Icma.az
close
up
RU
Aİ nin müşahidə missiyasının avantürist addımları sülh prosesinə necə təsir edəcək? AÇIQLAMA

Aİ nin müşahidə missiyasının avantürist addımları sülh prosesinə necə təsir edəcək? AÇIQLAMA

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir. Bu dəfə daha bir qrup Qazax rayonu istiqamətinə gəlib. Bununla bağlı görüntülər də yayılıb və buradan aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən Aİ missiyasının üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə ediblər. Yəni Aİ sülhə mane olmaq üçün artıq əlindən gələni edir. 

Bu, Azərbaycanla Ermənistan arasındakı duruma və ümumiyyətlə, sülh prosesinə necə təsir edəcək?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri deyib ki, Avropa Birliyinin “müşahidə" missiyasının fəaliyyəti prosesə birbaşa deyil, dolayı yolla təsir edir:

“Çünki sülh, təhlükəsizlik məsələsi iki qonşu dövlətin bilavasitə siyasi iradəsindən asılıdır. Bu, qətiyyətli qərarlar açığı, çox da uzaqda deyil. Hiss olunur ki, artıq müxtəlif səviyyələrdə yaxınlaşmalar mövcuddur. İstər kommunikasiyaların açılması, Zəngəzur dəhlizi məsələsi, istər sərhədlərin müəyyənləşməsi – delimitasiya və demarkasiya prosesi, istərsə də sülh mətnində iki son müddəanın razılaşdırılması – düşünürəm ki, bunlar həll olunacaq şeylərdir. Bu yöndə danışıqlar da gedir. Yəni qapılar, pəncərələr açıqdır. Konkret danışıqlar pəncərəsi mövcuddur və proses, diplomatik ünsiyyət müxtəlif səviyyələrdə gedir. Ona görə də Avropa Birliyi müşahidə missiyasının sərhəddə varlığını təbii ki, Aİ-nin geosiyasi maraqları ilə bərabər, Nikol Paşinyan hökumətinin ən azından növbəti parlamentdə qələbəsinə qədər təhlükəsizlik mexanizmi kimi görmək lazımdır”.

Müsahibimiz bildirdi ki, Paşinyan həm Aİ-nin dəstəyini, həm də özünün təhlükəsizliyini bu illər ərzində təmin etmək istəyir:

“Bunu da bəhanə gətirərək daha çox ermənilərin istədiyi səviyyədə sərhədlərin tezliklə müəyyənləşməsini tələb edir. Bilirsiniz, şərt bundan ibarətdir ki, sərhədlər nə qədər tez delimitasiya və demarkasiya olunarsa, artıq müəyyənləşmiş sərhədlərdə Aİ-nin dırnaqarası müşahidə missiyası durmayacaq. Yəni müşahidə missiyası istəməyən Azərbaycan dolayısı ilə həm də tezliklə demarkasiya prosesini başa çatdırmalıdır. Hər bir halda, düşünürəm ki, bunlar sülh prosesinə ciddi əngəl yaratmır. Münaqişəsinin həlli məsələsinin önü açıqdır. Sadəcə bəzi məsələlər var ki, hələ də erməni ictimai rəyində oturuşmayıb. Bu yöndə Ermənistan daxilində ciddi mübarizənin getdiyi də hiss olunur. Paşinyan öz düşündüklərini ictimai rəyə təlqin edə bildikcə, bu məsələlər də öz həllini tapacaq. Nəhayət, Donald Tramp administrasiyasının Cənubi Qafqazla bağlı xarici siyasət prioritetləri bəlli olandan sonra ola bilsin ki, bu məsələnin həlli daha da sürətlənsin. Hələlik Cənubi Qafqaz siyasəti ilə bağlı qeyri-müəyyənlik mövcuddur, bu baxımdan narahatlıq var. Paşinyanın son ABŞ səfəri də təxminən bu məsələləri öyrənmək və gələcək siyasətini müəyyənləşdirmək xarakteri daşıyır”.

Günay Rəsulqızı
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 Fevral 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri