Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

BİRMARKET də ŞOOOK Cümə!

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Gələn ay 30 manat yardım veriləcək

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Akademik: Qarabağ və Şərqi Zəngəzur üçün ayrıca “Qırmızı kitab”ın hazırlanması mühüm əhəmiyyət kəsb edir

Akademik: Qarabağ və Şərqi Zəngəzur üçün ayrıca “Qırmızı kitab”ın hazırlanması mühüm əhəmiyyət kəsb edir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 22 may, AZƏRTAC

Hazırda Qarabağ və Şərqi Zəngəzur rayonları üçün ayrıca “Qırmızı kitab”ın hazırlanması və nəşr edilməsi ilə bağlı konkret hüquqi-normativ qərar mövcud olmasa da, bu istiqamətdə mövcud elmi və institusional fəaliyyətlər gələcəkdə belə bir sənədin hazırlanmasının elmi və strateji baxımdan zəruriliyini açıq şəkildə nümayiş etdirir.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova deyib.

Akademikin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərmiş aidiyyəti elmi tədqiqat institutlarının son illərdə həmin regionlarda həyata keçirdikləri ekspedisiya və monitorinq fəaliyyəti, tanınmış alim-mütəxəssislər tərəfindən irəli sürülmüş təkliflər, həmçinin aparılan bərpa-bioloji tədqiqatlar bu ideyanın gerçəkləşdirilməsini daha da aktuallaşdırır: “Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərdən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra həmin ərazilərdə genişmiqyaslı floristik və faunistik tədqiqatlar aparılıb. Tədqiqatlar nəticəsində Qarabağda və Şərqi Zəngəzurda əvvəllər qeydə alınmamış bir sıra nadir, endemik və relikt növlər aşkarlanıb və onların arealları dəqiqləşdirilib. Həmin növlərdən bəziləri beynəlxalq mühafizə statusuna malik olmaqla yanaşı, Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın III nəşrində də yer alıb. Hazırkı mərhələdə həmin nəşrdə Qarabağ regionundan təxminən 60 növ əks edilib, həmçinin 150-dən artıq növün nadir və itmək təhlükəsində olduğu elmi əsaslarla müəyyən edilib. Tədqiqatların nəticələrinə əsasən, həmin növlərin bioekoloji xüsusiyyətləri öyrənilib, yayılma coğrafiyası, populyasiya dinamikası və onların təbiətdəki mühafizə vəziyyəti qiymətləndirilib. Əldə olunan məlumatlar beynəlxalq mühafizə meyarlarına, o cümlədən Beynəlxalq Təbiəti Mühafizə İttifaqının kriteriyalarına uyğun olaraq sistemləşdirilib və diaqnostik monitorinqlər vasitəsilə ekoloji risklər müəyyənləşdirilib”.

İradə Hüseynova diqqətə çatdırıb ki, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa layihələri fonunda biomüxtəlifliyin mühafizəsi məsələsi dövlətin ekoloji siyasətinin mühüm prioritetlərindəndir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da ekosistem xidmətlərinin bərpası, nadir növlərin qorunması və ətraf mühitə inteqrasiyalı yanaşma əsas strateji məqsədlərdən biri kimi göstərilib. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzur üçün ayrıca regional “Qırmızı kitab”ın hazırlanması təkcə elmi deyil, həm də ekoloji, hüquqi və sosial aspektlərdən mühüm əhəmiyyət kəsb edir. Belə bir sənəd bölgənin bioloji ehtiyatlarının səmərəli idarə olunmasına, nadir və təhlükə altında olan növlərin daha dəqiq təsnifatına və onların mühafizəsinin optimallaşdırılmasına xidmət edəcək. Eyni zamanda, həmin təşəbbüs beynəlxalq səviyyədə Azərbaycanın ekoloji öhdəliklərinin yerinə yetirilməsinə və regionun transsərhəd biomüxtəliflik kontekstində təhlilinə də töhfə verə bilər. “Bu istiqamətdə ilkin addımlardan biri kimi Elm və Təhsil Nazirliyi Botanika İnstitutu tərəfindən hazırlanmış “Qarabağın nadir və nəsli kəsilməkdə olan növləri barədə məlumat kitabı”nda regionda yayılan nadir və itmək təhlükəsində olan 41 fəsiləyə aid 87 növ haqqında məlumat və şəkillər əks olunub. Son illərdə həmin institutunun əməkdaşları regionda bir neçə yeni bitki, o cümlədən Zəngilan rayonundan Azərbaycan florası üçün Xarıbülbül cinsinin nadir və itmək təhlükəsində olan iki yeni növünü aşkar ediblər. Böyük Zəfərdən sonra Qarabağın bitki müxtəlifliyi ilə bağlı tədqiqatların aparılmasında, həmçinin Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu, Gəncə Dövlət Universitetinin Botanika kafedrası və digər elmi qurumların da əhəmiyyətli rolu olub”, - deyə akademik vurğulayıb.

Akademik bildirib ki, nəticə etibarilə, Qarabağın və Şərqi Zəngəzur regionunun təbiəti yalnız ölkənin milli sərvəti deyil, həm də Qafqazın ekoloji davamlılığı baxımından strateji əhəmiyyətə malikdir. Ona görə də bu ərazilər üçün ayrıca “Qırmızı Kitab”ın hazırlanması və tətbiqi həm ekosistemlərin bərpası baxımından, həm də gələcək nəsillərə təbii irsin ötürülməsi baxımından aktual və zəruri məsələ kimi dəyərləndirilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see396

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see263

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see215

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see155

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see149

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see147

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see142

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see140

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see138

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see138

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see131

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see122

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see122

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri