Ağrısız göyərmələrə etinasız yanaşmayın!
Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.
Göyərmələr adətən yüngül travmalar və ya istifadə edilən dərmanlarla əlaqəli səbəblərlə yaranır və öz-özünə sağalır. Lakin bəzi hallarda bu, ciddi xəstəliklərin əlaməti ola bilər. Dərinin və selikli qişaların bənövşəyi və ya mavimsi rəng alması ilə müşahidə olunan bu vəziyyət xüsusilə ağ dərili və damarları səthə yaxın olan insanlarda daha aydın görünür.
Pravda.az bildirir ki, bu vəziyyət ciddi sağlamlıq probleminin əlaməti ola bilər
Göyərmələr qan damarlarının zədələnməsi və dərialtı qanaxma nəticəsində yaranır. Normalda 12-18 gün ərzində rəngi dəyişərək yox olur. Lakin səbəbsiz, təkrarlayan, ağrısız və bədəndə birdən çox nahiyədə baş verən göyərmələr, ağız, burun və cinsi orqanlardan qanaxmalarla müşayiət olunursa, bu zaman həkimə müraciət mütləqdir.
Səbəblər nələr ola bilər?
İrəliləyən yaş: Yaşlandıqca damarlar daha asan zədələnir.
Dərmanlar: Qan durulaşdırıcılar, kortizon preparatları və balıq yağı kimi əlavələr göyərməyə səbəb ola bilər.
Qan xəstəlikləri: Qan xərçəngi, hemofiliya, qaraciyər xəstəlikləri, trombosit azlığı və irsi pıhtılaşma pozuntuları.
Sistem pozuntuları: Ürək-damar, tənəffüs və qan dövranı sistemindəki dəyişikliklər də göyərmələrə səbəb ola bilər.
Dizdən yuxarı göyərmələrə xüsusi diqqət
Uşaqlarda dizdən aşağı göyərmələr əksər hallarda əhəmiyyətsiz sayılsa da, dizdən yuxarı bədən hissəsində yaranan göyərmələr qan xəstəliklərinə işarə ola bilər. Bu, trombosit azlığı, bəzi infeksiyalar və ya qan xərçəngi ilə bağlı ola bilər. Belə hallarda vaxt itirmədən həkim müayinəsi vacibdir.
Göyərmələrin sağalması üçün nə etməli?
Göyərən nahiyə açıq saxlanmalıdır.
Soyuq tətbiq edərkən çox güc tətbiq edilməməlidir.
Hər saat deyil, gündə 3-4 dəfə buz tətbiqi yetərlidir.
Göyərmiş nahiyəyə isti tətbiq edilməməlidir.
Ciddi göyərmələr zamanı ağır idmanlardan uzaq durulmalıdır.
Kiçik görünən göyərmələr bəzən böyük sağlamlıq probleminin ilk xəbərçisi ola bilər. Müntəzəm təkrarlanan və izahı olmayan hallarda mütləq həkimə müraciət edin.
Əminə Bayramova


