Icma.az
close
up
RU
Ağdərənin yenidənquruluş dövrü ŞƏRH

Ağdərənin yenidənquruluş dövrü ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə və strateji əhəmiyyətə malik bölgələrindən biri də qədim Qarabağ torpağıdır. Bu bölgənin hər bir qarışı, hər bir yaşayış məntəqəsi xalqımızın yaddaşında silinməz izlər buraxmışdır. Belə diqqətəlayiq yerlərdən biri də Tərtər çayı vadisində, dağların və yaşıl meşələrin qoynunda yerləşən Ağdərə rayonudur. Uzun illər erməni işğalının ağır nəticələri ilə üz-üzə qalan Ağdərə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizədə və qazanılan tarixi Zəfərdə xüsusi yeri olan doğma diyarımızdır.
Ötən əsrin 80-ci illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları və hərbi təcavüzü Qarabağın digər bölgələri kimi Ağdərənin də taleyinə ağır sınaqlar yazdı. 1991–1992-ci illərdə bölgədə gərginlik pik həddə çatdı. Strateji coğrafi mövqeyə və mühüm nəqliyyat qovşaqlarına sahib olan Ağdərə erməni silahlı birləşmələrinin əsas hədəflərindən birinə çevrildi.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən yerli özünümüdafiə qüvvələrinin və igid hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlara baxmayaraq, 1993-cü ilin iyul ayında Ağdərə şəhəri və ətraf kəndlər Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. İşğal nəticəsində bölgədə dərin humanitar fəlakət yaşandı. Minlərlə azərbaycanlı doğma yurd-yuvasından didərgin düşərək məcburi köçkünə çevrildi, tarixi-mədəni abidələrimiz, yaşayış evləri, sosial infrastrukturlar və təbiət məhv edildi.
Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldığı otuz ilə yaxın dövr ərzində Ağdərə rayonu ağır dağıntılara və ekoloji terrora məruz qaldı. İşğal illərində rayondakı yaşayış məntəqələri, tarixi və mədəni abidələr, məktəblər, eləcə də infrastruktur tamamilə dağıdılaraq xarabalığa çevrildi, təbii sərvətlər isə qəddarcasına talan edildi.
Tarixi ədalətin bərpa olunması məqamı 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan 44 günlük Vətən müharibəsində başlanıldı. Azərbaycan Ordusunun şücaəti nəticəsində düşmən darmadağın edildi və ərazi bütövlüyümüzün bərpası istiqamətində mühüm addımlar atıldı. 2023-cü ilin sentyabr ayında həyata keçirilən birgünlük lokal antiterror tədbirləri nəticəsində isə Ağdərə rayonu ərazisindəki separatçı ünsürlər tərksilah edildi və Azərbaycan Respublikasının suverenliyi bütün bölgədə tam bərpa olundu. Ərazi bütövlüyümüzün tam bərpa edilməsi Azərbaycanın tarixində yeni bir dövr – dirçəliş və Böyük Qayıdış dövrü açdı. İşğaldan azad olunduqdan sonra digər rayonlarımız kimi Ağdərə də dövlət başçısının xüsusi diqqət mərkəzində oldu, qısa müddət ərzində bu bölgədə miqyaslı bərpa və quruculuq işlərinə start verildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə, o cümlədən Ağdərə rayonuna etdiyi səfərlər, burada həyata keçirilən infrastruktur layihələrinin sürətlənməsində mühüm rol oynayır. Dövlət başçısı bu səfərlər çərçivəsində təməlqoyma və açılış mərasimlərində iştirak edərək bölgənin strateji inkişaf istiqamətlərini müəyyənləşdirir. Cənab İlham Əliyevin bu torpaqlarda səsləndirdiyi fikirlər, o cümlədən Ağdərənin həyatının yenidən qurulması, bərpa olunan yaşayış məntəqələri, yol-nəqliyyat infrastrukturu, enerji layihələri və "yaşıl enerji" konsepsiyası ilə bağlı çıxışları qürur doğurur.
Prezident öz çıxışlarında hər zaman vurğulayır ki, “İşğaldan azad edilən hər bir qarış torpağımızda olduğu kimi, Ağdərədə də ən müasir standartlara cavab verən infrastruktur yaradılacaq, keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz və rahat qayıdışı təmin olunacaqdır”. Bu gün Ağdərədə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri, çəkilən yollar, bərpa olunan sosial obyektlər və həyata keçirilən layihələr bir daha sübut edir ki, Azərbaycan xalqı öz qədim torpaqlarına əbədi olaraq qayıdıb və bu diyar tezliklə tamamilə yenidən qurularaq ölkəmizin iqtisadi və mədəni həyatına qovuşacaqdır.
Ağdərənin keçdiyi məşəqqətli işğal dövrü və ardından gələn möhtəşəm Zəfər Azərbaycan xalqının əyilməz iradəsinin, mübarizliyinin və birliyinin rəmzidir. Bu qədim diyarın taleyi, onun qorunması və gələcək nəsillərə ötürülməsi ulu öndər Heydər Əliyevin ad və ideyaları ilə sıx bağlıdır.
Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Ağdərə öz tarixi sahiblərinə qovuşmuş, ulu öndərin vəsiyyəti və ideyaları reallığa çevrilmişdir.

Türkanə Kərimova
YAP Babək rayon təşkilatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri