Icma.az
close
up
RU
Aİnin “binokl diplomatiyası” dövlət sərhədlərin toxunulmazlığı prinsipinə ziddir

Aİnin “binokl diplomatiyası” dövlət sərhədlərin toxunulmazlığı prinsipinə ziddir

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Polşa prezidenti Andjey Dudanın Avropa İttifaqının (Aİ) Ermənistandakı Missiyasının (EUMA) üzvləri ilə birgə Ermənistan-Azərbaycan sərhəd bölgəsinə səfəri beynəlxalq müstəvidə mövcud olan selektiv yanaşmalar və ikili standartların əyani təsdiqi olaraq, ölkəmizlə Aİ arasında olan etimadı sarsıdan  amilə çevrilmişdir.

Uzun illərdən bəri formalaşan beynəlxalq münasibətlər sisteminin bünövrəsini hüququn aliliyi, beynəlxalq ədalət, qarşılıqlı diplomatik nəzakət, post-münaqişələr dövründə beynəlxaq sülhün təşviqi və təhlükəsizliyin təmin edilməsi təşkil etdiyi halda, Avropa İttifaqının qurumları və birliyə daxil olan ayrı-ayrı üzv-dövlətlərdən Azərbaycana qarşı anlaşılmayan münasibətinin sərgilənməsinin şahidi oluruq. Otuz ilə yaxın bir müddətdə davam etmiş və sil-silə beynəlxalq cinayətlər – soyqırım, insanlıq əlehinə cinayətlər və müharibə cinayətləri ilə müşahidə olunan Azərbaycan torpaqlarının işğalı zamanı Qərb dövlətləri tərəfindən Ermənistana beynəlxalq hüquqdan irəli gələn heç bir təzyiq edilmədi və heç bir sanksiya və ya silah embarqosu tətbiq olunmadı. Baxmayaraq ki, BMT-nin əsas orqanlarından biri – Təhlükəsizlik Şurası Qarabağla əlaqədar dörd qətnamə qəbul etdi, onlar yalnız kağız üzərində qaldı və dövlətimiz onları döyüş meydanında icra edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Burada sual olunur ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Ermənistanın sərhədi yaxınlığındakı Paruyr Sevak kəndində yerləşən EUMA məntəqəsinə ölkəmizin strateji tərəfdaşı olan Polşa prezidentinin baş çəkməsi nəyə xidmət edir? Xatırlatmaq lazımdır ki, 2022-ci ilin oktyabrında Praqada Azərbaycan razılıq vermişdi ki, qeyd edilən missiya 2 ay ərzində fəaliyyət göstərsin və onun tərkibinə istefada olan məhdud sayda hərbi zabitlər daxil olunsun. Azərbaycanla heç bir məsləhətləşmə aparılmadan, missiyanın müddəti uzadıldı və onun fəaliyyəti beynəlxalq münasiblərdə qəbul edilən siyası mədəniyyət qaydalarından çox-çox kənara çıxdı. Hazırda, Ermənistanla delimitasiya üzrə danışıqların aparılması dövründə dövlət sərhədinin demarkasiya olunmayan ərazilərinə baxış keçirilməsi ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönələn bir addımdır. Təcavüzkar və hazırda militarist siyasətini yürüdən Ermənistana dəstəyin nümayiş etdirilməsi sülh prosesinə ciddi şəkildə mənfi təsir göstərən amildir. Xatırlatmaq lazımdır ki, Avropa İttifaqının həyata keçirdiyi missiya dövründə şərti sərhəd bir neçə dəfə pozulub və silahlı toqquşmalarla müşahidə olunub.

Azərbaycan Respublikasının dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası bütövlükdə regionda beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün əsas şərtlərdən biridir və heç kəs şübhə etməməlidir ki, ölkəmiz öz sərhədlərində möhkəmlənəcək.

Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see261

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see221

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see154

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see153

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see137

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see137

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri