Icma.az
close
up
RU
Ağırlıqqaldırma tariximizdə ilk F.Umudov İWF rəhbərliyində təmsil olunacaq

Ağırlıqqaldırma tariximizdə ilk F.Umudov İWF rəhbərliyində təmsil olunacaq

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”na üzv təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, AAF prezidenti Kamran Nəbizadənin təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Firdovsi Umudovun bu vəzifəyə seçilməsi Azərbaycan ağırlıqqaldırma idmanı tarixində ilkdir. Təyinatla bağlı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasından AAF-a rəsmi təbrik məktubu daxil olub. 08.07.2025-ci il tarixində IWF prezidenti Məhəmməd Calud tərəfindən ünvanlanan məktubda deyilir:

“Hörmətli cənab Umudov,

IWF “Məsləhət Qrupu”nun üzvü təyin olunmağınız münasibətilə sizi səmimi qəlbdən təbrik edirik. Bu mühüm vəzifəyə seçilməyiniz təcrübəniz, fədakarlığınız və ağırlıqqaldırma idmanına verdiyiniz töhfələrin sübutudur. Əminik ki, sizin fikir və məsləhətləriniz “İcraiyyə Şurası”nın fəaliyyətinə dəstək olacaq, IWF-in strateji məqsədlərinin inkişafına böyük dəyər verəcəkdir.

İdmanımızın və onun qlobal icmasının gücləndirilməsində davamlı liderliyinizi və əməkdaşlığınızı gözləyirik. Bu mühüm vəzifədə sizə uğurlar arzulayırıq.

Bir daha sizi layiqli təyinatınız münasibətilə təbrik edirəm.

Hörmətlə,

İWF prezidenti Məhəmməd Calud”.

Qeyd edək ki, İWF-ə üzv olan 200-dən artıq ölkənin federasiya nümayəndəsi arasından “Məsləhət Qrupu”na AAF rəsmisinin seçilməsi ölkə idmanımız üçün böyük nailiyyətdir. Belə ki, buna qədər ölkəmiz Avropa və Dünya Ağırlıqqaldırma Federasiyalarının rəsmi strukturunda heç bir nümayəndə ilə təmsil olunmamışdı.

Qeyd edək ki, Firdovsi Umudov idman sahəsində əldə olunan böyük uğur və nailiyyətlərə görə, 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu və 2016-cı ildə "Tərəqqi" medalı ilə təltif edilib. Firdovsi Umudov 2022-ci ildə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.

Azərbaycan Respublikasının idman ustası və əməkdar məşqçi Firdovsi Umudov 2009, 2012, 2015-ci illərdə Azərbaycanda ilin məşqçisi seçilib. Təcrübəli mütəxəssis 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilən ilk azərbaycanlı kimi adını idman tariximizə yazdırıb.

Firdovsi Umudov 28 sentyabr 2023-cü il tarixindən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti vəzifəsini icra edir. Dövlət Sərhəd Xidmətinin polkovniki Firdovsi Umudov eyni zamanda “Sərhədçi İdman Mərkəzi”nin, İdman bölməsinin rəisidir.






Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 İyul 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri