Icma.az
close
up
RU
Aİ nin yeni strategiyasında Cənubi Qafqaz hansı yeri tutacaq? “Bakının təkliflərini qəbul etmək lazım gələcək”

Aİ nin yeni strategiyasında Cənubi Qafqaz hansı yeri tutacaq? “Bakının təkliflərini qəbul etmək lazım gələcək”

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

“Avropada ABŞ-dən “ayrılma” ilə bağlı fəal müzakirələr gedir. Təbii ki, Şimali Atlantika Tərəfdaşlığı üzrə müttəfiqlər bir-biri ilə elə inteqrasiya olunub ki, klassik “ayrılma” alınmayacaq. Həm ABŞ-nin, həm də Aİ-nin qarşılıqlı maraqları var”.

“AzPolitika” bildirir ki, bu barədə politoloq Fərhad Məmmədov teleqramda yazıb. 

Ekspert vurğulayır ki, Avropa İttifaqının (Aİ) strateji muxtariyyəti məsələsi Aİ-nin öz təşəbbüsü deyil, Prezident Tramp dövründə ABŞ-nin siyasətinə reaksiyadır: “Avropada bu addımları könülsüz və istəksiz atırlar. Aydındır ki, Trampın 4 illik prezidentliyi dövrünü gözləmək və münasibətlərin əvvəlki səviyyəsini bərpa etmək qeyri-real görünür. Odur ki, əvvəllər ABŞ ilə tam koordinasiyada olan Aİ artıq təkcə Avropa səviyyəsində deyil, həm də digər regionlarla münasibətlər üzrə öz gündəliyini inkişaf etdirməli olacaq. Beləliklə, dünyanın konkret regionlarında Aİ-nin tərəfdaş ölkələri seçilməli, gözləntilərin və maraqların siyahısı tərtib edilməli, öz siyasətini həyata keçirmək üçün mexanizm və alətlər müəyyən edilməlidir”.

Politoloq qeyd edir ki, Aİ-nin strateji muxtariyyətinin müəyyən edilməsi kontekstində əsas problem Rusiya ilə münasibətlərin qurulması olacaq. Onun sözlərinə görə, Vaşinqtonun müstəqil şəkildə Moskva ilə münasibətlərin sabitləşməsinə və daha da normallaşmasına doğru addım atacağı təqdirdə Brüssel Kremllə münasibətlərinə yenidən baxmalıdır.

“Ağ Ev administrasiyası artıq bildirib ki, Rusiyaya qarşı sanksiyaları ləğv etmək vaxtı gələndə Aİ danışıqlar prosesində olacaq. Aİ-nin strateji muxtariyyəti Trampın rədd edilməsi çətin olan bu təklifi ilə sınaqdan keçiriləcək”, - o, əlavə edib.

F.Məmmədov daha sonra yazıb: ”Bu gün Aİ liderləri belə mövqe tuturlar ki, ABŞ və Rusiya Ukraynada atəşkəsə nail ola bilsələr və Ukrayna rəhbərliyini atəşkəs şərtlərini qəbul etməyə sövq edə bilsələr belə, Avropanın Rusiyaya qarşı sanksiyaları ləğv edilməyəcək. Aİ ölkələrinin məqsədi Rusiyanı daha da zəiflətmək və çəkindirici vasitə kimi Ukraynanı gücləndirməkdir. Yəni, Aİ-nin Rusiya ilə münasibətləri qısa müddətdə normallaşmayacaq”.

Ekspert vurğulayır ki, beləliklə, strateji muxtariyyət kontekstində Aİ xarici siyasət fəaliyyətinin digər sahələrində ABŞ ilə bir araya gəlməməlidir: “Məsələn, Çinlə münasibətlərdə Aİ-nin ABŞ-dən fərqli olan öz prioritetləri ola bilər. Bu kontekstdə Aİ-nin Rusiya və ABŞ-dən yan keçərək Çinlə əlaqə saxlaması vacib olacaq. Məlum olduğu kimi, Avropadan Çinə gedən quru yollarına Rusiya, dəniz ticarət yollarına isə ABŞ nəzarət edir. Bu nəzarətdən kənar Avropadan Çinə yeganə marşrut Türkiyə, Cənubi Qafqaz regionu, İran və Mərkəzi Asiya ölkələrindən keçəcək. Yəni, Orta Dəhliz yenidən aktuallıq qazana bilər”.

Fərhad Məmmədov hesab edir ki, Mərkəzi Asiya regionu Aİ siyasətinin digər bir sahəsinə çevriləcək.

“Aİ-Mərkəzi Asiya sammitinin aprelin əvvəlində keçirilməsi planlaşdırılır və bu sammiti Bakıda diqqətlə izləməyə dəyər. Mərkəzi Asiyaya yol Gürcüstan və Azərbaycandan keçir. Nəqliyyat məsələsi yeganə məsələdir ki, Aİ yüklərin həcmini regional marşrutlara yönləndirməklə Cənubi Qafqazda konstruktiv rol oynaya bilər”, - o, vurğulayıb.

Təhlilçi bildirir ki, əgər Aİ Ermənistan üzərindən kommunikasiyaların açılmasında maraqlıdırsa, o zaman o, Bakının işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasının maliyyələşdirilməsində iştirak etmək üçün təkliflər hazırlamalı olacaq. Onun sözlərinə görə, Bakı ilə əlaqə qurmağın başqa yolu yoxdur.

“Ermənistana kömək etmək üçün Azərbaycanın təkliflərini qəbul etmək lazım gələcək. Çünki Aİ-Cənubi Qafqaz formatını rəsmiləşdirməyin vaxtı çatıb”, - ekspert qeyd edib.

F.Məmmədov hesab edir ki, Aİ-Mərkəzi Asiya və Aİ-Cənubi Qafqaz formatlarında müzakirə olunan bütün bu təşəbbüslər təhlükəsizlik çətirinə malik olmalıdır, burada Türkiyənin Aİ üçün rolu mübahisəsizdir: “Göründüyü kimi, strateji muxtariyyət perspektivləri Aİ üçün qonşu və mühüm regionlarla əlaqələrin inkişafı baxımından çoxlu imkanlar yaradır. Bu kontekstdə Aİ üçün yeganə təhlükə, lazımi siyasəti həyata keçirə bilməyən qurumun birliyin ölkəsinin yanlış seçimidir. Məsələn, Fransanın Türkiyə və Azərbaycanla qarşılıqlı əlaqələrdə mənfi təcrübəsi var. Parisin Gürcüstan hökuməti ilə münasibətləri də mürəkkəbdir”.

Rasim Əliyev
“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Mart 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri