Icma.az
close
up
RU
Aİ postBayden dövrünə hazırlaşır

Aİ postBayden dövrünə hazırlaşır

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri ABŞ-nin 47-ci prezidenti seçilən Donald Tramp vəzifəyə gəldikdən sonra iqtisadiyyatın vəziyyətini, rəqabət qabiliyyətini necə artırmaq və onunla danışıqları necə aparmağı müzakirə ediblər.

"Cebheinfo.az" xəbər verir ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen, Aİ Şurasının sədri Şarl Mişel və Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə keçirilən Aİ Liderlər Zirvəsinin sonunda birgə mətbuat konfransı keçiriblər.

Fon der Leyen "ABŞ seçkilərinin nəticələrini müzakirə etdik. ABŞ bizim ən böyük iqtisadi və ticarət tərəfdaşımızdır. Biz unikal tarixi əlaqələri paylaşırıq. Yeni administrasiya ilə əvvəldən yaxşı münasibətlər qurmaq çox vacibdir" deyib.

Trampla telefon danışığı keçirdiyinə diqqət çəkən Ursula fon der Leyen Ukrayna, müdafiə, ticarət və enerji kimi mövzuları müzakirə etdiklərini və bu sahələrdə əlaqələri dərinləşdirmək istədiyini vurğulayıb.

Fon der Leyen Aİ və ABŞ-nin ümumi maraq doğuran məsələlər üzrə danışıqlar aparacağını bildirib.

Trampla görüşündə LNG-nin (sıxılmış maye qaz) əhəmiyyətli bir mövzu olduğunu açıqlayan Ursula fon der Leyen, "Rusiyadan çoxlu LNG alırıq. Niyə bizim üçün daha ucuz olan və enerji qiymətlərimizi aşağı salan Amerika LNG ilə əvəz etməyək. Bu, ticarət kəsiri ilə bağlı müzakirə edə biləcəyimiz bir məsələdir” deyib.

Fon der Leyen sammitin əsas gündəminin rəqabət qabiliyyəti olduğuna diqqət çəkərək, Aİ-nin innovasiya boşluğunu aradan qaldırmalı və Aİ daxilində hasilatı artırmalı olduğunu bildirib.

"Daha çox investisiyaya ehtiyacımız var" deyən Leyen, Avropada investisiya və əmanət birliyi üzərində işləyəcəklərini vurğulayıb.

Aİ Şurasının sədri Mişel də Trampın prezident seçilməsindən sonra transatlantik müttəfiqlik və ABŞ-la münasibətlərlə bağlı fikir mübadiləsi apardıqlarını bildirərək, “Biz transatlantik əlaqələri gücləndirməyə, ABŞ ilə müxtəlif sahələrdə əməkdaşlıq etməyə və koordinasiya etməyə hazırıq" deyib.

Aİ və ABŞ-ın Ukrayna və Yaxın Şərq kimi ticarət, investisiya, təhlükəsizlik və geosiyasi problemlər qarşısında birgə işləməyə davam edəcəyinə inandığını ifadə edən Mişel, Aİ-nin Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib: 

"Biz rəqabətqabiliyyətliliyə dair fikir mübadiləsi apardıq. Biz vahid bazarı dərinləşdirməliyik".

Avropanın müdafiə qabiliyyətini artırması və bu sahədə daha çox əməkdaşlıq etməsi lazım olduğunu deyən Mişel müdafiə sənayesinə dəstəyin artırılmasının vacibliyinə diqqət çəkib.

Macarıstanın Baş naziri Orban "ABŞ prezidenti ilə danışıqlar asan olmayacaq" deyib.

Orban Trampın çətin bir müzakirəçi olduğunu və ticarətlə bağlı yeni fikirlər irəli sürəcəyini iddia edərək, “Biz dik durub danışıqlar aparmalı və sonra günün sonunda bir anlaşma əldə etməliyik” deyib.

Nigar
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Noyabr 2024 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri