Agentlik: Birgə layihələr TDT nin dayanıqlı media məkanının formalaşmasına töhfə verir
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin tədbirlərində iştirak etməkdə maraqlıdır.
APA xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının Media və informasiya üzrə işçi qrupunun 12-ci iclasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov deyib.
O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan üçün ən sıx əməkdaşlıq edilən qurumlardan biridir:
“TDT çərçivəsində media sahəsində həyata keçirilən birgə layihələr, institusional əməkdaşlıq mexanizmləri və qarşılıqlı informasiya mübadiləsi türkdilli dövlətlər arasında vahid və dayanıqlı kommunikasiya məkanının formalaşmasına mühüm töhfə verir. İclasın gündəliyində yer alan məsələlər informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, dezinformasiya ilə mübarizədə birgə səylərin koordinasiyası, strateji kommunikasiya bacarıqlarının inkişafı və media sahəsində ortaq təşəbbüslərin daha səmərəli icrası baxımından yeni imkanlar yaradır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 27 Noyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















