Icma.az
close
up
RU
Aİ Ermənistan: İflas etmiş müşahidəçilik

Aİ Ermənistan: İflas etmiş müşahidəçilik

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası 2023-cü ilin fevralından fəaliyyətə başlayıb. Rəsmi açıqlamalara görə, missiyanın məqsədi Cənubi Qafqazda sülh və sabitlik yaratmaqdır. Lakin missiyanın fəaliyyəti, tərkibi və bölgədəki praktiki yanaşmaları bu məqsədi şübhə altına alır. Əslində, missiyanın yaradılmasında Fransa Prezidenti Emmanuel Makronun rolu böyükdür və onun gerçək hədəfi Aİ-nin, xüsusilə Fransanın Cənubi Qafqazda hərbi-siyasi təsirini gücləndirmək, kəşfiyyat fəaliyyəti həyata keçirmək və Ermənistan–Azərbaycan münasibətlərində gərginliyi saxlamaqdır. Bu səbəbdən missiyanın regionda etimadsızlıq mühiti yaradaraq sülh prosesinə mənfi təsir göstərdiyi birmənalıdır.

Aİ missiyasının fəaliyyəti iki ay nəzərdə tutulsa da, sonradan onun müddəti uzadıldı və say tərkibi dəfələrlə artırıldı. Onların da əksəriyyəti xarici ölkə vətəndaşlarıdır. Təsadüfi deyil ki, missiyanın heyətində xüsusi xidmət orqanlarında işləmiş sabiq zabitlərin, keçmiş hərbiçilərin, o cümlədən müxtəlif ölkələrin strateji təhlükəsizlik strukturlarında fəaliyyət göstərmiş şəxslərin yer alması onun klassik müşahidə missiyasından daha çox strukturlaşmış hərbi təhlil qrupu – kəşfiyyatçılar olduğunu sübut edir. Bu isə missiyanın bölgədə informasiya toplama və strateji təxribatların koordinasiyası baxımından fəaliyyətdə olduğunu göstərir. Deməli, Aİ bu təsisatdan mülki müşahidə adı altında bölgədə uzunmüddətli strateji planlar üçün istifadə edir, Cənubi Qafqazda nüfuzunu genişləndirmək niyyətini göstərir.

Onu da qeyd edək ki, Aİ-nin Azərbaycanla münasibətlərində kifayət qədər gərgin məqamlar var. Eyni zamanda, Gürcüstanla münasibətlərdə də qeyri-müəyyənliklər hiss olunur. Bu regional çərçivədə ən zəif halqa Ermənistandır və Brüssel məhz bundan istifadə edərək bölgədə təsir imkanlarını artırmağa çalışır. Yəni, təsisatın Ermənistandakı fəaliyyəti təkcə Ermənistan–Azərbaycan sərhədində müşahidə aparmaqla məhdudlaşmır. Missiyanın əməkdaşları ötən müddət ərzində dəfələrlə Azərbaycan sərhədinə gələrək mövqelərimizin foto və video çəkilişlərini aparıblar. Guya, atəşkəsə nəzarət edir, münaqişədən təsirlənmiş ərazilərdə insanların təhlükəsizliyinə töhfə verir, Ermənistan və Azərbaycan arasında etimadın yaradılmasını dəstəkləyirlər. Əslində isə, onlar Azərbaycanın sərhəd təhlükəsizliyi və nəzarət sisteminin qurulması istiqamətində gördüyü işlər barədə məlumat toplamaqla məşğul olur, bu məlumatları erməni hərbçilərinə ötürürlər. Məsələn, Aİ kortejinin sərhədin Ermənistan silahlı qüvvələrinin mühəndis işləri apardığı Azərbaycanın Fərəhli kəndi yaxınlığında müşahidə aparmasınin özü açıq şəkildə göstərir ki, onlar öz mandatlarından kənara çıxıblar. Əslində, missiya mühəndis-tikinti, möhkəmləndirmə işlərinə nəzarət etmir, haylara vəziyyəti başa salırlar. Yəni, onlar prosesdə birbaşa iştirak etməklə, təlimatçı kimi haylara köməklik göstərir və bununla da həm vəziyyəti gərginləşdirir, həm də Azərbaycan əleyhinə təbliğat aparırlar.

Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında aparılan ikitərəfli danışıqlarda artıq razılaşdırılmış və demarkasiya olunmuş sərhədin həmin hissəsində bir neçə dəfə avropalı müşahidəçilərin peyda olması haqlı suallar doğurur. Belə olan halda orada missiyaya nə ehtiyac var? Bu göstərir ki, artıq missiyanın fəaliyyəti müşahidə xarakteri daşımaqdan çox strateji hərbi maraqlara xidmət edir. Yəni, bu fəaliyyət Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərini izləmək, onların nəbzini yoxlamaq, bölgədəki hərəkətləri öncədən təhlil etmək kimi məqsədləri güdür. Bu isə sülhə deyil, yeni risklərə yol açan fəaliyyətlərdir.

***

Missiyanın tərkibində Fransanının rolunun xüsusilə vurğulanması təsadüfi deyil. Fransa rəsmilərinin onun fəaliyyətinə açıq dəstək verməsi, bölgəyə səfərlər etməsi, rəhbərliklə görüşlər keçirməsi onun siyasi məqsədlərlə hərəkət etdiyini təsdiqləyir. Bu yanaşma missiyanın tərəfsizliyini şübhə altına alır, onun konkret siyasi maraqlara xidmət edən alət olduğunu ortaya çıxarır. Deməli, missiya regionda sabitlik deyil, əksinə, əlavə gərginlik üçün zəmin hazırlayır. Bu “mülki” missiyanın regionda peyda olması ilə erməni tərəfinin mövqelərində aktivlik, hərbi hazırlıq tədbirləri və Azərbaycanın sərhəd ərazilərinə qarşı yönəlmiş təxribatların artması üst-üstə düşür. Bu isə Aİ təsisatının məqsədlərinin rəsmən açıqlanan niyyətlərdən tam fərqli olduğunu və onun bölgədə sülhü təşviq etmək əvəzinə, gərginliyi qoruyub saxlamaq istiqamətində fəaliyyət göstərdiyini bir daha təsdiqləyir.

Bütün bunlara baxmayaraq, Aİ-nin bəzi nümayəndələri həyasızcasına Azərbaycanın, guya, Ermənistanı təhdid etdiyini və bu müşahidə missiyasının Ermənistanı təhlükəsizliyini “sığortaladığını” iddia edirlər. Bu cür iddialar, hadisələrin real inkişafı, ikitərəfli münasibətlərin dinamikası və sahədəki faktlarla ziddiyyət təşkil edir.

Azərbaycan açıq şəkildə tələb edir ki, Aİ missiyası bölgədən çıxarılsın və Ermənistanla Azərbaycan arasında aparılan delimitasiya və demarkasiya proseslərinə müdaxilə etməsin. Çünki artıq hər iki tərəf sərhəd məsələsində vasitəçilərə ehtiyac olmadığını qəbul edib və birbaşa təmaslar qurulub. Belə bir məqamda missiyanın fəaliyyəti onun bu proseslərə təsir imkanlarını qoruyub saxladığını və gələcəkdə növbəti müdaxilələr üçün zəmin yaratdığını göstərir. Bu isə region üçün əlavə təhlükə deməkdir.

***

Azərbaycan və Ermənistan arasında son dövrlər baş tutan birbaşa danışıqlar, qarşılıqlı etimadın formalaşması və müsbət dəyişikliklər bölgədə yeni siyasi situasiya yaradıb. 2025-ci il avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqton görüşü, burada Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflanması regionda sabitlik və əməkdaşlıq üçün real perspektivlər yaradır. Bu görüş uzun illər davam edən münaqişəyə son qoymaq üçün mühüm mərhələ kimi qiymətləndirilir. Sazişin paraflanması həm də tərəflər arasında birbaşa diplomatik kanalların daha da gücləndirilməsinə və üçüncü tərəflərin təsir imkanlarının azalmasına səbəb olur.

Daha geniş geosiyasi kontekstdə ABŞ-ın təşəbbüsü ilə formalaşan yeni siyasi düzən artıq öz nəticələrini verməkdədir. Sərhədlərin müəyyənləşdirilməsi prosesində əldə olunan irəliləyiş, nəqliyyat və kommunikasiya xətlərinin açılması ilə bağlı razılaşmalar, eyni zamanda regionda iqtisadi və logistik əlaqələrin bərpası, tərəflər arasında qarşılıqlı etimad yaradan bir mühit formalaşdırır. Bu isə sülhə real addımların atıldığını, yeni mərhələnin başlandığını açıq şəkildə göstərir.

Bu reallıqlar fonunda Aİ-nin Ermənistandakı müşahidə missiyası artıq funksionallığını və aktuallığını itirib. Ona görə də bu missiya ömrünü başa vurmuş struktur kimi dəyərləndirilə bilər. Sülh prosesi artıq birbaşa tərəflərin iradəsi və qarşılıqlı siyasi razılaşmalar əsasında inkişaf edir. Bu şəraitdə üçüncü tərəf aktorlarının birtərəfli, qeyri-şəffaf və strateji maraqlara xidmət edən fəaliyyətləri yalnız prosesə zərər verər, əldə olunan razılaşmaların icrasını gecikdirə və regionda əlavə gərginliklər yarada bilər.

Mövzu ilə bağlı siyasi şərhçi Əfsun Sucayev XQ-yə açıqlamasında bildirdi ki, Azərbaycan və Ermənistan arasında son razılaşmalar və sülh sazişinin paraflanması Aİ müşahidə missiyasını aktual edən bütün əvvəlki arqumentləri qüvvədən salır: “Məhz bu səbəbdən həmin missiyanın bölgədə qalması yalnız siyasi spekulyasiya və regional proseslərə xaricdən müdaxilə üçün bir vasitə olaraq qalır. Sülh isə yalnız region ölkələrinin birbaşa və qarşılıqlı razılaşmalarına əsaslanan mexanizmlər çərçivəsində mümkündür. Bu baxımdan, missiyanın dərhal dayandırılması həm sülh proseslərinə hörmətin təzahürü, həm də regionun öz iradəsinə əsaslanan davamlı, dayanıqlı və qarşılıqlı anlaşmaya söykənən sülhə keçid üçün ən rasional və zəruri addımdır. Üçüncü tərəflərin müdaxiləsi isə bu prosesi ləngitməkdən başqa bir nəticə vermir”.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Avqust 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see557

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see497

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see462

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see385

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see378

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see347

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see247

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see240

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see238

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see213

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see208

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see208

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see208

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see191

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see187

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see185

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see177

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see174

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see171

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri