Icma.az
close
up
RU
Ağızdakı yaraları sağaldacaq təbii vasitələr

Ağızdakı yaraları sağaldacaq təbii vasitələr

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağız yaraları ağzın içərisində yaranan toxuma xəstəliyidir. Bir çox yaranma səbəbi olan narahatedici və ağrılı ağız yaralarının sağalma müddəti bəzən çox qısa, bəzən isə uzun ola bilər. Lakin bu toxuma pozğunluqlarının meydana gəlməsinin bir neçə səbəbi var. Bunlardan bəziləri belədir:

Ağız boşluğunun gigiyenasına lazımi diqqət yetirilmədikdə və qayğı göstərilmədikdə ağız yaraları yarana bilər. Dişləri müntəzəm fırçalamaqla yanaşı, gün ərzində ağzı tez-tez yumaq və qarqara ağız sağlamlığını qorumağa kömək edər. Həddindən artıq isti və ya soyuq yemək və içkilərin istehlak edilməsi ağız yaralarına səbəb ola bilər. Yoluxucu xəstəliklərə tutulanda orqanizmin müqaviməti azaldığı üçün ağızda yaralar yarana bilər Antibiotiklərin uzun müddətli və müntəzəm istifadəsi ağız yaralarına səbəb ola bilər Çox yağlı, şəkərli, turşulu qidalar qəbul etmək, bir sözlə, qeyri-sağlam qidalanma nəticəsində ağızda yaralar yarana bilər. Stress, depressiya, həddindən artıq narahatlıq da ağız yaralarına səbəb ola bilər.

Ağız yaralarının təbii yollarla müalicə üsulları:

Karbonat

Karbonat ağız içi yaraların sağalmasına kömək etdiyi üçün yaralara çəkmək məsləhətdir.

Alma sirkəsi

Bir stəkan suya bir çay qaşığı alma sirkəsi əlavə edib məhlul ilə ağız gündə bir iki dəfə qarqara edilir. Sirkənin diş minasına zərər verməməsi üçün qarqaradan sonra ağız adi su ilə yaxalanır.

Şirinbiyan

Şirinbiyan ağızdakı iltihabları təmizlədiyi üçün dəmlənən çay ağızda qarqar edilə bilər.

Kivi

Kivi antioksidant meyvədir. Ağızdakı qıcıqlanmaları qısa müddətdə sağaltmaq üçün kivi istehlak etmək məsləhətdir.

Kəklikotu

Bir çay qaşığı kəklikotunu udmadan çeynəmək ağız yaralarının sağalmasına kömək edər.

Tut

Qara tut siropunu və ya suyunu içmək, yaraya çəkmək faydalıdır.

Mixək

Mixək toxumlarını çeynəmək ağız yaralarının sağalmasına kömək edər.

Sink əlavələri

Dəmir, fol turşusu, vitamin B12 və ya sink çatışmazlığı ağız yaralarına səbəb olduğu üçün bunların kifayət qədər istehlakı həm ağız yaralarını sağaldar, həm də immunitet sistemini gücləndirər

Kokos yağı

Kokos yağı ağızdaki bəzi zərərli bakteriyalara qarşı mübarizə aparır. Bu səbəblə bir xörək qaşığı Kokos yağı ilə qarqar etmək ağızdaki yaraların azalmasına kömək edər.

Limon

Limon da sirkə kimi ağız bakteriyalarını yox edər. Bu səbəbdən limon suyu ilə qarqara ağız yaralarının yaranmasının qarşısını alır.

Cəfəri

Cəfəri yarpaqlarını çeynəmək ağızdakı yaralara çarədir.

Heyva

Ağız yaralarından xilas olmaq üçün bir dilim heyvanı ağız yaralarına çəkmək məsləhətdir.

Duzlu su

Ağzı duzlu su ilə yaxalamaq yaraların qurumasına kömək edə bilər. Bir çay qaşığı adi məişət duzunu yarım stəkan ilıq suda həll etdikdən sonra onunla qarqara etmək yarayları sağaldır.

mixək yağı

Mixək yağı ağrılı ağız yaraları üçün tövsiyə edilir. Yağ ağzın qıcıqlanmış bölgəsinə tətbiq edildikdə ağrı dərhal azalır.

Sumaq

 Sumaq ilə hazırlanan tərkib ağız yaralarını sağaldır. Bir stəkan qaynar suya bir xörək qaşığı sumaq əlavə edildikdən sonra daha iki üç dəqiqə qaynadılır. Sonra üzərinə 1 çay qaşığı üzvi alma sirkəsi əlavə edilərək süzülür. Hazırlanan məhlul ilə ağız qarqara edilir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see329

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see299

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see286

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see283

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see274

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see253

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see241

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see237

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see229

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see207

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see206

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see199

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see198

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see197

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see195

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see192

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see190

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see186

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri