Icma.az
close
up
RU
Ailə maşınınıza hansı idman avtomobilinin mühərrikini quraşdıra bilərsiniz? FOTO

Ailə maşınınıza hansı idman avtomobilinin mühərrikini quraşdıra bilərsiniz? FOTO

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Avtomobil sənayesi zahirən rəqabət dolu görünsə də pərdəarxasında maraqlı tərəfdaşlıqların qurulduğunu sübut edən faktlar az deyil.

Avtosfer.az xəbər verir ki, bəzi adi ailə avtomobilləri və ultralyuks idman avtomobilləri eyni mühərriklərlə hərəkət edir.

Məsələn, “Pagani Zonda” kimi möhtəşəm bir idman avtomobili, “Mercedes-Benz W140” sedanında da istifadə olunan “AMG V12” mühərriklə təchiz olunub. Eyni zamanda, “Ford Mondeo”nun 3,0 litrlik “Duratec V6” mühərriki, İngiltərənin “Noble M400” idman avtomobilində güc mənbəyi kimi istifadə edilib və bu model cəmi 3 saniyədə 0-dan 100 km/saata sürətlənə bilir.

Daha da təəccüblüsü odur ki, dövrünün əfsanəsi olan “Nissan 350Z”dəki  “VQ35” mühərriki, “Renault”nun geniş ailə avtomobili “Espace”də də yer alıb. “Citroën” və “Land Rover” arasında da mühərrik ortaq olub – “Citroën C6”də və “Land Rover Discovery 3”də 2,7 litrlik tvin-turbo V6 dizel mühərriki işlənib.

“Ford Galaxy MPV” modelinin 2,3 litrlik Duratec dörd silindrli mühərriki isə idman ruhunu “BAC Mono” yarış avtomobilinə daşımışdı. Bu arada “Mercedes-Benz” və “Renault” əməkdaşlığı nəticəsində hazırlanan 1,5 litrlik dCi dizel mühərriki də həm “Renault”nun, həm də “Mercedes-Benz A-Class”ın bəzi modellərində istifadə olunub.
İtaliya brendi “Lamborghini” də Alman texnologiyasından yararlanıb. “Nürburqrinq” trekində rekord qıran “Lamborghini Huracan Performante” modelinə “Audi”nin V10 FSI mühərriki güc verib. Eyni mühərrik “Audi R8” modelində də öz yerini tapıb. Maraqlıdır ki, “Koenigsegg” ilk superkarı olan “CC8S” də “Ford Crown Victoria”nın V8 mühərrikindən istifadə edərək öz tarixini yazıb.

“Lamborghini Gallardo” modeli də “Audi S8”in mühərrik bazasına söykənib. Bu, 90-cı illərdə “Lamborghini”nin maliyyə çətinlikləri ilə qarşılaşdığı və “Audi” tərəfindən dəstəkləndiyi dövrə təsadüf edir. Digər tərəfdən, “Ferrari”nin məşhur F154 mühərriki “Alfa Romeo Giulia QV” modelində istifadə olunaraq italyanların Alman avtomobil istehsalçıları ilə rəqabət gücünü artırıb.

Göründüyü kimi, avtomobil dünyasında rəqabət qədər gizli əməkdaşlıq da mövcuddur və eyni mühərriklər bəzən tamamilə fərqli dünyaların avtomobillərində ikinci həyat qazanır.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Aprel 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri