Ağır yaralansa da, döyüşlərə qayıtdı: Aylarla komada qalan Hüseyn Mustafayev
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Baku TV Vətən, torpaq uğrunda gözünü belə qırpmadan var gücü ilə düşmənə qan udduran İkinci Qarabağ müharibəsi qazisi Hüseyn Mustafayevin evindən reportaj hazırlayıb.
Hüseyn Mustafayev 12 il Xüsusi Təyinatlı Qüvvələrdə qürurla çalışıb, Vətən müharibəsinin ilk günündən ön cəbhədə vuruşub.
Döyüşlərin ikinci günündə kəllə-beyin travması alan qazi müalicə olunaraq yenidən döyüşlərə qatılıb. Qəhrəmanımız Şuşanın azad olunması əməliyyatı zamanı minaatan mərmisinin partlaması nəticəsində ağır yaralanıb və 4 ay komada qalıb. Bədbəxt hadisənin üzərindən 4 il keçməsinə baxmayaraq, Hüseyn hələ də sağlamlığına qovuşa bilməyib. Qazinin atası İslam Mustafayevin sözlərinə görə, oğlunun ən böyük arzusu Zəfər paradında iştirak etmək olub:
"Hüseyn üçün Zəfər anadan, atadan, baladan üstün idi. Yaralanandan sonra bütün gün həkiminə yalvarırdı ki, məni tez əməliyyat edin, Zəfər paradına hazırlaşmalıyam".
Daha ətraflı videomaterialda:
Ağır yaralansa da, döyüşlərə qayıtdı: Aylarla komada qalan Hüseyn Mustafayev
Ağır yaralansa da, döyüşlərə qayıtdı: Aylarla komada qalan Hüseyn Mustafayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 08 Noyabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















