Icma.az
close
up
RU
Akademik: Rəqəmsal kriminalistika sahəsində araşdırmalar aparılması və kadrlar hazırlanması mühüm məsələlərdir

Akademik: Rəqəmsal kriminalistika sahəsində araşdırmalar aparılması və kadrlar hazırlanması mühüm məsələlərdir

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rəqəmsal kriminalistika sahəsində araşdırmalar aparılması və kadrlar hazırlanması kibercinayətkarlıqla mübarizə baxımından ən əhəmiyyətli məsələlərdəndir.

525.az xəbər verir ki, bu fikri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev institutda keçirilən elmi seminarda çıxışı zamanı səsləndirib. Son illər Azərbaycanda sosial-iqtisadi inkişafa nail olunması üçün kompleks tədbirlərin həyata keçirildiyini bildirən akademik R.Əliquliyev ölkəmizdə artıq süni intellekt ideyalarının gerçəkləşməsi, rəqəmsal dövlətin formalaşması və s. amillərin kibertəhlükələrin reallaşması üçün də zəmin yaratdığını diqqətə çatdırıb.

Alim ölkə rəhbərliyi tərəfindən kibertəhlükəsizlik məsələlərinə böyük diqqət ayrıldığını bildirərək bu istiqamətdə həyata keçirilən vacib tədbirləri diqqətə çatdırıb. AMEA-nın vitse-prezidenti bu istiqamətdə dövlət başçısı tərəfindən təsdiq edilmiş “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üzrə strategiya”, eləcə də digər dövlət əhəmiyyətli sənədlərin icrasının kibertəhlükəsizlik problemlərinin həlli baxımından önəmini qeyd edib, bu sənədlərin müvafiq dövlət qurumları, eyni zamanda, ölkənin alim və mütəxəssislərinin qarşısında mühüm vəzifələr qoyduğunu vurğulayıb.

Baş direktor Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşdırılmasının ölkənin kiberimmunitetinin gücləndirilməsi və kibertəhlükəsizlik sahəsində milli səviyyədə vahid siyasətin formalaşdırılması zərurəti yaratdığını qeyd edib.

Kibercinayətkarlar tərəfindən törədilən müxtəlif xarakterli kiberinsidentlərin qarşısının alınmasında ölkənin müvafiq qurumlarının səmərəli fəaliyyət göstərdiyini vurğulayıb.

“Son zamanlar kiberməkanda bədniyyətli insidentlərin dinamikasında artım müşahidə olunmaqdadır”, - deyən akademik R.Əliquliyev vətəndaşların bank kartları ilə bağlı kibercinayətkarlıq hallarının sayının artmasının ciddi sosial problemə çevrildiyini, insanları psixoloji manipulyasiya etməklə onların məlumatlarının ələ keçirilməsi hallarına tez-tez rast gəlindiyini bildirib.

AMEA-nın vitse-prezidenti hazırda ölkəmizdə kibercinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və onun səmərəliliyinin artırılması istiqamətində kompleks işlərin həyata keçirildiyini qeyd edib. Alimin sözlərinə görə, Azərbaycanda peşəkar kriminalistlərin fəaliyyət göstərməsinə baxmayaraq, virtual məkanda kibercinayətkarlıq hallarının araşdırılması və səbəblərinin müəyyənləşdirilməsi baxımından rəqəmsal kriminalistika sahəsində yüksəkixtisaslı kadrların yetişidirilməsinə, bu istiqamətdə mövcud problemlərin araşdırılmasına, ölkəmizin kibertəhlükəsizliyinin gücləndirilməsinə ehtiyac vardır.

Baş direktor İnformasiya Texnologiyaları İnstitutunda artıq uzun illərdir ki, informasiya təhlükəsizliyinin müxtəlif aspektləri ilə bağlı araşdırmaların aparıldığını vurğulayıb. Əlavə edib ki, son zamanlar institutda kiberinsidentlərin qeydə alınması, onların süni intellekt texnologiyalarının tətbiqi ilə müxtəlif parametrlər üzrə dərin analiz olunması və s. ilə bağlı tədqiqatlara başlanılmışdır.

Akademikin sözlərinə görə, hazırda institutun qarşısında duran əsas vəzifələrdən biri də kiberməkanda baş vermiş anomal halların rəqəmsal ekspertizasının aparılması, yüksək səmərəliliyə malik intellektual kriminalistik metod və alqoritmlərin işlənilməsidir.

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Aprel 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri