Icma.az
close
up
RU
Menu

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

Ağdərəlilər də ağ günlərinə qovuşurlar

Ağdərəlilər də ağ günlərinə qovuşurlar

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Tərifini çox eşitsəm də, Ağdərənin qeyri-adi dərəcədə gözəl təbiətini, sıx meşələrini, nəhəng Sərsəng su anbarını ilk dəfə ötən ilin yayında, yenicə “Xalq qəzeti”nin bölgə müxbiri təyin edildiyim vaxt əraziyə tanışlıq səfərim zamanı görmüşdüm.

Görən kimi də ilk baxışdan vurulmuşdum. Elə bil uca Tanrı bu yerləri – başı buludlardan nəm çəkən zirvələri, dərin dərələri, şırıl-şırıl axan Tərtərçayı bir başqa sevgilə yaradıb. Odur ki, indi, qışın oğlan çağında sərt enişli, dik yoxuşlu, dolanbac yollarla yenidən Ağdərəyə, rayonun uzaqdan ilk baxışda Şuşanı andıran, sıldırım qayalarla əhatələnmiş Həsənriz kəndinə getmək məndə sevinc dolu duyğular oyadır.

Fəxrlə, qürurla düşünürəm ki, rəşadətli ordumuzun şanlı qələbələri sayəsində mənfur düşmən işğalından azad edilmiş Ağdərə də Qarabağın və Şərgi Zəngəzurun hər yerində olduğu kimi, yenidən qurulur, doğma sakinlərinin qayıdışı ilə tarixi yurd yerlərimizə həyat qayıdır. Həsənrizə səfərimin məqsədi də elə bu xoş məramla bağlıdır. Axı bu gün, mart ayının 3-də müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığına əsasən, 91 nəfər ağdərəlinin 32 illik Vətən həsrəti sona çatır, 25 ailəlik köç karvanı ilk dəfə olaraq Həsənriz kəndinə istiqamət götürüb. Bu gündən etibarən daha bir əzəli yurd yerimizdə evlərin işıqları əbədi yanacaq, ocaqları qalanacaq. Uzun illərin ayrılığından sonra ilk dəfə sabah (bu gün – M.R.) Həsənrizdə od çərşənbəsi keçiriləcək, novruz tonqalları qalanacaq!

Sevindiricidir ki, bu, keçmiş məcburi köçkünlərin Ağdərəyə artıq ikinci qayıdışıdır. Məlum olduğu kimi, hələ Azərbaycan Ordusunun Qarabağda erməni separatçılarına qarşı keçirdiyi birgünlük antiterror tədbirlərindən də əvvəl, 2023-cü il martın 16-da rayonun Talış kəndinə ilk köç baş tutmuşdu.

...Yolların xüsusilə qalın meşələrin içindən keçən hissələrində qalın qar olmasına, bəzi yerlərdə hətta buz bağlamasına rəğmən, Həsənrizə nəzərdə tutduğumuzdan tez çatıram. Öyrənirəm ki, köç karvanı da tezliklə burada olacaq. Fürsətdən istifadə edib kənddə aparılmış bərpa-quruculuq işləri ilə, sakinlər üçün yaradılmış şəraitlə tanış oluram. Hər yerdə görülən işlər göz oxşayır. Evlər yaşayış üçün tam hazır vəziyyətə gətirilib, məktəb binası, tibb məntəqəsi əsaslı təmir olunub. Kənd daimi elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib. Bir sözlə, barlı-bərəkətli torpaqları olan Həsənrizdə yaşamaq, işləmək, bu yerləri inkişaf etdirmək üçün hər çür şərait yaradılıb.

Tezliklə köç karvanı da yeni ünvanına çatdı. Ailələrə mənzillərin açarlarının təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, mətbuat nümayəndələri və digər şəxslər iştirak edirdilər. Sakinlər qarşısında çıxış edən E.Yusubov müqəddəs Ramazan ayında və xalqımızın novruz çərşənbələrini qeyd etdiyi bugünlərdə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Həsənriz kəndinə baş tutan ilk köç münasibətilə təbriklərini çatdırdı. Qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Həsənrizə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr bundan sonra da mərhələli şəkildə köçürüləcək. Ümumilikdə isə kənddə 500-ə qədər fərdi yaşayış evinin bərpası nəzərdə tutulub. Xüsusi nümayəndə dövlətimizin bundan sonra da Həsənriz sakinlərinin yanında olacağını, onların qayğılarının və məşğulluq məsələlərinin diqqətdə saxlanılacağını vurğuladı.

Çıxış edən keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etdilər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirdilər, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət dilədilər. Sonda kəndə köç edən ailələrə mənzillərinin açarları təqdim edildi, onlar sonsuz sevinc və qürur içində yeni evlərinə doğru üz tutdular.

Biz də həsənrizlilərin sevincinə qoşularaq fürsətdən istifadə edib onların təəssüratlarını öyrəndik. İlk söhbət etdiyimiz sakin Dağyunus Nəbiyev bildirdi ki, Ağdərəyə qayıtmaq, burada daimi məskunlaşmaq onun ən böyük arzusu olub:

- Ailəmiz Ağdərədən didərgin düşəndə mənim cəmi 6 yaşım vardı. Yenidən qurulan, gözəl Həsənrizin ilk sakinlərindən biri olduğum üçün qürur duyuram. Yaşadığımız həsrət dolu günlər geridə qaldı. Daha bundan sonra doğma kəndimizdə yeni təmir olunmuş evimdə rahat yaşayacam. Buna görə də sevincimin həddi-hüdudu yoxdur. Bu gündən daha məcburi köçkün deyiləm və mənim kimi, həmkəndlilərimin də ən böyük arzusu reallığa çevrilib. Çox şükür, Allaha!

Növbəti həmsöhbətimiz Aynurə Həsənova ibtidai sinif müəllimidir, neçə illərdir körpə fidanlarımıza dərs deyir. Dədə-baba yurduna qayıdışın sevinci içindədir. Deyir, mənim üçün fəxrdir ki, Həsənrizin ilk sakinlərindənəm və bundan sonra buradakı yaraşıqlı məktəbdə sevimli şagirdlərimin vətənpərvər ruhda böyümələri, xalqımıza, dövlətimizə layiqli övladlar kimi tərbiyə almaları üçün çalışacam. Aynurə müəllimin oğlu İzzət də söhbətimizə qoşulur. Bildirir ki, uzun illər Goranboy rayonunun Qaraçinar kəndində məskunlaşmışdıq. Ata-baba yurdumuza qayıtdığımız üçün çox qürurluyam. Bu yerləri ilk dəfə görsəm də mənə əzizdir, doğmadır. Baxdıqca insanın ürəyi açılır.

53 yaşlı Elmar Süleymanov:

– Uzun illər respublikamızın müxtəlif bölgələrində yaşamışıq. Vətənin hər yeri bizim üçün əzizdir, ancaq insanın doğulduğu torpaq bir başqa şirin olur. Allaha çox şükürlər olsun ki, doğma yurda qayıtmaq, yenidən bu yerlərdə yaşamaq mənə qismət oldu. Evimizlə tanış olmuşuq. Gözəl təmir edilib. Fürsətdən istifadə edib əziyyət çəkənlərin hamısına bütün sakinlər adından minnətdarlığımı bildirmək istəyirəm.

Valideynlərinin yanında dayanmış balaca Ayxanın da üzü gülür. Yaxınlaşıb söhbətə başlayırıq. Deyir, ilk dəfədir gördüyüm bu yerlər indiyədək ailəmizlə yaşadığımız Bərdədən daha gözəldir. Həm havası yaxşıdır, həm mənzərəsi. Doğrudan da, Həsənrizin istər təmiz havası, istərsə də hər istiqamətdə göz işlədikcə uzanan gözəlliklərə, başı qarlı dağlara açılmış əsrarəngiz mənzərəsi insanı elə ilk baxışdaca özünə valeh edir. Ayxan artıq yeni məktəbini də görüb və dediyinə görə, kənardan görünüşü xoşuna gəlib. Ən qısa vaxtda məktəbin daxili ilə də tanış olacağı, burada özünə yeni dostlar tapacağı günü səbirsizliklə gözləyir.

Balaca Ayxanla sağollaşıb Həsənrizin hələlik ən yaşlı sakini olan, 1938-ci il təvəllüdlü Roza Əzizovaya yaxınlaşıram. Həyəcandan əlləri kimi, səsi də titrəyə-titrəyə deyir ki, sevincini sözlə ifadə etməkdə çətinlik çəkir:

– 87 yaşım var. Torpaqlarımız düşmən işğalından azad ediləndən sonra ilk dəfədir doğma yurdumuza gəlmişəm. Kaş səhhətim imkan verə, bu yerləri qarış-qarış gəzəm. Ay oğul, fikir verdiniz, neçə gündü qar-qayamət idi, amma bu gün elə bil yaz havasıdı. Sanki təbiət də gəlişimizə sevinir. Bütün yol boyu dua edib Allahdan şəhidlərimizə rəhmət diləmişəm. Allah Prezidentimizə cansağlığı, uzun ömür versin, ordumuzu qorusun! Bir də dua etmişəm ki, Allah xalqımızın birliyini heç zaman pozmasın! Amin!

Mən də Roza ananın dualarına qoşulub ürəkdən “amin!” deyirəm. Nə xoş ki, həsrətin bitdiyi ünvanlar sırasına Ağdərə rayonunun Həsənriz kəndi də qoşuldu. Nə xoş ki, bu tarixi anları həsənrizlilərlə birlikdə yaşamaq mənə də qismət oldu! Axı doğma sakinlərinin Ağdərəyə qayıdışı təkcə onların deyil, hamımızın sevinci, fərəhidir. Sözsüz, bu günlər də şanlı zəfər tariximizin növbəti qızıl hərflərlə yazılmış səhifələrinə çevriləcək. Növbəti dəfə gözün aydın, Vətən!

Mahir RƏSULOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri
Ağdərə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Mart 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see282

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see277

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see274

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see257

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see256

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see253

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see251

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see247

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see242

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see238

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see230

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see226

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see219

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see210

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see208

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see205

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see203

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see197

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see181

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri