Icma.az
close
up
RU
Akademik İsa Həbibbəyli: “Ədəbi proses” elmi yaradıcılıq müşavirələri 2020 ci ildən “Zəfər diskursu dövrü” kimi mühüm əhəmiyyət daşıyır”

Akademik İsa Həbibbəyli: “Ədəbi proses” elmi yaradıcılıq müşavirələri 2020 ci ildən “Zəfər diskursu dövrü” kimi mühüm əhəmiyyət daşıyır”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

1976-1984-cü illərdə əsası qoyulmuş “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələri 2013-cü ildən fasiləsiz olaraq Ədəbiyyat İnstitutunda keçirilib, onun materialları kitab halında çap olunub, 2018-ci idən isə hər il “Ədəbiyyat qəzeti”ndə mütəmadi olaraq nəşr edilir.

Bu sözləri AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli “Ədəbi proses – 2024” mövzusunda elmi-yaradıcılıq müşavirəsində çıxışı zamanı deyib.

O, “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrini böyük ənənəyə çevrilmiş elm hadisəsi kimi yüksək qiymətləndirib, sözügedən müşavirələrə həsr olunmuş 10 cildin çapdan çıxdığını vurğulayıb.

Ədəbi proses hərəkatının təsnifatını aparan akademik İsa Həbibbəyli 1976-1984-cü illərin ədəbi proses hərəkatının təməli, başlanğıc dövrü olduğunu söyləyib. AMEA rəhbəri həmin dövrdə bu hərəkatı meydana qoyan görkəmli ədəbiyyatşünasları yad edərək, başlanğıc dövründə “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrinin ardıcıllıqla davam etdiyini bildirib. Qeyd edib ki, sonrakı illərdə, 1990-cı illərin sonlarınadək “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələri keçirilməmiş, 1994-cü ildə yenidən bərpa olunmuş və 2011-ci ilədək davam etmişdir. 

1994-2010-cu illəri əhatə edən ikinci mərhələni “ədəbi proses müşavirələrinin bərpası dövrü” adlandıran AMEA prezidenti bildirib ki, sovet dövründə keçirilən müşavirələrdən fərqli olaraq, müstəqillik dövrünün elmi, mədəni, ictimai fikir sahəsində yaratdığı özünəməxsuslar ədəbi prosesin təntənəli şəkildə keçirilməsinə, ədəbi mühitin daha geniş şəkildə prosesə cəlb edilməsinə imkanlar yaradıb. 

O, 2013-cü ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbi proses üzrə məruzələrin müstəqillik dövrünün yaratdığı geniş axtarış və yaradıcılıq imkanları, azərbaycançılıq və millilik faktorları əsasında yenidən bərpa edildiyini və 2014-cü ilin fevral ayında 2013-cü ilin ədəbiyyatından bəhs olunan “Ədəbi proses” elmi-yaradıcılıq müşavirəsinin keçirildiyini diqqətə çatdırıb. Alim 2013-2017-ci illəri əhatə edən üçüncü mərhələni “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrinin yenidən formalaşdırılması dövrü” adlandırıb.

Akademik İsa Həbibbəyli 2013-cü ildən sözügedən müşavirələrin əhatə dairəsinin genişləndirildiyini, klassik forma saxlanılmaqla bədii publisistika və bədii tərcümənin əlavə edildiyini, 2014-cü ildə ədəbi növlərdən janrlara doğru keçidin olduğunu, 2015-ci ildə isə nəsrin hekayə, povest və romanla təmsil olunduğunu söyləyib. O, illər keçdikcə məruzəçilərin sayının artdığını, sözügedən müşavirələrdə tanınmış ədəbiyyatşünas və yazarların iştirak etdiyini, məruzələrin nüfuzlu qəzet və jurnallarda dərc olunduğunu bildirib.

“2017-2020-ci illər “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrinin ədəbi-elmi hərəkata çevrilməsi dövrüdür”, - deyə bildirən AMEA prezidenti 2020-ci ilin həm ədəbi hərəkat dövrünün yekunu, həm də Zəfər diskusu dövrü adlandıracağımız yeni mərhələnin başlanğıcı olduğunu vurğulayıb. Əlavə edib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə əlaqədar olaraq ədəbiyyata Ali Baş Komandan, Böyük Qayıdış, şanlı Zəfər, Azərbaycan Ordusu, igid əsgər, tarixi qələbə kimi böyük mövzular gəlib.

O, 2021-ci ildə ədəbi prosesin daha da dərinləşdiyini, digər janrlarda müharibə mövzusuna geniş yer verildiyini, 2022-ci ildə hətta uşaq nəsrində müharibə mövzusunun aparıcı mövzu olduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli 2023-cü ildə birgünlük lokal xarakterli  antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə bağlı ədəbiyyatda ilk pyesin yaradıldığını və prosesin davam etdirilməkdə olduğunu vurğulayıb.

“Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrini 2020-ci ildən “Zəfər diskursu dövrü” kimi xarakterizə edən AMEA rəhbəri həmin ildən ədəbiyyatın mahiyyətinin dərinləşdiyini, ədəbiyyat tariximizin yeni təfəkkür işığında tədqiqata cəlb olunduğunu, mübarizlik, yenilməzlik və əyilməzlik düşüncəsi, milli özünüdərk, özünəinam ideyalarının bütün janrları əhatə etdiyini söyləyib.

Çıxışının sonunda akademik İsa Həbibbəyli builki “Ədəbi proses”in işinə uğurlar arzulayıb, müşavirələrin ədəbi hadisəyə çevriləcək yeni əsərlər ortaya qoyacağına inamını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyul 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri