Icma.az
close
up
RU
Bu, qəsddir: “Ağdamlılar hara baxır axı...”

Bu, qəsddir: “Ağdamlılar hara baxır axı...”

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Bir-iki neqativ fakta görə məcburi köçkünlərin - və hansısa təcavüz faktına görə bir az da konkretləşdirilərək, küll halda ağdamlıların - adını hallandırmaqda məqsəd nədir?

Hər şeydən öncə “35 ildir evi zəbt edən” 2-3 məcburi köçkünün qeyri-adekvat cavabından başlayaq: Bu ölkənin 1 milyona yaxın qaçqını və məcburi köçkünü olub. Bir milyon adamın içindən 2, 3, 5, hətta min nəfər həyasız çıxmamalıdır? Min nəfər bir milyonun 0,1 faizi də etmir. Məgər “xalq” anlayışı hamısı mərd, məğrur, ləyaqətli kişi-qadınlardan ibarətdir? Bunun cinsi azlığı var, vətən satanı, xəyanət edəni, baştutanı, fahişəsi, qatili, anasının əmcəyini kəsəni... var və bunların əhalinin ümumi sayında bir neçə faiz olması kimi təəccübləndirir ki?

Ancaq bir xalqın içində cinsi azlıqlar 1-2 faiz təşkil edəndə o xalqa toplu halda “gey xalq” deyilmədiyi kimi, 1-2 faizə görə həyasız deyilib, aşağılanma da olmaz (əlbəttə ki, yalnız və yalnız ermənilərdən başqa, onlardan bu "faiz" 100-dür).

Bu baxımdan 1-2 fakta görə 700 mindən çox məcburi köçkünü, 250 mindən çox qaçqını hədəfə gətirmək nə deməkdir?

Hansısa təcavüz faktına görə ağdamlıları xüsusi vurğulayanlar Fred Asifdən, Allahverdi Bağırovdan heçmi utanmırlar? Məsələ onların milli qəhrəmanlığında deyil, həm də mərdlik, qeyrət, kişilik simvolu olmalarındadır, fikirləri, düşüncələri, ürəkləri, canları, malları ilə yurd və vətən üçün mümkünsüzləri həyata keçirmələrindədir!

Bu ölkəyə Xudu Məmmədovu bəxş edən bir yerdu necə aşağılamaq olar axı?

Ağdamlıların kim olduğunu bəlkə də yeni nəsil - “Z”dən “Alfa”ya qədər - anlamaya bilər, ancaq 80-ci illərin sonunu yaşayanlar bilir ağdamlılar kimdir!

Bakıda bilirsinizmi hansı ab-hava vardı?

- Ermənilər Topxana meşəsini doğrayır; bəs, ağdamlılar hara baxır?

- Ermənilər azğınlaşıb, Xankəndidə meydan sulayırlar, azərbaycanlılara qarşı qətliama başlayıblar; bəs, ağdamlılar hara baxır?..

“Ağdamlılar hara baxır?” – 80-ci illərin sonunda bütün Azərbaycanda bir güvəncin, ağdamlılara əminliyin ifadəsi idi: Ağdam Qarabağa nəzarət idi, güc idi, vüqar idi, şərəf idi...

Ağdamlılar Xankəndiyə gələndə ermənilər evlərindən çıxmağa cəsarət etmirdilər!

Ağdamlılar gələndə ermənilər yerin sahibi gəldiyini dərhal qanırdılar!

Ağdam keçmiş Dağlıq Qarabağın tən ortasına yönəli coğrafi mövqeyi, keçmiş DQ-nin əhalisindən az qala ikiqat çox sakini, üstəlik, varı-halı, dövləti, imkanı, vuran qolu, məşhur sənətçiləri, alimi, ziyalısı ilə o qara günlərdə, Qarabağın qaralmış səmasında hər mənada Ağ Dam idi!

Azərbaycanlıların qətliamlarına qarşı ilk toparlanan da Ağdam oldu!

“Ağdam niyə işğal olundu”nu hamı yaxşı bilir – daxildə xarici kəşfiyyatın fitnə-fəsadı, cəbhədə ov tüfəngləri belə əlindən alınan igidlərin son model rus texnikası ilə üz-üzə qalması!

Çox ağır günlər yaşadıq: az qala hər gün Qarabağdan köçkün gəlirdi, onları yerləşdirməyə yer belə yox idi; tələbə yataqxanaları, yarımçıq tikililər, tikilib başa çatan, orderi verilən, ancaq hələ məskunlaşma olmayan binalar bir anda məcburi köçkünlərlə doldu.

7 milyon xalq üçün bir milyon qaçqın-köçkünün nə demək olduğunu təsəvvür edəndə belə adam dəhşətə gəlir! Binalar, şəhərlər bu yükü qaldırmadı - qaldıra bilməzdi də; boz düzlərdə çadır şəhərcikləri quruldu...

Köhnə, yük yerinə yorğan-döşək çatılan Qaz-51, Qaz-52-lər Bakının girişinə qədər yol kənarında onkilometrlərlə düzülmüşdülər, həftələrlə, aylarla donub oradaca qaldılar: o maşınlarda yatıb-duranlar, o maşınların altında nahar edənlər, o yol qırağında aylarla yaşayanlar vardı...

Vaqonlara sığınanlar, relslər üzərində can çəkişənlər vardı...

Bu çətinliklərə ölkənin yenicə müstəqilliyini elan etməsini də əlavə edək: köhnə sistem dağılıb, iqtisadi əlaqələr məhv olub, yeniləri isə hələ qurulmayıb...

Ölkə son dərəcə ağır durumda, üstəlik, elan olunmamış müharibə aparır – ermənilər rusların yardımı və birbaşa iştirakı ilə torpaqlarımızı işğal edir...

Bu dəhşətin içində talelər məhv olurdu – yurdu işğal edilənlər və orderini aldığı, illərlə xəyalını qurduğu evinə köçə bilməyənlər.

90-cı illərdə ciddi narazılıqlar da vardı, məhkəmə çəkişmələri də olurdu; qərar verildi ki, qaçqın-köçkünlər sığındığı yerlərdən çıxarılmasın, işğal bitənə və yaxud onlar evlə təmin olunana qədər. Kimin ağlına gələrdi ki, işğal 30 il çəkəcək!

Onillər keçəndən, Qarabağ azad ediləndən və azad edilən torpaqlarda böyük tikinti başlayandan sonra 1-2 fakt tapıb, bunu köçkünlərin sığındığı evlərdən çıxmaması kimi cəmiyyətə təqdim edib, kampaniya aparmağın adı nədir?

Bu gün bilirsinizmi nə gördüm? Kəlbəcərə köç olacağını bilən kəlbəcərli ana aylardır Tərtərə gedib ki, köçürüləndə evinə 3-4 saat daha tez çatsın!

Dünən bilirsinizmi nə qarşıma çıxdı? Laçından olan bir ana 5 aydır dağılmış yurdunda çadır qurub yaşayır – heç evinin bərpa olunmasını belə gözləməyib...

Sumqayıtda birinin həyasızlıq edib, evdən çıxmadığını tirajlayanlar və bunun üzərinə keçmiş məcburi köçkünləri təhqir etməyi öz vicdanlarına sığışdıranlar bu laçınlı, kəlbəcərli analardan heçmi xəcalət çəkmir?

“Getmirlər”, “Gedənlər də evin qapısını bağlayıb, geri qayıdır” deyə hay-küy salanlar köç, bir yurda yerləşmək prosesindən xəbərdardırlarmı?

Bu insanlar 35 ildir yurddan ayrılıb; ermənilərin işğal etdiyi ərazi 17 min kv.km-ya yaxın idi. Bu, bilirsiniz nə deməkdir?

Məsələn, bir rayon mərkəzi bərpa edilir, 3-4 bina tikilir və ora ilkin köç başlayır: hələ məktəbdə şagirdlər tam yerləşməyib, köçənlərin sayı barmaq hesabıdır; hələ qonşuluqda kimsə, yaxın 10-15 km radiusda bir ins-cins yoxdur; hələ köçürüldüyün yerdə belə “genələ-genələ” gəzə də bilməzsən - əksər ərazilər lentlənib, mina təhlükəsi var; hələ qonşu kənddə toy, yas, ad günü mərasimləri yoxdur; hələ darıxıb məhəlləyə düşəndə oturmağa çayxana, dərdləşməyə çevrə yoxdur; hələ gecə 10-da həyətə düşüb, çörək almaq fürsətin də tam deyil – mağaza 20-30 adama qulluq edirsə, qaranlıq düşməmiş bağlanır və ilaxır...

Hələ iş yerləri, bağ-bağat, əkin-biçin işi qurulub-tamamlanmayıb...

Köçürülən insanın tez-tez “üzü bəri” gəlməsini niyə anlayışla qarşılamırsınız ki?

Artıq “üzü bəri” deyil, üzü Xankəndiyə doğru tez-tez getdiklərini də görürük – çünki köçürülmə artır!

2026-cı ilin sonuna qədər azad edilmiş ərazilərə 140 min insanın köçürüləcəyi anons edilib – vaxtilə məcburən köçürülən 700 mindən çox insanın, yəni indiki artımla aşağı-yuxarı 1.300.000 civarında olan əhalinin 10%-i!

Ümumi əhalinin 10%-nin məskunlaşdırılması çox azdır, ancaq 140 min - ilkin yaşam üçün, ünsiyyət, kommunikasiya üçün, ölünə molla, ad gününə müğənni tapmaq üçün bəlkə də mümkün rəqəmdir – o da baxır, yerləşmənin arealına.

Yəni yüzillərlə tikilən, məskunlaşılan yurd 35 ildə tamamilə dağıdılıb, talanıb, səhralığa çevrilib – yenidən məskunlaşma və qayıdışı doğrudanmı 1-2 ilə təsəvvür edirsiniz?

Yəni 35 il dözüb, 5-6 il dözə bilmirsiniz?

Əlbəttə ki, heç bir problem yoxdur – dözərsiniz, çünki 35 ildə yeni reallıqlara uyğunlaşmışdınız.

Demək ki, indiki “dözümsüzlüyü” aşılayan və cəmiyyəti parçalayan görüntülər məqsədlidir: bu, birmənalı olaraq qəsddir; bu oyunu kim oynayır, hansı məqsədlə və hədəfi nədir, kimdən sifariş alır – araşdırılsa, pis olmaz!

30 il dözüb, Böyük Qələbə qazanıb, sərhədlərini bərpa edib, dünyada görünməyən səviyyədə tikinti-quruculuq işi aparan və bütün resurslarını Böyük Qayıdışa kökləyən, Naxçıvana yol açan bir xalq-dövlət-millətin üstünə iki qotura görə tənə yağdırıla bilməz!

Bunu qəsdən edənlər mütləq ifşa olunacaq, küyə gedənlər və manipulyasiyaya düşənlər isə ayılsa yaxşıdır!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Sentyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see608

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see455

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see357

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see244

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see239

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see239

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see237

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see230

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see220

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see215

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see213

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see211

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see199

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see198

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see195

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see183

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see173

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see171

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see169

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri