Icma.az
close
up
RU
Agentlik büdcənin ağzı nı taybatay açıb Türkiyədən jurnalist və blogerlərin ölkəmizə səfəri üçün 754 min manat xərclənəcək

Agentlik büdcənin ağzı nı taybatay açıb Türkiyədən jurnalist və blogerlərin ölkəmizə səfəri üçün 754 min manat xərclənəcək

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) yeni tender elan edib.

Mia.az Tribuna.az-a istinadla xəbər verir ki, dövlət qurumu Türkiyədən jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili və müxtəlif ölkələrin iştiraki ilə keçiriləcək işgüzar tədbirlərlə bağlı xidmətlərin satın alınmasını realllaşdırmaq fikrindədir.

Məlumatda bildirilir ki, Agentlik bu məqsədlə 753 min 623 manat xərcləməyə hazır olduğunu açıqlayıb. Tenderin qalibi isə fevralın 13-də məlum olacaq.

Qeyd edək ki, DTA bu tip tenderləri il boyu reallaşdırır. Dünyanın dörd bir tərəfində keçirilən tədbirlərə isə milyonlarla manat xərclənir. Lakin bütün bunlara rəğmən, ölkədə turistlərin sayında hər hansı ciddi artım müşahidə edilmir. Rəsmi statistika da bu ciddi fərq görünmür.

Bu əsnada, onu da bilədirək ki, DTA-nin bu tip tenderlərini qalibi əsasən “VEGA TRAVEL MANAGEMENT” MMC olur. Ötən günlərdə bununla bağlı geniş araşdırmamızı təqdim etmişdik.

Həmin araşdırma aşağıda təqdim olunur:

***

Dövlət turizm Agentliyi (DTA) növbəti tenderinə yekun vurub.

Tribuna.az xəbər verir ki, Agentlik Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndələri üçün destinasiya təqdimatının keçirilməsi xidmətlərini satın aacaq.

Tenderin qalibi “VEGA TRAVEL MANAGEMENT” MMC olub. Şirkətlə bu məqsədlə 19 min 470 manatlıq müqavilə bağlanılıb.

Qeyd eddək ki, son bir ildə “VEGA TRAVEL MANAGEMENT” MMC DTA-nın 8 tenderinin qalibi olub. Həmin tederlərdən ən bahalısı Çin, Hindistan və Yaponiyada təbliğat xidmətlərinin satın alınması olub ki, buna görə DTA şirkətə 1 milyon 435 min manat ödəniş edib.

Bildirək ki, sözügedən 8 tender üzrə ümumilikdə Turzim Agentliyi “VEGA TRAVEL MANAGEMENT” MMC-yə müxtəlif ölkələrdə təbliğat işlərinin qurulması və tədbirlərin keçirilməsinə 2 milyon 541 min 102 manat pul verib. Yəni, bu tenderlərin toplam dəyəri qeyd olunan qədər olub.

Vurğulayaq ki, bu 8 tender rəsmi tender saytında qeydə alınanlardır. Lakin saytdan kənarda da bəzi məlumatlar var. Məsələn, Dövlət Turizm Agentliyi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən jurnalistlər, blogerlər və turizm şirkətlərinin nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınmasını “VEGA TRAVEL MANAGEMENT” MMC-yə həvalə edib. Bu işlərin müqabilində isə 847 min 319 manat pul ödəyib.

Yekundda bildirək ki, nizamnamə kapitalı 10 manat olan “Vega Travel Management” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla ev 19, mənzil 19-da yerləşir. Şirkətin qanuni təmsilçisi isə Rəhimli Əmrah Natiq oğludur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://mia.az
archiveBu xəbər 23 Yanvar 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri