Akademik Musiqili Teatr Gəncədə alqışlarla qarşılandı
Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
- +
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə regionlara təşkil olunan qastrol səfərləri proqramına uyğun olaraq, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Gəncədə “Qadınım” tamaşasını uğurla nümayiş etdirib.
Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun “Matryoşka” pyesi əsasında hazırlanan tamaşa Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təqdim olunub.
Quruluşçu rejissoru İradə Gözəlova olan səhnə əsərinində Əməkdar artist Nigar Şahmuradova, gənc aktyorlar Əmrah Dadaşov və Gültac Əlili, həmçinin teatrın xor artistləri iştirak ediblər. Tamaşasının quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, Videoqrafı Murad Həsənov, musiqi tərtibatçısı Əmrah Dadaşovdur.
Türk retro musiqilərinin səsləndirildiyi “Qadınım” tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 17 Dekabr 2024 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















