“Airbus” “A330neo” təyyarələrində qüsurlar aşkarlayaraq, tədarükləri yubadıb
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
“Airbus SE” “A330neo” təyyarəsinin quyruq hissəsində qüsurları aşkarlayıb, bununla əlaqədar son üç ay ərzində müştərilərə tədarüklərin faktiki olaraq dayandırılıb.
Newscenter.az-ın məlumatına görə, “Airbus” “Bloomberg”in sorğusuna göndərdiyi cavabda bildirib ki, şirkət istehsal zamanı təyyarədə əlavə yoxlamalar aparmaq məcburiyyətində qalıb ki, bu da müştərilərə aylıq çatdırılmalarını ləngidib.
Şirkət qüsurların səbəbinin müəyyən olunduğunu qeyd edib və keyfiyyət problemini "tək hal” kimi təsvir edib. Bildirilir ki, “A330neo”nun müştərilərə çatdırılmaları artıq bərpa edilib.
“Bloomberg”in mənbələrinin məlumatına görə, “Airbus” iyun və ya iyulda bir dənə də olsun “A330neo” ixrac etməyib, avqustda isə Tayvanın “Starlux Airlines” şirkətinə bu modeldən yalnız bir təyyarə göndərib.
Ümumilikdə, avqust ayında müştərilərə iyul ayında 67 təyyarə ilə müqayisədə 57 təyyarə təhvil verib.
“Airbus” bu il müştərilərə 870 təyyarə təhvil verməyi planlaşdırır.
“Airbus” səhmləri cümə axşamı ticarətdə 1,2 % ucuzlaşıb. Onların dəyəri ilin əvvəlindən bəri 2 % düşüb.
Anar
Bu mövzuda digər xəbərlər:AFP: Airbus A380 təyyarələrində çatlar aşkarlanıb
24 İyun 2026 02:50
Airbus 320 təyyarələrində problem: Uçuşlar gecikə bilər
29 Noyabr 2025 17:22
Airbus təyyarələrində texniki yoxlamalar aparılıb, uçuşlar normal rejimdədir AZAL
29 Noyabr 2025 17:45
Airbus təyyarələrində yaranan nasazlıq Roma Papasına da təsir ETDİ
29 Noyabr 2025 21:32
Media: Avropa tənzimləyicisi “Airbus” təyyarələrində çatlar səbəbindən yoxlama tələb edib
24 İyun 2026 01:58
Baxış sayı:117
Bu xəbər 03 Sentyabr 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















