Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Süni intellekt Avstraliya hökumətinə sızdı

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Ermənistanda dövlət “kilsə islahatı”na start verir

Ermənistanda dövlət “kilsə islahatı”na start verir

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Paşinyan II Qaregini zərərsizləşdirir

Ermənistanda parlament seçkiləri ilə bağlı polemikalar qızışmaqdadır. Seçkiyə hələ 1 il qalmasına baxmayaraq müəyyən qüvvələr ortaya çıxaraq indidən  revanşizm toxumu səpməyə çalışırlar - xüsusilə, Azərbaycan ilə Ermənistan arasındakı sülh sənədinin bütün müddəalarının razılaşdırılması, baş nazir Paşinyanın Konstitusiya dəyişikliyi və ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı müəyyən “isti” açıqlamaları revanşist qüvvələri hərəkətə gətirib. Gözlənildiyi kimi, 2025-ci ilin əvvəlində Ermənistanın keçmiş “iqtidarı” - Sarkisyan-Köçəryan cütlüyü fəallaşdırılmışdı. Amma onların hansısa bir qalibiyyət əldə etmək imkanlarının aşağı olduğunu anlayan bir sıra qüvvələr “meydana” yenidən kilsə kartını sürməyə çalışır. Beləliklə, Nikol Paşinyana qarşı yeni “müxalifət” məhz kilsənin olacağı gözlənilir.

Son günlər müşahidə olunan “söz atışması” da bunu təsdiqləyir. Artıq proseslərdə erməni kilsəsi daha çox “fəallıq” nümayiş etdirir. Ümumiyyətlə, tarixən Ermənistan ilə Azərbaycan arasında yaranan qarşıdurmalarda hər zaman “xüsusi rol oynayan” erməni kilsəsi indiki mərhələdə də özünün qara niyyətindən əl çəkmək istəmir. Onlar uzun müddətdir ki, sülhün bərqərar olmasına, sabitliyin formalaşmasına qarşı qəti mövqe ilə çıxış edir, sülh prosesinə növbəti dəfə pəl vurmaqdan ötrü cəmiyyətdə revanşizm hisslərini qızışdırır, itaətsizliyə, mitinqlərə və yeni müharibəyə çağırışlar edirlər. Din hər zaman birləşdirici və sülhyaradıcı funksiyası ilə tanınıb, şöhrət tapıb. Erməni kilsəsinin bu qızışdırıcı, müharibəyə təhrik edən mövqeyi isə heç bir dinlə, müqəddəsliklə uzlaşmır.

Qarşıdurma güclənir...

Qeyd edək ki, Ermənistan Milli Assambleyasındakı “Ermənistan” fraksiyası bəyanat yayıb. Bəyanatda bildirilir ki, “Ermənistan hakimiyyətinin kilsəyə və ali ruhani təbəqəyə qarşı yönəlmiş hücumları ölkədə milli parçalanmanı dərinləşdirir, erməni kimliyinin əsaslarını sarsıdır və mənəvi böhranı daha da artırır”. “Erməni Apostol Kilsəsi xalqımızın həyatında müstəsna rol oynamış və bu, Konstitusiyada da təsbit olunmuşdur”, - deyə bəyanatda vurğulanır. Sənəddə Paşinyanın kilsə, onun patriarxı və ruhani rəhbərliyinə qarşı ritorikası erməni xalqının ləyaqətini alçaldan, milli birliyi və dəyərlər sistemini sarsıdan davranış kimi qiymətləndirilib. Fraksiya nümayəndələri qeyd ediblər ki, mövcud çətin və taleyüklü günlərdə milli qüvvələrin birliyi və qətiyyəti hər zamankindən daha çox vacibdir.

Paşinyandan Qareginə təhqir...

Verilən bəyanatda maraqlı bir nüans diqqət çəkir - etiraf olunur ki, ölkədlə milli parçalanma var və baş verənlər bu parçalanmanı daha da dərinləşdirir. Nəzərə alınmalıdır ki, kilsə ilə Paşinyan arasındakı “atışmalar”ın əsası 2018-ci ildən başlayır. Ölkənin idarəçiliyinə müdaxilə etmək üçün xüsusi imkanları olan kilsə bundan imtina etmək istəmir - Paşinyan isə kilsənin ölkənin siyasi həyatına müdaxiləsi ilə razılaşmır. Elə son çəkişmənin də mahiyyəti və motivi bundan ibarətdir. Belə ki, bir neçə gün öncə Nikol Paşinyanın sosial mediada təhqiramiz paylaşımının da məhz ermənilərin katolikosu II Qareginə ünvanlandığı iddia edilmişdi. Bundan öncə isə Paşinyan bildirmişdi ki, bütün ermənilərin katolikosunun seçilməsində son qərarı Ermənistan hökuməti verməlidir. O vurğulamışdı ki, Ermənistan Apostol Kilsəsinin rəhbərinin seçilməsi qaydası dəyişməlidir - dövlətin seçkilərdə həlledici səsə sahib olması və namizədlərin etik baxımdan yoxlanılması vacib şərt kimi önə çıxarılmalıdır.

N.Paşinyan Ermənistanda bəzi kilsələrin acınacaqlı vəziyyətdə olduğunu da demişdi və o əlavə etmişdi ki, kilsələrin əksəriyyəti tikinti tullantıları anbarı kimi istifadə edilir. “Kilsələrdə əlavə mərmər plitələr, sement kisələri, paslı armaturlar saxlanılır. İnsan ruhani bir şeylə təmasda olmaq üçün kilsəyə gedir. Amma birdən içəri girirsən və görürsən ki, zibil səpələnib, kiminsə paltarı, ayaqqabısı, çarpayısı qoyulub”, - deyə baş nazir gileylənib. Paşinyan vurğulayıb ki, kilsələrlə bağlı standartlar tətbiq edilməlidir.

Siyasi vəziyyət gərginləşir...

Bu bəyanatlar və son paylaşım isə siyasi rəhbərliklə kilsə arasındakı ziddiyyəti daha dərinləşdirib. Kilsənin bölgədə sülhün formalaşmasına qarşı tutduğu mövqe sirr deyil - hətta ötən Qareginin hakimiyyətə “həvəsləndirdiyi” Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan bildirmişdi ki, “bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam”. Göründüyü kimi, qətliamlar, terror, işğal düşüncəsi ermənilərdə hər zaman kilsə ideologiyası olub və Qalstanyanın açıqlaması da bunu təsdiqləyir. Erməni kilsələrinin rəhbərlərinin çıxışlarında daima qızışdırıcı, təhrikedici “tələblər” səsləndirməsi, insanları qarşıdurmaya sövq etməsi artıq ənənə halını alıb.

Dövlət isə kilsənin onun işlərinə qarışmasını qəbul edə bilmir - Paşinyan daima din xadimlərinin fərqli dairələrin təsiri altında olmasına işarələr vurur və öz fikirlərində bununla bağlı fikirlər səsləndirir. Nəticədə isə vəziyyət daha da gərginləşir - maraqlıdır ki, kilsənin mövqeyini “dəstəkləyən”lər də situasiyadan istifadə edərək özləri üçün siyasi üstünlük formalaşdırmağa çalışırlar. Kilsənin “azad” fəaliyyətini qanunvericiliklə əsaslandırmağa niyyətlənənlərin məqsədi bəllidir - məsələn, Ermənistanın İrəvan Dövlət Universitetinin Teologiya fakültəsinin Dinşünaslıq kafedrasının müdiri Pargev Barseqyan bildirib ki, dövlət kilsənin fəaliyyətinə nəzarət etməməli, əksinə onun azad, şəffaf və demokratik fəaliyyətini təmin etməlidir. O bildirib ki, Ermənistan Konstitusiyasına əsasən, baş nazirin dini təşkilatların, o cümlədən Ermənistan Apostol Kilsəsinin rəhbərinin seçilməsinə qarışmaq, namizədlərə “etik yoxlama” tətbiq etmək hüququ yoxdur. O qeyd edib ki, Kilsə rəhbəri Milli Kilsə Yığıncağı tərəfindən seçilir və bu prosesin öz daxili nizamnaməsi var. Dövlətin bu sahəyə qarışması, o cümlədən hər hansı yoxlama aparması qanuna ziddir. Ən yaxşı halda dövlət yalnız şəffaf və demokratik mühitin təminatçısı olmalıdır.

Erməni kilsəsi, yoxsa siyasi alət...

Qeyd edək ki, Erməni Apostol Kilsəsi təkcə dini deyil, həm də milli və siyasi institut kimi fəaliyyət göstərir. Kilsənin başçısı Katolikos adlanır və “bütün ermənilərin katolikosu” olaraq tanınır. Kilsənin ali dini rəhbərliyinin baş qərargahı Eçmiədzin şəhərində yerləşir. Kağız üzərində Erməni Apostol Kilsəsi heç bir xarici dini struktura tabe olmasa da və müstəqil avtokefal (özünüidarə edən) kilsə sayılsa da, bu əslində, belə deyil. xüsusilə xaricdə yaşayan erməni lobbisi kilsənin yönləndirilməsində, dövlət işlərinə qarşımasında mühüm rol oynayır. Katolikosun seçilməsi üçün isə xüsusi Kilsə Məclisi toplanır. Bu məclisdə din xadimləri ilə yanaşı, erməni diasporasının nümayəndələri və siyasi elita da iştirak edir - başqa sözlə, separatizmi yayan, müharibə və barbarlığı təbliğ edən erməni dieologiyasının aparıcı ünsürü olan kilsə başçısı xarici dairələr tərəfindən “təyin” olunur. Təyinat müddətinə gəldikdə isə katolikos ömürlük seçilir.

Vurğulandığı kimi, Apostol Kilsəsi Ermənistanın daxili siyasətində gizli və açıq formada ciddi rol oynayır. Parlament seçkiləri, konstitusiya dəyişiklikləri və milli təhlükəsizlik məsələlərində açıq bəyanatlar verir. Kilsə bəzən Ermənistan hökumətinə təzyiqlər göstərir və kilsəyə qarşı çıxan siyasi fiqurların nüfuzdan salınmasında vasitə kimi çıxış edir - hazırkı situasiyada bunun daha real şahidi oluruq. Sirr deyil ki, ABŞ, Fransa, Livan və Rusiyada formalaşan erməni lobbisi kilsə vasitəsilə Ermənistanın daxili siyasi proseslərinə ciddi şəkildə təsir edə bilirlər. Eyni zamanda, kilsəyə geniş iqtisadi imtiyazlar verilib - bunların arasında vergi güzəştləri, daşınmaz əmlak azadlığı, təhsil və media üzərində təsir də var. Kilsə, həmçinin Ermənistanın silahlı qüvvələrdə güclü təsir imkanlarına malikdir. Vaxtilə Qarabağ məsələsində kilsə açıq şəkildə erməni işğalçılığını, soyqırımını dəstəkləmiş, işğala haqq qazandırmış, hətta onun “ideoloji əsaslarını” yaratmağa çalışmışdı. Kilsə, həmçinin tarixi saxtakarlıqların “təbliği” ilə də məşğuldur. Vaxtilə Azərbaycanın işğal altında saxladığı ərazilərindəki Alban kilsələrini “erməni abidələri” kimi qələmə verərək beynəlxalq manipulyasiya aparır. Nəticə etibarı ilə Apostol Kilsəsi təkcə dini qurum deyil, həm də erməni milli ideologiyasının və separatizmin dayağı kimi çıxış edir. Dövlət idarəçiliyindəki iştirakı, seçki sisteminə təsiri və diaspora ilə koordinasiyası onu sadəcə, dini yox, geosiyasi alət səviyyəsinə yüksəldib.

SADİQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 İyun 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see273

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see241

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see240

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see234

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see232

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see224

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see223

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see222

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see205

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see202

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see202

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see201

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see199

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see197

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see196

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see191

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see185

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see181

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see178

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri