Aİ mübahisəli Avropada istehsal olunub planını yenidən təxirə salıb
Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ mübahisəli "Avropada istehsal olunub" planını yenidən təxirə salıb.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) dövlət satınalmalarında avropalı şirkətlərə üstünlük verilməsini nəzərdə tutan mübahisəli “Made in Europe” ("Avropada istehsal olunub") planının açıqlanmasını bir həftə təxirə salıb.
“Euronews” internet saytında yayımlanan xəbərə görə, Aİ Komissiyası İttifaqın sənaye strategiyasının əsasını təşkil edən Sənaye Sürətləndirici Qanun layihəsi ilə bağlı işləri hələ yekunlaşdırmayıb.
Üzv dövlətlərin dövlət vəsaitlərindən istifadəsinə və dövlət satınalmalarına “Made in Europe” şərtinin tətbiqini nəzərdə tutan, Avropa sənayesini dəstəkləməyi hədəfləyən qanunun məzmunu ətrafında fikir ayrılıqları mövcuddur.
Bu səbəbdən daha əvvəl də bir neçə dəfə təxirə salınan və son olaraq 26 fevral tarixinə planlaşdırılan qanun layihəsinin açıqlanması 4 mart tarixinə keçirilib.
Sözügedən plan Aİ Komissiyasının sədr müavini Stefan Sejurne rəhbərliyində olan qrup tərəfindən hazırlanır.
Layihə enerji tutumlu sahələr, xalis sıfır texnologiyalar və avtomobil sənayesi kimi istiqamətlərdə dövlət satınalmalarında və dövlət dəstəyi ilə həyata keçirilən proqramlarda Avropada istehsal olunan məhsullara üstünlüklər verilməsini nəzərdə tutur.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 23 Fevral 2026 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















