Icma.az
close
up
RU
Ermənistan Aİ yolunda israr edərsə...

Ermənistan Aİ yolunda israr edərsə...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Rusiya münasibətləri poza bilər

Avrasiyanın mərkəzində davam edən siyasi-hərbi kataklizmlər bir sıra mühüm məqamları ortaya çıxarır. İlk növbədə, yeni dövrdə region dövlətləri arasındakı münasibətlərin ümumən qlobal proseslərin əsas lokomotivi kimi çıxış etməsi faktı bir daha təsdiqlənir - artıq qlobal əlaqələndirmənin ən əsas ünsürlərindən biri məhz ikiktərəfli və çoxtərəfli münasibətlər sayılır. Azərbaycanın bu mənada, həm üzərinə götürdüyü vəzifə, həm də gördüyü işlər genişmiqyaslıdır. Vətən müharibəsində əldə olunan qələbə nəticəsində Cənubi Qafqazda mühüm təhlükəsizlik arxitekturası yaradan Bakı irəli sürdüyü təşəbbüslər ilə yerləşdiyimiz coğrafiyanın daha çox diqqət mərkəzinə düşməsini təmin edir. Azərbaycan özünün qonşu dövlətlərlə fərdi münasibətləri fonunda həm də çoxtərəfli əlaqələr konsorsiumunu yaratmağa çalışır. Beləliklə, yürütdüyü müstəqil, milli maraqlara əsaslanan siyasət ilə bölgənin yeni inkişaf mərhələsində regional faktorun ön plana çıxmasını təmin edir.

Öz yolu olmayan İrəvan...

Eyni fikirləri, son illərdə dəfələrlə siyasi orientasiyasını dəyişən Ermənistan haqqında demək olmaz - fərqli qlobal güclərin aləti qismində çıxış edən İrəvanın yürütdüyü siyasətin mahiyyəti dağıdıcı prinsiplərə əsaslanır. Sülhdən boyun qaçırmaqla, fərqli maraqlara sığınaraq üçüncü tərəfin mənafeyinə xidmət etməklə regionun inkişaf tempini də tormozlayan Ermənistan gah “qərbyönümlü”, gah da “şimalyönümlü” siyasətə üstünlük verməklə özünün fərdi və qarşılıqlı regional maraqlar müstəvisini formalaşdıra bilmir. Bu isə bütövlükdə, bölgə üçün üçün mənfi tendensiya yaradır. Özünün müstəqil siyasi xəttini müəyyənləşdirmək imkanında olmayan Ermənistanın “siyasi manevrləri” bölgənin ümumi inkişaf tendensiyasına da mənfi təsirlər göstərir.

Overçukdan İrəvana “mesaj”

Sirr deyil ki, son dövrlərdə Ermənistanda Qərb meyilləri artmaqdadır - hətta nə qədər təəccüblü görünsə də, ölkədə Avropa İttifaqına (Aİ) üzvlük prosedurlarına start verilib. Bu ilin əvvəlində isə Nikol Paşinyan “Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinə başlamaq haqqında” qanun layihəsini təsdiqləyib. Sənəd hətta parlamentdə də müzakirə olunub. Bu isə məntiqlə birmənalı şəkildə Ermənistan - Rusiya münasibətlərinin mənfi tendensiya ilə üzləşmə ehtimalı formalaşdırır. Nəzərə alsaq ki, İrəvan hələ də rəsmən KTMT-nin və Aİİ-nin üzvüdür, “Qərb yolu” istiqamətinin altında hansısa fərqli maraqların yatdığını demək olar. Qeyd edək ki, Ermənistanın bu mövqeyi bir çox hallarda Rusiyanın etirazına səbəb olur. Məsələn, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avropa İttifaqına inteqrasiya meyllərinə sərt reaksiya verib və bu prosesin Moskva ilə İrəvan arasında “tam qopmaya” səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Overçukun sözlərinə görə, Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ölkə üçün ciddi iqtisadi faydalar gətirib. Belə ki, 2014-cü ildə adambaşına düşən ÜDM 3850 dollar idisə, 2024-cü ildə bu göstərici 8500 dolları keçib. O əlavə edib ki, Ermənistanın Aİİ ilə qarşılıqlı ticarət dövriyyəsi 12,7 milyard dollara çatıb, halbuki Avropa İttifaqı ilə bu rəqəm cəmi 2,3 milyard dollar təşkil edir. “Siz Avropa ilə yaxınlaşmaq istəyirsinizsə, anlamalısınız ki, bu, Ermənistanla Rusiya arasında tam münasibətlərin pozulması demək olacaq. Erməni xalqı özü qərar verməlidir - onlar bu nəticəni istəyirlərmi?”, - deyə Overçuk vurğulayıb.

Lavrov da xəbərdarlıq etmişdi...

Xatırlasaq, təxminən buna bənzər ritorika Rusiya XİN başçısı Lavrovun ötən ay realaşan Ermənistan səfəri zamanı da eşidilmişdi. Həmin dövrdə də bəzi ekspertlər bildirirdilər ki, münasibətlərin yeni mərhələyə daşınması üçün Ermənistan özünün “qərbyönümlü” siyasətindən əl çəkməli, yenidən Rusiya “orbitinə” qayıtmalıdır. Xüsusilə, ötən illər ərzində Fransanın bölgəyə aktiv müdaxiləsini təmin etmək üçün canfəşanlıq göstərən İrəvana yenidən Kreml tərəfindən “xəbərdarlıq” edilir. Lavrov demişdi ki, “Rusiya Qafqazda üçüncü ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsinin əleyhinə deyil. Ancaq bu əməkdaşlıq regionda gərginlik yaratmağa yönəlməməlidir. Biz əminik ki, burada yaranan məsələləri, ilk növbədə, regionda yerləşən ölkələr və onların ən yaxın qonşuları həll etməlidir. Bizim qeyri-regional dövlətlərə, hazırkı dünya praktikasında nəzərdə tutulduğu kimi, onların burada yerləşən ölkələrlə əlaqələrini inkişaf etdirməsinə qarşı heç bir fikrimiz yoxdur. Bizim mövqeyimiz heç bir gizli gündəm olmadan bunu vicdanla etməyə hazır olan hər kəslə əməkdaşlığa açıq olmaqdır”.

Göründüyü kimi, bu fikirlərin mahiyyəti Paşinyanın Qərb “əlaltılığından” çıxması və yenidən Rusiyayönümlü siyasətə geri qaytarılmasını xarakterizə edirdi. Lavrov özünün fikirləri ilə həm də hazırki hakimiyyətə gələn il keçiriləcək parlament seçkiləri ilə bağlı Kremlin “mövqeyini” açıqlamışdı - əgər, Paşinyan Qərb - xəttindən əl çəkməsə... Nəticə müsbət olmaya bilər...

Paşinyanın etirafı...

İndiki halda, Overçukun yenidən mövzuya “müraciət etməsi” yəqin ki, situasiya ilə bağlıdır. Son günlərdə bölgədə daha da kritik hala düşən vəziyyətin fonunda Rusiya Ermənistanı “səhv etməməyə” “çağırır”. Əslində, bu “çağırışların” müəyyən simptomları da artıq hiss olunmaqdadır. Məsələn, bu ayın əvvəlində Rusiya prezidenti Putin ilə Paşinyan arasında baş tutan telefon danışığı zamanı “strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini hərtərəfli gücləndirmək üçün qarşılıqlı sadiqliyin” təsdiqlənməsi bunun bariz göstəricisi sayıla bilər. Eyni zamanda, bir neçə gün öncə Nikol Paşinyan bəyan etmişdi ki, ölkəsi Rusiya ilə münasibətləri pozmaq və ya Rusiya hərbi kontingentini ölkədən çıxarmaq niyyətində deyil. “Bəli, bizim parlament Avropa İttifaqına üzvlüklə bağlı qanun layihəsini qəbul edib və biz Aİ ilə çox sıx əməkdaşlıq qurmuşuq. Amma bu, o demək deyil ki, biz Rusiya ilə münasibətləri pozmağa çalışırıq. Bizim xarici siyasətimiz tarazlaşdırılmış və çoxşaxəlidir. Bu, bizim strateji yanaşmamızdır”.

Yeni “xəbərdarlıq” isə yəqin ki, zərurətdən irəli gəlib - Moskva yenidən İrəvana mesaj verir. Hazırkı situasiya münastibətlərin pozulması üçün münbit zaman deyil - ən azından İrəvan üçün Qərb perspektivi hazırda real çıxış yolu deyil. Ermənistan daha çox bölgədə təhlükəsizliyin təmininə töhfə verməyə, sülh imzalamağa köklənməlidir...

SADİQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 İyun 2025 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see373

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see284

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see240

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see224

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see219

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see213

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see202

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see199

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see198

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see194

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see182

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see177

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see174

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see163

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see161

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see160

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see159

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see157

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see156

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri