Icma.az
close
up
RU
Aİ və AŞnin yeni rəhbər heyəti Kiyevdə səfərdədir Yeni Çağ Media

Aİ və AŞnin yeni rəhbər heyəti Kiyevdə səfərdədir Yeni Çağ Media

Avropa Şurasının rəhbəri Antonio Kosta, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas və Aİ-nin genişlənmə üzrə yeni komissarı Marta Kos yeni vəzifədə ilk dəfə Ukraynaya səfər ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə Kallas və Kostanın “X” sosial şəbəkəsindəki rəsmi hesablarında bildirilir.

“Deutsche Welle”nin məlumatına görə, onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırırlar.

“Vəzifəyə gəldikdən sonra ilk səfərimdə ismarışım budur: Aİ Ukraynanın bu müharibədə qalib gəlməsini istəyir”, – Kallas yazıb.

Xatırladaq ki, noyabrın 27-də Avropa Parlamenti bu gün rəsmi olaraq işə başlayan Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib./Report/

www.yenicag.az

seeBaxış sayı:80
embedMənbə:https://yenicag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri