmənzilli bina tikilir. Onlardan 60-ı yaşayış, 6-sı isə qeyri-yaşayış binalarıdır. Məlumata görə, burada 1268 mənzil inşa olunacaq. Onlardan 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü isə dördotaqlı olacaq. 2-ci yaşayış məhəlləsinə Ağdam sakinlərinin geri qayıdışı bu ilin sonuna kimi reallaşacaq.

4-cü yaşayış məhəlləsi 14 hektara yaxın ərazidə inşa olunur. Burada 10 kvartal üzrə 64 bina olacaq. Onlardan 47-si yaşayış, qalanları isə qeyri-yaşayış binasıdır. Bu məhəllədə 4450 nəfərdən ibarət 1080 ailənin məskunlaşması nəzərdə tutulur. Binalarda 48 birotaqlı, 356 ikiotaqlı, 474 üçotaqlı və 202 dördotaqlı mənzil olacaq. Bundan əlavə, bu yaşayış məhəlləsində də yerüstü və yeraltı avtomobil dayanacağı nəzərdə tutulub.

5-ci yaşayış məhəlləsi isə 12 hektardan artıq ərazidə layihələndirilib. 5-ci yaşayış məhəlləsində 12 kvartal üzrə 50 bina inşa olunacaq. Onlardan 40-ı çoxmənzilli yaşayış binası, 10-u isə qeyri yaşayış binalarıdır. Həmin binalarda 1074 mənzil olacaq. Onlardan 5-i birotaqlı, 372-si ikiotaqlı, 443-ü üçotaqlı, 254-ü isə dördotaqlı olaraq nəzərdə tutulub. 5-ci yaşayış məhəlləsində də qeyri-yaşayış binaları tikiləcək, uşaq, idman, istirahət meydançaları və qazanxanalar olacaq.

Tikinti şirkətinin direktoru Mirzə Məcnunov 4-cü yaşayış məhəlləsində görülən işlər barədə məlumat verib. Bildirib ki, binaların bəzilərinin fasadında və daxilində hörgü işləri görülür, bəzilərində isə dəmir-beton konstruksiya işləri yekunlaşmaq üzrədir.

Qeyd olunub ki, hər binada lift və zirzəmidə avtomobil dayanacağı nəzərdə tutulub.

M.Məcnunov, həmçinin müqavilə üzrə göstərilən tarixdə təhvil verilməsi üçün tikinti işlərinin sürətlə davam etdirildiyini diqqətə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Avqust 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see236

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see153

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see152

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see144

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see143

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see139

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see135

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri