Icma.az
close
up
RU
“Ailələrin gəlir səviyyəsi çox vaxt təhsil haqqını qarşılamağa imkan vermir”

“Ailələrin gəlir səviyyəsi çox vaxt təhsil haqqını qarşılamağa imkan vermir”

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Təhsil haqqı mövzusu həm tələbələr, həm valideynlər, həm də dövlət üçün həssas məsələdir”.
Bunu elm və təhsil eksperti Rizvan Fikrətoğlu bununla bağlı Demokrat.az-a açıqlamasında deyib.
O əlavə edib ki, universitetlərin təhsil haqqını sərbəst müəyyən etməsi bir sıra risklər yarada bilər:
“Burada tənzimləmə vacibdir. Çünki bazar mexanizmi ölkədə qeyri-bərabər şəkildə formalaşıb. Universitetlərin imkanları, reytinqləri və keyfiyyət səviyyəsi eyni deyil. Özəl və ya prestijli dövlət universitetləri qiymətləri süni şəkildə artıra bilər. Bu isə sosial ədalətsizlik yaradar. Tələbələrin yükü nəzərə alınmalıdır. Çünki ailələrin gəlir səviyyəsi çox vaxt təhsil haqqını qarşılamağa imkan vermir.   Bu səbəbdən qiymətlərin sərbəst artması, təhsil almaq istəyən gənclərin sayını azalda bilər. Həmçinin, qiymətlərin həddindən artıq yüksəlməsi fonunda tələbələr daha münasib şərtlərlə Türkiyə, Rusiya, Gürcüstan kimi qonşu ölkələrə üz tuturlar”.
Ekspert diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin qərarı ilə təhsil haqları üçün yuxarı hədd müəyyənləşdirilməlidir:
“Universitet müəyyən çərçivədə qiymət təyin edə bilər. Amma maksimum həddi dövlət müəyyən etməlidir. Bundan yuxarı qalxmaq olmaz.   Həmçinin, differensial yanaşma tətbiq olunmalıdır. Texniki, humanitar, tibb və digər sahələr üzrə təhsil xərcləri fərqlidir. Bu səbəbdən bütün ixtisaslara vahid məbləğ tətbiq etmək doğru olmaz. Subsidiyalar və təhsil kreditləri sisteminin gücləndirilməsi də vacibdir. Sosial həssas qruplara dəstək məqsədilə əlavə təqaüdlər, güzəştlər və təhsil tələbə kreditləri daha əlçatan edilməlidir. Universitetlər yalnız real infrastruktura, müəllim heyətinə və akademik nəticələrə əsaslanaraq təhsil haqqını artırmalıdır”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Sentyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri