Akademik Musiqili Teatrın aktyorlarının ifaları muzeydə alqışlarla qarşılandı FOTO
Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın 140 illik yubileyi və onun müəllifi olduğu “O olmasın, bu olsun” operettasının 115 illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər.
Tribunainfo.az xəbər verir ki, Əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Prezident mükafatçısı Səmədzadə Xasiyev və aktrisa Aydan Həsənovanın “O olmasın, bu olsun” musiqili komediyasından təqdim etdikləri səhnələr tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Muzeyin direktoru Xalq artisti və bəstəkar Sərdar Fərəcov uğurlu əməkdaşlığa görə Musiqili Teatrın rəhbərliyinə minnətdarlığını bildirərək yaradıcı heyəti “Təşəkkürnamə” ilə təltif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 15 Mart 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















