Ağır qəza Körpə öldü, qadın sürücü və 2 yaşlı qızı xəsarət aldı FOTO
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qax rayonunda yol qəzası olub.
Milli.Az bildirir ki, hadisə bu gün 17 radələrində Qax-Qorağan avtomobil yolunda, Əmircan kəndi ərazisində baş verib. Rayonun Turaclı kənd sakini 25 yaşlı Günay Hüseynovanın idarə etdiyi "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə avtomobildə olan iki ay yarımlıq körpə aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Sürücü G. Hüseynova və iki yaşlı qız övladı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Milli.Az
Baxış sayı:92
Bu xəbər 12 Noyabr 2024 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















