Aİ İrana qarşı regional münaqişəyə sürüklənə bilər
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa liderləri Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının İran tərəfində döyüşmək qərarının Avropa İttifaqını regional münaqişəyə sürükləyə biləcəyindən ehtiyat edirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Brüsselin "Euractiv" portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşr xatırladıb ki, Aİ 2024-cü ilin fevral ayından etibarən, Yəmən husilərinin İsraili dəstəkləyən dövlətlərin ticarət gəmilərini atəşə tutmasına cavab olaraq Qırmızı dənizdə "Aspides" hərbi-dəniz əməliyyatını həyata keçirir. Bu əməliyyatın tərkibində müxtəlif vaxtlarda Avropa İttifaqına üzv ölkələrin 3-dən 6-dək freqat, esmines və mina təmizləyən gəmisi fəaliyyət göstərib.
İki avropalı diplomatın sözlərinə görə, husilərin ABŞ və İsrailə qarşı qarşıdurmaya qoşulması Yaxın Şərqdəki onsuz da qeyri-sabit olan vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Brüsseldə Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücumların bərpa olunacağını istisna etmirlər, bu isə ticarət gəmilərinin yardım üçün daha çox gözləməli olmasına səbəb ola bilər.
Məryəm Quliyeva
Baxış sayı:175
Bu xəbər 31 Mart 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















