“airBaltic” aviaşirkəti donanmasının dörddəbiri uçuşları dayandırıb AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 13 yanvar, AZƏRTAC
Bu il “airBaltic” milli aviaşirkəti üçün həlledici olacaq. O, yaxın gələcəkdə investor cəlb etməli, səhmlərin birjada listinqinə başlamalı və sərfəli olmayan krediti yenidən maliyyələşdirməlidir.
AZƏRTAC xəbər verir ki, “Neka personisa” nəşrinin yazdığına görə, aviaşirkətin Direktorlar Şurası uğur üçün yenidən dövlət vəsaitinə ehtiyac olduğunu düşünür.
Şirkət parkını genişləndirməklə mənfəətin də artacağını vəd edir. Bu biznes planI və vədlər ən azı 2019-cu ildən bəri ortaya çıxır, amma yalnız tələb olunan təyyarələrin sayı artmaqda davam edir. Ortalıqda “B” planı yoxdur. Məlum olub ki, yeni təyyarələrin mühərrikləri daha tez-tez texniki xidmət tələb edir, uçanları isə icarəyə götürmək daha sərfəlidir.
Yeni ilin ilk günündə “airBaltic” milli aviaşirkəti bu il üçün planlaşdırılan 4670 reysi ləğv etdiyini, 67 min nəfərin bilet aldığını açıqladı. Buna səbəb mühərrik istehsalçısı “Pratt & Whitney” şirkətinin texniki xidmətə gecikməsidir.
Mühərrikə texniki qulluq məsələləri “airBaltic” üçün yeni deyil. Belə ki, 12 təyyarə bir neçə aydır ki, uçmur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 13 Yanvar 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















