Icma.az
close
up
RU
Akademik Musiqili Teatrın “Anamın kitabı” tamaşası Pakistanda alqışlarla qarşılanıb FOTO,VİDEO

Akademik Musiqili Teatrın “Anamın kitabı” tamaşası Pakistanda alqışlarla qarşılanıb FOTO,VİDEO

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Pakistanın Kəraçi şəhərində keçirilən Dünya Mədəniyyəti Festivalında iştirak edir.

Tribuna.az xəbər verir ki, “Art Council Pakistan” (Pakistan İncəsənət Şurası) tərəfindən təşkil olunan festivala dünyanın 140-dək ölkəsindən sənətçilər, yaradıcı kollektivlər, o cümlədən teatr heyətləri qatılıb.

Akademik Musiqili Teatr bu mötəbər beynəlxalq mədəniyyət tədbirinə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesi əsasında hazırlanan tamaşanı aparıb.

Prezident mükafatçısı İradə Gözəlovanın quruluş verdiyi səhnə əsəri festivalda uğurla nümayiş olunub və alqışlarla qarşılanıb.

“Art Council Pakistan”ın prezidenti Məhəmməd Əhməd Şah tamaşadan sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı, direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova, teatrın quruluşçu rejissoru İradə Gözəlova və kollektivin digər üzvləri ilə görüşərək səmimi təəssüratını bölüşüb, onlara festivalın təşkilat komitəsi adından xatirə hədiyyələri təqdim edib.

Teatrın heyəti göstərilən xüsusi diqqətə görə festivalın təşkilat komitəsinə minnətdarlığını bildirib.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, döyüş səhnələri və rəqslərin quruluşçusu Xalq artisti Pərviz Məmmədrzayev, rejissoru Zaur Əliyev, işıq rəssamı Nicat Həmidov, səs rejissoru isə Sevda Davudovadır.

İngilis dilində təqdim olunan tamaşada teatrın istedadlı aktyorları – Səmədzadə Xasiyev, Hüseyn Əlili, Zaur Əliyev, Nəzrin İsmayılzadə, Adelin Öztürk, Nərmin Əliyeva, Əli Kərimov, İranə Kərimova, Sübhan Rüstəmov və Murad Əliyev çıxış ediblər.

Quruluşçu rejissor İradə Gözəlova Azərbaycan teatr sənətinin uğurla təqdim olunduğu festivalla bağlı təəssüratını belə ifadə edib: “Dünya festivalında iştirak etmək və dünyanın hər yerindən gəlmiş iştirakçıların sənət əsərlərini görmək, ünsiyyətə girmək bizim üçün böyük bir fürsətdir. Buna görə Mədəniyyət Nazirliyinə və teatrımızın rəhbərliyinə təşəkkürümü bildirirəm. Biz də yaradıcı heyət olaraq öhdəmizə düşən missiyanı layiqincə yerinə yetirdik. Akademik Musiqili Teatrın təqdim etdiyi “Anamın kitabı” tamaşası böyük rezonansa səbəb oldu. Nümayişdən sonra buradakı xarici həmkarlardan gözəl rəylər eşitdik və bu tamaşa sayəsində festival iştirakçılarının bizə daha isti münasibətini, rəğbətini hiss etmək çox xoşdur. Şəxsən mənim üçün və düşünürəm ki, teatrımız üçün də bu, gözəl bir nəticədir”.

Qeyd edək ki, Musiqili Teatrın nümayəndə heyəti festival çərçivəsində müxtəlif ölkələrin teatrları ilə əməkdaşlığın qurulması və mövcud əlaqələrin genişləndirilməsi məqsədilə bir sıra görüşlərdə də iştirak edir.

Pakistanın Kəraçi şəhərində Dünya Mədəniyyəti Festivalı dekabrın 7-də başa çatacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Dekabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri