AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “AHİK könüllüləri” layihəsinin iştirakçıları Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında olublar.
Modern.az xəbər verir ki, AHİK könüllüləri kitabxananın zəngin informasiya-biblioqrafiya fondu, nadir nəşr nümunələri, müasir standartlara cavab verən elektron resursları və müxtəlif mövzuları əhatə edən xüsusi kolleksiyaları ilə maraqlanıblar.
Kitabxana əməkdaşları gənclərə müəssisənin tarixi, oxu zallarının fəaliyyəti, eləcə də dövlətçilik tariximizi əks etdirən nəşrlər barədə ətraflı məlumat veriblər.
Ziyarət çərçivəsində AHİK könüllüləri Prezident Kitabxanasının rəsmi oxucuları sırasına daxil ediliblər. Bu təşəbbüs gənclərin şəxsi və peşəkar inkişafına, elmi-tədqiqat prosesinə cəlb olunmasına, eləcə də gələcək fəaliyyətlərində etibarlı informasiya mənbələrindən səmərəli istifadə imkanlarının genişləndirilməsinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 17 Sentyabr 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















