Aİ Rusiya diplomatlarının səfərlərinə nəzarəti sərtləşdirir
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) ölkələri Rusiya diplomatlarının ittifaq ərazisindəki səfərlərini məhdudlaşdırmaq barədə razılığa gəlib.
Redaktor.az "Financial Times" nəşrinin məlumatına istinadla xəbər verir ki, Macarıstan bu təşəbbüsə qoyduğu vetonu geri götürüb.
Məqalədə bildirilir ki, “Aİ ölkələrinin hökumətləri Rusiya diplomatlarının blok daxilindəki səfərlərinin məhdudlaşdırılması barədə razılaşıblar… Çexiya tərəfindən irəli sürülən bu təşəbbüs Brüssel tərəfindən hazırlanmaqda olan yeni sanksiya paketinin bir hissəsidir.”
Mənbələrin məlumatına əsasən, bu qərara qarşı çıxan sonuncu ölkə olan Macarıstan artıq vetosunu geri çəkib. Yeni qaydalar Avropanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Rusiya diplomatlarını sərhədi keçməzdən əvvəl səfər planları barədə yerləşdikləri ölkənin hakimiyyət orqanlarını məlumatlandırmağa məcbur edəcək.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 07 Oktyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















