Akademik Musiqili Teatrın tamaşası Lənkəranda alqışlarla qarşılandı VİDEO
Icma.az bildirir, Tribuna portalına istinadən.
Mədəniyyət Nazirliyinin regionlarda qastrol səfərlərinin təşkil edilməsi barədə əmrinə əsasən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Lənkəranda olub.
Lənkəran Dövlət Dram Teatrının səhnəsində kollektivin uğurla nümayiş etdirdiyi “Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov) komediyası alqışlarla qarşılanıb.
Qeyd edək ki, türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddinin beş arvadı ilə macəralarından bəhs edən bu gülüş dolu tamaşada teatrın sevilən simaları Əməkdar artistlər Əkbər Əlizadə, İqrar Salamov, aktyorlar Gülcahan Salamova, Ülviyyə Əliyeva, Gülnarə Abdullayeva, Gülnarə Əzizova, Türkel Tariqpeyma, Əliməmməd Novruzov, Fərid Rzayev, Ruslan Mürsəlov iştirak ediblər.
Baxış sayı:119
Bu xəbər 05 Mart 2025 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















