Icma.az
close
up
RU
Aİ dəkilər Azərbaycanın yaratdığı reallığın böyük perspektivlər açdığını anlamalıdırlar RƏY

Aİ dəkilər Azərbaycanın yaratdığı reallığın böyük perspektivlər açdığını anlamalıdırlar RƏY

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Avropa İttifaqındakılar Azərbaycanın yaratdığı geosiyasi reallığın onlar üçün də daha böyük perspektivlər açdığını anlamalıdırlar.

Bunu APA-ya açıqlamasında Azərbaycan – Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin üzvü Sahib Alıyev bildirib.

Ermənistanda revanşistlərin məğlubiyyətinin əsas səbəbi

Sahib Alıyev deyib ki, Azərbaycanla Ermənistanın ATƏT Parlament Assambleyasının (PA) İstanbulda keçirilən payız sessiyasına qatılan təmsilçilərinin orada bir araya gəlmələrinin ardından hər iki ölkənin vətəndaş cəmiyyəti təmsilçilərinin bu gün Bakıda görüşmələri və bənzərinin də düz bir ay əvvəl İrəvanda olmasını sülhə töhfədən daha çox, onun regiona doğrudan da gəldiyinin və daha da möhkəmləndiriləcəyinin əlaməti sayır: “Rusiyanın ən liberal və azad mediası kimi sırınan adını çəkmək istəmədiyim radiosunun başında duran birinin bu həftə İrəvanda zühur etməsi, orada ölkəsinin quzğun "propoqandist"ləri sayaq sərsəmləməsi - “əgər Qarabağ erməniləri geri dönməyiblərsə, Vardanyan Bakıda həbsdədirsə, Azərbaycanla Ermənistan arasında sülhdən necə danışmaq olar” deməsi isə növbəti dəfə təsdiqləyir ki, regionumuzdakı indiki vəziyyət kimin maraqlarına cavab vermir. Belə bir reallıq ortadaykən Avropa İttifaqının sözdə desə də, əməldə sülh gündəliyini dəstəklədiyini göstərən hansısa addım atmaması həm təəccüb doğurur, həm də fikrimcə, Brüsseldəkilərin heç də geniş strateji vizion yiyələri olmadıqlarını, daha dəqiq desək, geosiyasi korafəhmliklərini ortaya qoyur. Əgər onlar düşünürlərsə ki, rəqib, hətta düşmən gözündə gördükləri Rusiya tərəfdarlarının həmən revanşistlərdən Moskvaya daha sıx bağlı olan Qareginin məsəkəni Vaqarşapatda ötən bazar keçirilən seçkini uduzmalarının əsas səbəbi Ermənistandakı diplomatik təmsilçiliklərinin başında duranların seçkiöncəsi Paşinyanla görüş keçirib, vizasız gediş-gəliş təəssüratı formalaşdırmalarıyla bağlıydı, yanılırlar. Revanşistlərin Vaqarşapatdakı seçkini uduzmalarına ən böyük təsiri Azərbaycanın yaratdığı geosiyasi reallıq və noyabrın 8-də keçirdiyi sülh paradı göstərdi. Revanşizm üçün heç bir şansın qalmadığının sərgiləndiyi həmən parada Avropa İttifaqına bir sıra üzv dövlətlərin səfirlərinin müxtəlif bəhanələrlə qatılmaq istəməmələri isə inciməsinlər, tapşırıqlarına uyğun hərəkət etdiklərinin heç də dərin ağıl yiyələri olmamalarından xəbər vermir. Çünki revanşistlərin bütün arqumentlərini sıfırlayan həmən parad əslində guya havadarlıq etdikləri Ermənistanın da maraqlarına tam uyğun idi və onun subyektliyinin artmasına yol açır”.

Avropa İttifaqındakıların anlamalı olduğu həqiqət

“Başqa bir təəccüb doğuran fakta da toxunmaq istərdim. Baxın, Avropa İttifaqındakılar bir tərəfdən Mərkəzi Asiyada böyük maraqlarının olduğunu gizlətmir, bu ilin aprelində Mərkəzi Asiyadakı 5 ölkənin lideri ilə ilk zirvəni onlar keçirir, digər tərəfdən isə həmən maraqların təminində Cənubi Qafqazın nə dərəcədə mühüm rol oynadığını görmürlər. Nəzərdən qaçırırlar ki, bu region qonşuluqdakı iki böyük dövlətin arzuladığı kimi yenidən qarşıdurma arenasına çevrildiyi halda onların da bəlli istəklərini reallaşdırmaq imkanları tam aradan qalxmasa da, ən azından maksimum məhdudlaşır. Ümid etmək istərdim ki, Avropa İttifaqındakı islamofob çevrələr nəhayət, baş verənləri düzgün qiymətləndirəcək və regiona sülh gətirən Azərbaycanın bütövlükdə yeritdiyi siyasətin qərbdəkilərə vəd etdiyi dividentləri görə biləcəklər. Burada söhbət Azərbaycanın Mərkəzi Asiya Birliyində yer almasından gedir. Bir vaxtlar Stalin Qafqazın bəlli müsəlman xalqları kimi bizi də Mərkəzi Asiyaya sürgün etməyi planlaşdırırdı. Azərbaycan artıq Mərkəzi Asiyadadır, amma Mərkəzi Asiya da eynilə bizim regiondadır. Bu isə Xəzər hövzəsində “parçala, hökm sür” erasının başa çatdığını, daha dəqiqi onu Azərbaycanın başa çatdırdığını və dahi Bjezinskinin “Böyük şahmat taxtası” əsərində təsvir etdiyi o "tıxac"dan, ölkəmizin obrazlı desək, dənizin o tayındakı qardaşlarımız üçün pəncərəyə, nəfəsliyə, qovuşdurana və qovşağa çevrilməsi deməkdir. Avropa İttifaqındakılar anlamalıdırlar ki, Azərbaycanın yaratdığı geosiyasi reallıq, regiona gətirdiyi sülh, hazırda atdığı addımlar Ulu Öndər Heydər Əliyevin transmilli şirkətləri Xəzərə dartıb gətirməsi, karbohidrogen ehtiyatlarının daşınması üçün alternativ marşrut yaratması, bir sözlə, həmən quruma üzv dövlətlərin önəmli bir hissəsinin enerji təhlükəsizliklərinə təkzibedilməz töhfə sayılan siyasətinin onlar üçün də daha böyük perspektivlər açmaqla davamıdır”, - deyə Sahib Alıyev qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Noyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri