Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Aİ İrəvanın “kilsə qovğası”na mövqeyini açıqladı

Aİ İrəvanın “kilsə qovğası”na mövqeyini açıqladı

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Qurum dolayısı ilə kilsəyə siyasətdən kənar durmağı məsləhət görür

Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndəliyi Erməni Apostol Kilsəsi (EAK) ilə ölkə hakimiyyəti arasında xeyli müddətdir yaşanan qarşıdurmaya ilk dəfə münasibət bildirib. Nümayəndəlikdən “168.jam” saytının sorğusuna cavab olaraq bildirilib ki, Aİ kilsə və Ermənistan hakimiyyəti ətrafında baş verənləri izləyir, lakin bunun respublikanın daxili məsələsi olduğunu vurğulayır: “Bu, daxili proses olduğundan ittihamların araşdırılması yerli hakimiyyət oranlarının səlahiyyətindədir”.

Eyni zamanda, Aİ məhkəmələrin və hüquq-mühafizə orqanlarının müstəqilliyinin, dürüstlüyünün və hesabatlılığının, həmçinin demokratik prinsiplərə və fundamental insan hüquqlarına, o cümlədən ədalətli məhkəmə araşdırmasına riayət edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, son illər ərzində, xüsusilə İkinci Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətdən sonra EAK-la ölkə rəhbərliyi arasında münasibətlər xeyli gərginləşib. Kilsə rəhbərliyi məğlubiyyətdən sonra baş nazir Nikol Paşinyanı bir neçə dəfə istefaya çağırıb. Qarşıdurma xüsusilə bu ilin may ayının sonlarında N.Paşinyanın “Facebook” sosial şəbəkəsində bütün ermənilərin katolikosu II Qareginlə bağlı etdiyi paylaşımlardan sonra açıq və sərt xarakter alıb. Baş nazir katolikosun subaylıq andını pozduğunu, övladının olduğunu bildirib. Belə bir şəxsin ermənilərə dini rəhbərlik etməsinin mümkünsüzlüyünü vurğulayaraq patriarxlığı tərk etməli olduğunu bildirib. EAK-ın bir sıra ruhaniləri və patriarxlıq çevrələri Paşinyanın həyata keçirdiyi islahatları, xüsusilə də milli-mənəvi dəyərlərlə bağlı siyasətini tənqid hədəfinə çeviriblər. Buna cavab olaraq, hökumət dəfələrlə kilsəni siyasi proseslərə müdaxilədə, dövlətin işinə qarışmaqda ittiham edib. Məhz bu səbəbdən cəmiyyətdə kilsə ilə hakimiyyət arasında getdikcə dərinləşən uçurum formalaşıb.

Bu mənada kilsə ilə dövlət arasında bir neçə aydır davam edən ziddiyyətlər fonunda Aİ-nin Ermənistandakı nümayəndəliyindən ilk dəfə olaraq verilən rəsmi açıqlama siyasi və ictimai dairələrdə böyük rezonans doğurub. Aİ nümayəndəliyinin bu qarşıdurmaya dair səsləndirdiyi mövqe həm Ermənistan daxilində, həm də beynəlxalq arenada diqqətlə izlənilir. Nümayəndəliyin açıqlaması formal baxımdan neytral görünsə də, əslində, ciddi siyasi ismarıclar ehtiva edir. Aİ bildirir ki, bu, Ermənistanın daxili məsələsidir və ittihamların araşdırılması yerli hakimiyyət orqanlarının səlahiyyətindədir. Bu mövqe həm hüquqi baxımdan korrekt, həm də diplomatik cəhətdən ölçülüb-biçilmiş ifadə sayıla bilər. Lakin Ermənistan reallığına nəzər saldıqda, bu cür “bitərəf” yanaşmanın, əslində, vəziyyətin ciddiliyini nəzərə almadan məsuliyyəti tamamilə rəsmi İrəvana ötürmək cəhdi olduğu aydın görünür. Nümayəndəliyin açıqlaması, əslində, ölkədə uzun müddət davam edən ziddiyyətin – dövlət–kilsə münasibətlərindəki tarazlığın pozulmasının diplomatik təsdiqidir.

Heç kəsə sirr deyil ki, kilsə bu gün Ermənistanda təkcə dini deyil, həm də siyasi-ictimai qüvvə kimi çıxış edir. Bu isə demokratik və dünyəvi sistem qurmağa çalışan bir ölkə üçün ziddiyyətli və təhlükəli tendensiyadır. EAK öz tarixi missiyasını və dini funksiyalarını bir kənara qoyaraq, bir sıra hallarda siyasi mövqe sərgiləməkdə, dövlətin daxili siyasətinə birbaşa müdaxilə etməkdədir. İctimaiyyətə açıq şəkildə müraciətlər ünvanlanması, hökumətə qarşı etiraz bəyanatlarının yayılması, hətta Baqrat Qalstanyan və Mikael Acapaxyan kimi arxiyepiskopların konkret siyasi düşərgələrlə bir sırada çıxış etməsi kilsənin müstəqil dini qurum statusuna ciddi zərbə vurur. Halbuki dünyanın əksər normal, sivil ölkələrində dini institutlarla dövlət arasında sərhədlər aydın şəkildə müəyyənləşib və bu çərçivənin qorunması həm dövlətin sabitliyi, həm də dini etimadın qorunması baxımından həyati əhəmiyyət daşıyır.

***

Bu gün EAK erməni cəmiyyətində özünün əvvəlki birləşdirici və mənəvi dayaqlıq funksiyasını getdikcə itirir. Səbəb çox sadədir: kilsə xalqın deyil, müəyyən qruplarının tribunasına çevrilib. Ruhanilər açıq şəkildə siyasi ritorika ilə çıxış edir, bəzi hallarda isə hökumətin atdığı sosial və iqtisadi islahatları təhrif olunmuş formada təqdim edirlər. Dini liderlər öz çıxışlarında tez-tez “ənənəvi dəyərlərin qorunması” pərdəsi altında dövlətin dünyəvi prinsiplərini və cəmiyyətin dəyişən sosial sifarişlərini tənqid edirlər. Bu isə bir tərəfdən cəmiyyətdə parçalanma yaradır, digər tərəfdən kilsənin cəmiyyətin bütün təbəqələrini təmsiletmə gücünü zəiflədir. Kilsənin nüfuzunun azalmasının əsas səbəblərindən biri də onun daxilində baş verən korrupsiya, qeyri-şəffaf maliyyə fəaliyyəti və ictimaiyyətdən gizlədilən təsərrüfat məsələləridir. Son illər ictimai fəallar və jurnalistlər tərəfindən kilsəyə yaxın qurumların maliyyə hesabatları ilə bağlı irəli sürülən iddialar və verilən suallar cavabsız qalır. Ruhani çevrələrdə yaranan rüşvətxorluq və şəxsi mənfəət naminə dini nüfuzdan istifadə hallarına qarşı kilsə rəhbərliyinin ciddi tədbirlər görməməsi onun mənəvi liderlik roluna kölgə salır. Dini təşkilatın bu cür şəffaflıqdan uzaq fəaliyyət göstərməsi isə cəmiyyətin inamını daha da sarsıdır.

Kilsənin əsas funksiyası dini-mənəvi sabitliyi təmin etmək, insanlar arasında birlik və əxlaqi dəyərləri aşılamaq olmalıdır. Lakin mövcud mənzərə göstərir ki, kilsə bu funksiyaları arxa plana keçirərək daha çox siyasi gündəmin iştirakçısına çevrilib. Xüsusilə bəzi yeparxiya rəhbərlərinin, keşişlərin mitinqlərdə, ictimai-siyasi tədbirlərdə çıxış etməsi, hakimiyyətin legitimliyini şübhə altına alması dini statusla ziddiyyət təşkil edir. Belə olan halda cəmiyyətin dünyəvi qanunlara əsaslanan idarəçiliyi ilə dini baxışlar arasında ziddiyyət qaçılmaz olur və bu, istər-istəməz sabitliyi pozur.

Aİ-nin açıqlaması da məhz bu məsələyə işarə edir. Qurum bildirir ki, proseslər Ermənistanın daxili məsələsidir və istənilən ittiham yerli orqanlar tərəfindən araşdırılmalıdır. Bu, bir tərəfdən ölkənin suveren hüquqlarına hörmət göstərmək anlamına gəlirsə, digər tərəfdən kilsəyə də açıq mesajdır ki, siyasi fəaliyyət dini statusla bir araya sığmır. Aİ faktiki olaraq kilsənin deyil, hüquqi dövlətin tərəfində olduğunu nümayiş etdirir və bu da hüquqi baxımdan tam əsaslıdır. Bu gün Ermənistanda cəmiyyət daha rasional və modern idarəetmə tərzinə ehtiyac duyur. Bu idarəetmənin dayağı dini deyil, hüquqi və dünyəvi sistem olmalıdır. Əgər EAK bu reallığı qəbul etməzsə, öz mövqeyini yenidən nəzərdən keçirməzsə, yaxın illərdə ictimai nüfuzunu tamamilə itirmək təhlükəsi ilə üz-üzə qala bilər. Kilsə dini funksiyasını qorumaq istəyirsə, siyasi proseslərdən və daxili intriqalardan uzaq durmalı, cəmiyyətin mənəvi sütunu olma missiyasına qayıtmalıdır.

Onu da bildirək ki, Aİ nümayəndəliyinin açıqlamasında məhkəmələrin və hüquq-mühafizə orqanlarının müstəqilliyi, dürüstlüyü və hesabatlılığı xüsusi qeyd olunur. Bu, istənilən hüquqi dövlətin əsas dayağıdır. Aİ, eyni zamanda, ədalətli məhkəmə araşdırmasının vacibliyini və fundamental insan hüquqlarına əməl olunmasını vurğulayaraq, hüquqi proseslərin siyasi müdaxilələrdən kənar aparılmasının əhəmiyyətinə diqqət çəkir. Bu kontekstdə dini qurumların da hüquqi araşdırmalara hörmətlə yanaşması, onları dini və ya siyasi ritorikaya çevirməməsi vacibdir. Hüquq müstəvisində baxılan məsələləri dini tribuna səviyyəsinə endirmək nə cəmiyyətə, nə də ədalət prinsipinə fayda verir. Dövlətin əsas institusiyalarının nüfuzuna xələl gətirən davranışlardan çəkinmək hər bir ictimai qurumun, xüsusilə də kilsə kimi təsirli strukturun borcudur. Bu baxımdan EAK dini fəaliyyətini siyasi iddialardan ayırmalı, hüquqi proseslərə hörmətlə yanaşmalıdır.

İlyas HÜSEYNOV,
politoloq

– Aİ-nin Ermənistandakı missiyası öz fəaliyyəti ilə dəfələrlə sübuta yetirib ki, onlar bu regiona nəzarəti əldən vermək niyyətində deyillər. Onlar bölgədə baş verən prosesləri diqqətlə izləyir, Ermənistandakı mövcud durum və cərəyan edən proseslər barədə də fikirlər bildirirlər. Şübhəsiz ki, müxalifətin siyasi hakimiyyət əleyhinə fəaliyyəti, kilsə ilə iqtidar arasındakı fikir ayrı-seçkilikləri, ziddiyyətlər, o cümlədən Paşinyanın din xadimləri, onların çirkin əməlləri ilə mübarizəsi diqqətdən kənarda qalmır. Aİ demokratik prinsiplərə və fundamental insan hüquqlarına, o cümlədən ədalətli məhkəmə araşdırmasına riayət edilməsinin vacibliyinə çağırış edib. Əlbəttə, bu, Aİ-nin bəyan edilən ümumi prinsiplərini özündə əks etdirir. Lakin bu, həm də dövlətin daxili işlərinə qarışmaq anlamını verir.

Eyni zamanda, maraqlıdır ki, bu bəyanat daxilində ikili standartlar, ziddiyyətlər çoxdur. Çünki dünyanın digər bölgəsində bu cür proseslər baş versəydi, Qərb mediası bu barədə yazar, onu tirajlayar, manşetlərə çıxarardı. Amma Qərb mediasında çox səthi, loyal münasibət özünü göstərməkdədir. Mən Aİ-nin bu bəyanatını növbətçi bəyanat, formal mövqe ortaya qoymaq kimi qiymətləndirirəm. Sirr deyil ki, Aİ, xüsusilə onun institutları, Avropa Parlamentinin timsalında qanunverici orqanı ölkəmizə münasibətdə hər zaman qərəzli mövqe ortaya qoyur. Lakin Ermənistanda cərəyan edən proseslərə biganə münasibət ortadadır. Yaranmış vəziyyətdən kənar geosiyasi aktorlar istifadə etməyə çalışırlar. Şübhəsiz, Ermənistan elə bir bölgədə yerləşir və geosiyasi vəziyyətdədir ki, bu gün beynəlxalq güclər Hayastana, eləcə də dolayısı ilə Cənubi Qafqaza nəzarət etmək imkanlarını araşdırırlar.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyul 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see623

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see291

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see284

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see273

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see266

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see246

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see243

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see239

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see234

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see225

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see224

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see212

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see201

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see200

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see200

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see199

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see191

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see181

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see180

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri